Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Cocuq Mərcanlı məktəbində 24 ildən sonra ilk zəng çalınıdı – FOTOLAR

Tarix 15.09.17, 17:29

Font ölçüsü : - / +
bitmap-img6

 
Cocuq Mərcanlı kəndinin tarixində yeni bir səhifə açılır. 24 illik yurd həsrətindən sonra doğma torpaqlarına, xarabalıq üzərində yenidən qurulan yurd-yuvalarına qovuşmuş Cocuq Mərcanlı sakinləri bu gün daha bir bayram sevinci yaşayır: kənddə 24 ildən sonra yenidən məktəb zəngi səslənəcək.

AZƏRTAC-ın müxbiri yeni salınan qəsəbədə olub, Bilik günündə cocuq mərcanlılıların, məktəblilərin sevincinə şərik çıxıb, onların təəssüratlarını qələmə alıb.

Addımbaşı rastlaşdığımız adamlar bir səmtə – doğma qəsəbələrində inşa edilən məktəbdə uzun illərdən sonra Bilik gününü bayram etməyə tələsirlər. Məktəb tərəfə gedənlərdən birinə yaxınlaşıb salam verirəm. Qəsəbə sakini İsmayıl Haqverdiyev bu günün nəinki cocuq mərcanlılılar, eləcə də bütün Azərbaycan xalqı üçün əlamətdar olduğunu deyir: “Kəndimiz işğal olunanda düşmən yurd-yuvamızı, o cümlədən məktəbimizi viran qoymuşdu. Doğrudur, ötən 24 ildə heç kim təhsildən kənarda qalmadı. Hər kəs məskunlaşdığı yerdə oxudu, təhsil aldı. Ancaq insanın doğma yurdu başqadır. Bu gün kəndimizin ziya ocağı yenidən fəaliyyətə başlayır”.

Məktəbi göstərərək deyir: “Baxın, nə qədər adam toplaşıb. Bu gün hər birimiz üçün bayramdır. Axı, bu da bir qayıdışdır – təhsilimizə, gələcəyimizə qayıdış”.

Söhbət edə-edə məktəbə çatırıq. Bayraqlarla, əlvan şarlar, gül-çiçəklərlə bəzədilmiş həyətdə qələbəlikdir. Qəsəbə sakinləri, qonaqlar, müəllimlər, səliqəli geyimləri ilə diqqət çəkən şagirdlər… Hər kəsin çöhrəsində həyəcan qarışıq bir sevinc var. Xüsusən də ilk dəfə məktəbə gedəcək birincilərin və onların valideynlərinin.

Şagirdlərin əhatəsində dayanmış müəllimlərə yaxınlaşıram. Məktəbin direktoru Zamin Həziyev sıra ilə dayanmış şagirdləri göstərib fərəhlə deyir: “Hələlik 60-a yaxın şagirdimiz var. Tezliklə yeni evlərin də inşası başa çatacaq. O zaman şagird əlindən tərpənə bilməyəcəyik”.

Direktor müəllim heyətini təqdim edir. Şagirdlərin təlim-tərbiyəsi ilə 16 müəllim məşğul olacaq.

Sonra direktor ilk pedaqoji fəaliyyətinə Cocuq Mərcanlı məktəbində başlayacaq gənc müəllimləri göstərir. Onlardan biri də riyaziyyat müəlliməsi Leyla Maqsudovadır. O deyir: “Bu gün bizim üçün, sözün əsl mənasında, tarixi gündür. Həm sevib-seçdiyimiz müəllimlik fəaliyyətinə başlayırıq, həm də Cocuq Mərcanlının yeni tarixinin şərəfli səhifələrini birgə yazırıq. Sevincimiz hədsizdir. Gənc müəllim kimi bizə və Cocuq Mərcanlı sakinlərinə bu sevinci yaşadan Prezidentimizə minnətdarlığımı bildirirəm”.

…Düşmən əlindən qurtulmuş Cocuq Mərcanlının işıqlı gələcəyindən soraq verən bu bilik ocağında ilk zəng səslənir. Əllərində gül-çiçək tutmuş məktəblilər və müəllimlər siniflərə daxil olurlar. İnanırıq ki, zamanın ağır sınaqlarını geridə qoymuş Cocuq Mərcanlı uşaqlarını öz qoynuna alan bu məktəbdə çiçəklənən Azərbaycan üçün bilikli və layiqli vətəndaşlar yetişdiriləcək.











Xəbərin oxunma sayı : 211




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap