Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi:“Həqiqəti əks etdirmir“

Tarix 24.01.21, 15:50

Font ölçüsü : - / +
bitmap-img6


Sosial şəbəkələrdə Şəmkir rayonunda polis əməkdaşlarının Vətən Müharibəsində dövlət bayrağını müsadirə etməsi, orduya yardım aparan şəxslərin cərimələnməsi və digər əsassız məlumatlar yayılıb.

Yayılan məlumatlarla bağlı DİN-in mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev sorğusuna cavab olaraq bildirib ki, iddialar əsassız olmaqla, faktsızdır, həqiqəti əks etdirmir.

Vətən Müharibəsində kimliyindən asılı olmayaraq, hər kəs kimi polis də üzərinə düşən vəzifələri ləyaqətlə, şərəflə yerinə yetirib. Kimlərsə polis haqqında əsassız iddialar irəli sürürsə, polisi bayrağa, vətəndaşa hörmətsizlikdə ittiham edirsə, həmin şəxsin xarakterində ziddiyyət var.

Şəmkir rayonunda karantin rejim qaydaları ilə bağlı, sanitar-epidemioloji normaların pozulması ilə bağlı tərtib olunan protokollara da toxunan E.Hacıyev əlavə edib ki, sosial şəbəkələrə informasiyanı ötürən şəxsin kimliyi məlumdur, o, öz qanunsuz əməllərini davam etdirmək üçün əsası olmayan məlumatlar yaymaqda maraqlıdır: “Diqqətə çatdırırıq ki, iddiaların hər biri müvafiq olaraq, yoxlanılıb, Hər hansı vətəndaşa qarşı qanunsuz inzibati tənbeh tədbiri tətbiq edilməyib”.



Xəbərin oxunma sayı : 343




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap