Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

DİN Lənkəranda özünü polis idarəsinin pəncərəsindən atan qadın haqda

Tarix 13.01.17, 22:10

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) özünü Lənkəran Rayon Polis İdarəsində pəncərədən atan 46 yaşlı Yaqut Əliyeva ilə bağlı insidentə görə təəssüfləndiyini bildirir. Bunu virtualaz.org-a DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib.

O, Y.Əliyevanın ötən ilin son günlərində qətldə şübhəli qismində saxlandığını bildirib. E. Zahidov qeyd edib ki, nazirlik dekabrın sonunda Y.Əliyevanın saxlanılması haqqında məlumat yaymışdı. O və daha iki nəfər 2013-cü il mayın 15-də Lənkəran rayonunun Şürük kəndində yaşayan Zəngilan rayon sakini Fəxriyyə Hüseynovanın qətlinə görə saxlanılıblar.

“Yaqut Əliyeva Lənkəran Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə Fəxriyyə Hüseynovanın evinə qarət məqsədilə gəlmiş qonşuları ilə birgə saxlanılıb. Həmin şəxslərin F.Hüseynovanı itələyib elektrik sobasının üstünə yıxaraq, oradan 9100 manat pul, qızıl əşyalar aparmaları müəyyən edilib. Həyata keçirilmiş tədbirlərlə Elgün Həşimov, Y.Əliyeva və Xanım Həsənova saxlanılaraq polis idarəsinə gətiriliblər. Polisdə ifadələri alınıb və onlar cinayəti törətdiklərini etiraf ediblər”, - deyən DİN rəsmisinin sözlərinə görə, polisdə olarkən Y.Əliyeva ayaqyoluna getmək bəhanəsi ilə dindirildiyi otağı tərk edib. Daha sonra isə özünü idarə binasının 3-cü mərtəbəsindən aşağı atıb.

“Görünür, ifşa edildiklərini, cəza çəkməli olduğunu anladığından belə addım atıb. Yaqut Əliyevaya polisdə heç bir fiziki və psixoloji təzyiq olmayıb. Daxili İşlər Nazirliyi və prokurorluq bu iş üzrə araşdırmanı davam etdirəcək”, - deyə E.Zahidov bildirib.



Xəbərin oxunma sayı : 178




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap