| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Dünyada buğda ucuzlaşır, Azərbaycanda un bahalaşır - SƏBƏB
Tarix 24.05.24, 15:54 |
|
Bu ilin dörd ayında buğda idxalı 36 faizə qədər azalıb
Azərbaycanda unun qiymətində artım müşahidə olunur. “Xəzər TVâ€nin məlumatına görə, əgər ötən ay 50 kiloqramlıq unun kisəsi 25,05 manata satılıbsa, may ayında bu qiymət 27,35 manat olub. Bu faktı məhsulun satıcıları da təsdiqləyir. Əsas səbəb kimi isə məhsul qıtlığı göstərilir.
Regionlardan aldığımız məlumatlarda unun qiymətində bahalaşma olduğu təsdiqini tapır. Bəzi regionlarda bir kisədə 2 manat, bəzilərində 1-1,5 manat bahalaşma olduğu bildirilir. Aran regionunda un çatışmazlığı olmadığını bildirsələr də, Qərb bölgəsində topdansatışdan az məhsul buraxıldığını deyirlər.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər bu ilin birinci rübündə ölkədə un və çörək istehsalının azaldığından xəbər verir. Belə ki, 2024-cü ilin ilk rübündə Azərbaycanda 262.1 min ton çörək istehsal edilib. Bu da əvvəlki dövrlə müqayisədə 8.2 faiz azdır. Azalma həmçinin buğda ununda da müşahidə edilir. Məsələn, 2023-cü ilin birinci rübündə 391.07 min ton buğda unu istehsal edildiyi halda, bu, 2024-cü ildə azalaraq 365.38 min tona düşüb. Bu da 6.5 faiz azalma deməkdir. Unlu qənnadı məhsullarının istehsalı illik 0.2 faiz azalaraq 18.1 min tona düşüb. Birinci rübdə yalnız makaron məmulatlarının istehsalında artım qeydə alınıb - 1643 ton təşkil etməklə 14 faiz.
Maraqlıdır ki, Azərbaycanda un və çörək istehsalında azalma 3-cü ildir qeydə alınır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə ölkədə un istehlakı 1 milyon 540 min ton təşkil edib. Bunun 479916 tonu bilavasitə əhalinin şəxsi istehlakı, 959111 tonu ərzaq məhsullarının istehsalına gedib. İl ərzində ölkədə 1 365 163 ton un istehsal olunub, daha 106 597 tonu isə idxal edilib. Çörək istehsalı isə 1 245,9 min ton təşkil edib. 2023-cü ildə unun istehsal həcmi illik müqayisədə 2.6 faiz azalaraq 1 milyon 328,75 min tona, çörək isə 3.1 faiz azalaraq 1 milyon 207.15 min tona düşüb.
Bu ilin ötən dövründə Azərbaycana buğda idxalında ciddi azalma var. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin ilk dörd ayında ölkəyə xaricdən əsasən Rusiyadan olmaqla 409.038 min ton (124 milyon dollarlıq ) buğda idxal edilibsə, cari ildə bu rəqəm 266 min 609 tona (59.697milyon dollar) düşüb. Buğdanın bir tonu 2023-cü ilin birinci rübündə Azərbaycana 303 dollara başa gəldiyi halda, cari ildə bu rəqəm 224 dollara qədər azalıb. Maraqlıdır ki, idxalçılar belə əlverişli qiymət şərtlərindən istifadə edərək buğda alışını artırmaqdansa, azaldırlar.
Məlumat üçün bildirək ki, Azərbaycanda hazırda 25-dən çox un istehsalçısı var. Bu istehsalçılar vəziyyətlərindən kifayət qədər narahatdırlar. Onların nümayəndələri bildirirlər ki, hökumət 2021-ci ildə dünya bazarında buğdanın qiyməti bahalaşanda un istehsalçılarına qısa müddət dəstək verib: “İlk vaxtlar mexanizm sadə idi: istehsal olunan 1 ton una görə istehsalçıya 35 manat dövlət dəstəyi verilirdi. Sonra hökumət mexanizmi o qədər mürəkkəbləşdirdi, o qədər əlavə şərtlər müəyyənləşdirdi ki, istehsalçıların xeylisi dəstəkdən yararlana bilmədi. İndi buğda ucuzlaşıb deyirlər, un, çörək niyə elə ucuzlaşmır? Buğda ucuzlaşsa da, heç də bütün istehsalçıların onu özünün alıb gətirmək imkanı yoxdur. Buna görə də bir çoxları idxal edən şirkətlərdən buğdanı əvvəlkindən cüzi fərqlənən qiymətə alırâ€.
Azərbaycanın ərzaqlıq buğdaya olan illik tələbatı 1,8-2 milyon ton təşkil edir. Bu da ondan irəli gəlir ki, Azərbaycan əhalisi dünyada ən çox un və çörək istehak edən ölkələr sırasındadır - ildə adambaşına 123 kq. Yeri gəlmişkən, dünyada adambaşına ən az çörək istehlakı Skandinaviya ölkələrindədir - ildə 32-45 kq. Rusiyada bu göstərici 97 kq, Bolqarıstanda 96 kq, Fransa və Almaniyada 54 kq, İtaliyada 52 kq təşkil edir. Türkiyədə əhali adambaşına ildə 124 kq çörək yeyir.
Çörək əsas qida məhsulu olduğuna görə un və çörək bazarındakı dəyişiklik əhalinin büdcəsinə ən çox təsir edən amilə çevrilib. Belə şəraitdə idxalın azalması, yerli istehsalın artmaması qiymət bahalaşmasına gətirib çıxaran əsas faktor ola bilər.
Rəsmi statistikaya əsasən, 2023-cü ildə ölkədə 1 milyon 833,8 min ton buğda istehsal edilib, məhsuldarlıq 33,8 sentner olub. Bu il üçün Azərbaycanda həm payızlıq, həm də yazlıq buğda əkinlərinin sahəsində azalma diqqəti cəlb edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə 598,3 min hektar sahədə payızlıq buğda əkilib ki, bu da əvvəlki illə müqayisədə 9,9 faiz azdır. Bundan əlavə, 2023-cü ildə yazlıq buğda əkinləri 4 799,2 ha olubsa, bu il cəmi 584,3 ha sahədə belə əkin aparılıb.
Aydın məsələdir ki, əhalisi çörək yeməyə meylli olan ölkə üçün ərzaqlıq buğda təminatında böyük ölçüdə idxaldan asılılıq ciddi təhdidlər formalaşdırır. Yerli buğda istehsalı həcmini bu təhdidləri neytrallaşdıracaq həddə çatdırmaq uzun illərdir əsas prioritetlər sırasında olsa da, bu, hələ də əlçatmaz olaraq qalır. Bunun əsas səbəbi isə buğda becərilməsində, xüsusilə suvarma sahəsində müasir texnologiyaların çox məhdud tətbiqidir. 2023-cü ildə Azərbaycanda müasir suvarma sistemi olan sahələr cəmi 98,5 min hektar təşkil edib. Bu, 1,5 milyon hektarlıq ümumi əkin sahələrinə nisbətdə çox cüzi bir göstəricidir. Hesablamalara görə, 150 min ha sahədə müasir suvarma sistemi və texnologiyaların tətbiq olunması ilə buğda yetişdirməklə, Azərbaycanda ərzaqlıq buğda təminatını ərzaq təhlükəsizliyini təmin edəcək səviyyəyə çatdırmaq mümkündür.
Azərbaycan ərazisi qlobal iqlim dəyişikliyinin təsirinə ən çox məruz qaldığı ölkələrdən biridir. Rəsmi məlumata əsasən 2020-ci ildə 68.6 min ha, 2021-ci ildə 42.2 min ha, 2022-ci ildə 101.4 min ha və 2023-cü ildə 178.3 min ha sahədə əkinlər quraqlıq səbəbindən tamamilə məhv olub. Bu isə müasir və qənaətli suvarma sistemlərinin tətbiqini son dərəcə aktuallaşdırır.
Dövlət müasir və qənaətli suvarma sistemlərinin tətbiqini genişləndirmək üçün bir sıra stimullaşdırıcı addımlar atıb. Məsələn, Prezident İlham Əliyevin 2022-ci ilin iyulunda imzaladığı fərmanla pivot suvarma sisteminin tətbiqi ilə keyfiyyətli ərzaqlıq buğda istehsal edən fermerlərə hər tona görə stimullaşdırıcı subsidiya müəyyən edilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Subsidiya Şurasının qərarı ilə 2024-cü il üzrə bu subsidiyanın həcmi 100 manat olaraq müəyyənləşdirilib.
Lakin proseslərin gedişi göstərir ki, buğda təminatında təhlükəsizliyin təmin olunması ən yaxşı halda 3-4 ilə mümkün olacaq. Azərbaycan üçün buğda təminatında çətinlikləri azaldan əsas amil iki əsas buğda ixracatçısı olan ölkə - Rusiya və Qazaxıstanla qonşu olmağıdır. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin yaydığı proqnoza əsasən 2024-2025-ci il mövsümündə Rusiyada buğda istehsalı 88 milyon ton, ixracı isə 52 milyon ton təşkil edəcək. Rusiyanın ən yaxın rəqibi olan Aİ-nin buğda ixracı ilə bağlı proqnoz isə 34 milyon tondur (ABŞ Kənd Təsərrüfatı Nazirliyi öz proqnozlarında Krım və Ukraynadan ilhaq edilən digər ərazilərə dair məlumatları nəzərə almır).
Nazirliyə görə, yeni kənd təsərrüfatı ilində qlobal buğda istehsalı 798,19 milyon ton, yemlik taxıl 1 milyard 512,62 milyon ton, qarğıdalı 1 milyard 219,93 milyon ton səviyyəsində qiymətləndirilir.
Buğda istehsalının artması onun dünya bazar qiymətinin əlverişli həddə qalmasını təmin edir. Dünya Bankının əmtəə bazarları ilə bağlı hesabatına əsasən, 2024-cü ildə 1 ton buğdanın qiyməti 290 dollar təşkil edəcək, bu da öncəki proqnoz göstəricisindən 45 dollar azdır. DB-nin proqnozuna görə, 2025-ci ildə 1 ton buğdanın qiyməti 285 dollar səviyyəsində olacaq ki, bu da öncə verilən proqnoz göstəricidən 35 dollar azdır. Beləliklə, Bankın proqnozuna əsasən, 2024-cü ildə buğdanın qiyməti illik müqayisədə 14,8 faiz, 2025-ci ildə isə 1,7 faiz azalacaq.
Lakin bu proqnozların özünü doğrultması hazırda ciddi sual altındadır. Belə ki, Azərbaycanın əsas idxal bazarı olan Rusiyada may ayında müşahidə olunan kəskin soyuqların buğda istehsalında ciddi azalmaya gətirib çıxaracağı gözlənilir. Rusiya Kənd Təsərrüfatı Bazarının Öyrənilməsi İnstitutu (ICAR) bir ayda üçüncü dəfə buğda istehsalına dair proqnozunu aşağı salıb. ICAR-ın baş direktoru Dmitri Rılkonun İnterfaks-a verdiyi məlumata görə, yeni proqnoz əvvəlkindən 2,5 milyon ton azdır - 86 milyon tona qarşı 83,5 milyon ton.
Buğdanın ixrac potensialı üzrə proqnoz isə 47 milyon tondan 45 milyon tona endirilib. ICAR indi ümumi taxıl yığımını 135 milyon tona qarşı 132 milyon ton, ixrac potensialını isə 59,5 milyon tona qarşı 57 milyon ton səviyyəsində qiymətləndirir. Rılkonun sözlərinə görə, proqnozlar Rusiyada bütün may ayı boyu müşahidı olunan əlverişsiz hava şəraiti ilə əlaqədar azaldılır.
Rusiya Kənd Təsərrüfatı Nazirliyi də bu il üçün taxıl yığımı proqnozuna düzəlişləri istisna etmir - hələlik proqnoz 132 milyon ton təşkil edir. Nazirlikdən verilən məlumata görə, bir sıra mərkəzi rayonlarda şaxta ilə əlaqədar 900 min hektar sahədə əkinlərin təkrar aparılması zərurəti yaranıb.
Musavat.com
Xəbərin oxunma sayı : 1249
İqtisadiyyat
Xəbərlər
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu - FƏRMAN
-
Putinlə Mozambik Prezidentinin boy fərqi diqqət çəkdi - VİDEO+FOTO
-
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi - FOTO
-
Azərbaycanda kişilər qadınlardan çox maaş alırlar - Ən böyük fərq hansı sahələrdədir?
-
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
-
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı - Dələduzluğa görə
-
“Onu paraşütlə Kubaya atacağıq” - Tramp Rubionu ələ saldı
-
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır - Elnur Əliyev
-
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi - 482 min manatlıq tender
-
“Sabunçu Emin”, “Xırdalanlı filankəs”, “Qızıl barmaq Fatma”... - Gənclər niyə bu adlara həvəslidir?
-
Azərbaycanda minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
-
Əli Nağıyev BMT rəsmisi ilə terrorizmlə mübarizəni müzakirə etdi - FOTO
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Azərbaycanın dövlət borcu azalıb - Rəsmi rəqəmlər açıqlandı
-
“Dindarlar hər zaman dövlətimizin yanındadırlar“ - Allahşükür Paşazadə
-
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi həyatını itirdi
-
Azərbaycanda ən uzun ömürlü insanlar bu rayonlarda yaşayırlar - Tam siyahı
-
“Seçkilərin yekun nəticələrini gözləyirik” - Netanyahu
-
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirəcək - Bu tarixdə
-
Binəqədi şosesindəki məşhur əmlak kompleksi 25,5 milyona satışa çıxarıldı - Fotolar
-
Azərbaycan Kubokunda hakim biabırçılığı - Qırmızı vərəqə verməyi unutdu
-
Məqsədimizə çatırıq, 15 km-dan çox irəlilədik - Zelenski
-
Elçin Yusubovun daha bir adamından şikayət var - Elxan Musayev sahibkarları incidib?
-
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
-
Fermer və sahibkara qarşı dələduzluq edən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
-
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır - Bu tarixdən
-
Tramp Putin və Zelenski ilə görüş keçirmək istəyir - TASS
-
Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA
-
Vərəm xəstələri evlərində müayinə edilirlər - VİDEO
-
“Starlink“ böhranı Avropa İttifaqını hərəkətə gətirib - Bloomberg
-
ABŞ zərurət yaranarsa, İrana yenidən zərbə endirəcək - Tramp
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
-
Sakinlər “Osmanlı hamam“ istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - VİDEO
-
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
-
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu, cəzasını isə...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda daha 3 MMC ləğv olunur - Adları açıqlandı
-
Mirsaleh Seyidov niyə “vuruldu”? - Həbsxana qalmaqalları, kadr təmizləmələri…
-
İki Avropa lideri Putinə zəng etdi - “Birbaşa danışıqlar lazımdır”
-
Prezident və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl“ sərgisi ilə tanış oldu (FOTO)
-
Gələn ilin büdcə xərcləri necə dəyişəcək? - Təfərrüat
-
Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxarıla bilər - Ararat Mirzoyan
-
İş icazəsi ilə bağlı qaydalar dəyişir: Bu şəxslərə şamil olunacaq
-
Salyanda bir ailənin üç üzvü bıçaqlanıb - Ölən var
-
Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? - Deputatdan təklif
-
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi - DETALLAR
-
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
-
Ermənistan parlamentində gərginlik: Mühafizəçilər çağırıldı + VİDEO
-
Daha bir vəzifəli şəxs həbs edildi - Mənimsəmədə ittiham olunur
-
Mirsaleh Seyidov vəzifəsindən azad edildi - Penitensiar xidmətə yeni rəis təyin olundu + DOSYE
-
“Yol Tikintiservis“ MMC ilə bağlı məhkəmə qərarı: 210 min manatlıq borc ödənilməlidir
-
Borcunu ödəməyənləri yeni aqibət gözləyir - Milli Məclisdən qərar
-
Prezident İlham Əliyev qonaqlarla görüşdü - VİDEO
-
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dövlət hər şagirdə ildə ən azı 2000 manat ayıracaq - Rəsmi
-
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
“Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident
-
Tramp Nikkini təriflədi - Ağ Ev onu mətbuat katibi “təyin etdi”
-
Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - VİDEO
-
“Həzi Aslanov”dakı təmir başa çatdı - Qatarlar birbaşa gedəcək
-
“Azərbaycan sabitlik adasıdır“ - İlham Əliyev
-
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Prezident Forumda iştirak edir - VIDEO - FOTOLAR
-
Təhlükəsizlik torlarının olmaması piyadalara təhlükə yaradır - VİDEO
-
“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - “Reuters”
-
Deputatın oğlunun da iştirak etdiyi ölümlə nəticələnən davanın - Təfərrüatı
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - VİDEO
-
Tramp Obamanı tənqid etdi: O, bərbad prezident idi
-
Zirzəminin özəlləşdirilməsinə hansı əsaslarla icazə verilib? - VİDEO
-
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
-
Mbappe “El Klasiko”da qol vurdu, Ronaldo kimi sevindi - Fotolar
-
Prezident BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul etdi - FOTO
-
İrana qarşı yeni əməliyyata başlaya bilərlər - Trampın əmrini gözləyirlər
-
Oktay Saraldan postunu tərk etməsi barədə - Açıqlama
-
Azərbaycanla Özbəkistan arasında sazişlər təsdiqləndi - FƏRMAN
-
Paşinyan yeni müxalifət axtarır - “Onlar məhv edilib”
-
Yeni Komissiya yaradıldı - Sədri Şahin Mustafayevdir
-
Bir şəhərə görə atəşkəs - dünyanın danışdığı Aleşki...
-
Azərbaycan “Aİ-95” markalı benzini Türkiyədən 1,9 manata alır - Siyahı
-
Prezident Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
-
İranlı nazirin dediklərinə rəsmi reaksiya: “Öz problemlərinizlə məşğul olun”
-
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
-
“Piter Elçin“in qardaşını öldürən şəxslə bağlı qərar - Cəzası artırıldı
-
Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Rəsmi statistika
-
İnfantinodan “Sabah” - “Qarabağ” oyunu ilə bağlı paylaşım - Fotolar
-
Avropanı məhvə aparan rəsmi təbliğat - Nənə və baba nəvəsini...
-
Paytaxtın bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır - Xəbərdarlıq
-
İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm - Tramp
-
Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı: 11 nəfər həbs edilib (VİDEO)
-
Sabirabadda tibb məntəqəsinin fəaliyyətsiz qalması sakinlər üçün çətinlik yaradır - VİDEO
-
ABŞ Viktor Orbanı BMT-nin Baş katibi vəzifəsinə namizəd kimi görür - “The Wall Street Journal”
-
Vuçiç məğlubiyyəti etiraf etdi - “Tələbə siyahısı“ qalib gəldi
-
Tibb işçilərinə 25 faizədək əlavə maaş: Kimlər ala biləcək?
-
Avtomobil bazarında durğunluq yaşanır - Bəs qiymətlər necədir?/VİDEO
-
Balığın qiyməti od tutub yanır: Kütüm 35 manata qalxdı
-
Media və Yayım Şurasından Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara - Cavab
-
Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi
-
“Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb“ - Vens
-
Almaniyada gizlənirdi, yeri tapıldı: Azərbaycana gətiriləcək
-
Ət bazarı üçün bədbin proqnoz - Daha böyük bahalaşma...
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir - Hərəkət alternativ küçələrlə təşkil ediləcək
-
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
İxtisas seçimi yalnız universitetə qəbul olmaq üçün verilən qərar deyil - Məleykə Abbaszadə
-
“Gələcəkdə süni intellekt özünü idarə edəcək” - İlon Mask
-
Azərbaycanda satılan mebellər burada hazırlanır - ŞOK statistika
-
İran neft blokadasının məngənəsində - “Üzən tankerlər”dəki neft və valyuta tükənir
-
“Dubayda tutulmuşam“ deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı
-
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
-
Kəmaləddin Heydərov yeni qərar imzaladı - Kimlərə şamil olunacaq?
-
Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq
-
Azərbaycan təbii qazı Yunanıstana 545, Türkiyəyə isə 272 dollara satıb - Siyahı
-
Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları
-
Məhkəmə “City Construction Group”un xaricə pul köçürməsi ilə bağlı qərar verdi - TƏFSİLAT
-
Azərbaycanda nə qədər dəvə var və hansı rayonlarda saxlayırlar? - Siyahı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Mən xalqın baş məşqçisiyəm” - Sergen Yalçın
-
Pekin sürətlə qocalır: Əhalinin 1/3-i yaşlı olacaq
-
Azərbaycan bu ölkəyə hamıdan çox araq satıb - Hətta Rusiyadan da
-
Maşını nömrəsiz sürən qazilər həbs olundu - TƏFƏRRÜAT
TOP 10
ARXİV






