Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Dünyada ən duzsuz çörək- Bu ölkədədi

Tarix 21.03.18, 22:45

Font ölçüsü : - / +
bitmap-img6


Dünya Duz və Sağlamlıq Hərəkatının araşdırmasına görə, bəzi çörəklərin tərkibindəki duzun miqdarı dəniz suyundakı duzun miqdarına yaxındır.

Azərtac qurumun rəsmi saytına istinadla xəbər verir ki, Londonun Kraliça Meri Universiteti ilə birgə aparılan tədqiqat zamanı çörəyin tərkibi araşdırılıb.

Tədqiqat zamanı 32 ölkədə müxtəlif un növündən hazırlanmış iki mindən çox çörəyin tərkibindəki duzun miqdarı araşdırılıb.

Ölkələr arasında ən yüksək duz miqdarı hər yüz qramında 1,42 qram duz olan Makedoniyanın ağ undan bişirilmiş çörəklərində aşkarlanıb. Ən az duzsuz çörəyə isə Çində rast gəlinib. Belə ki, asiyalıların çörəyinin hər 100 qramına 0,65 qram duz əlavə olunub.

Basmati növündən olan və kəpəkli çörəklərin digərlərinə nisbətən daha duzlu olduğu, qarışıq taxıllıların isə ən az duz miqdarı ( hər 100 qramında ortalama 1,02 qram) ehtiva etdiyi məlum olub.

Ən çox duza isə Kanadada istehsal olunan bir çörək növündə rast gəlinib – hər 100 qramında 2,65 qram duz. Bu miqdar hər 100 qramında 3,5 qram duz olan dəniz suyuna olduqca yaxındır.

Dünya Səhiyyə Təşkilatı günlük duz miqdarının böyüklərdə 5 qramı, 7 yaşından kiçik uşaqlarda isə 2 qramı keçməməsi haqqında xəbərdarlıq edib.

Tədqiqatlar çörəyin tərkibindəki duz miqdarının 6 həftə ərzində mərhələli şəkildə 25 faiz azaldılmasına rəğmən, alıcıların fərqi hiss etmədiyini də üzə çıxarıb.



Xəbərin oxunma sayı : 466




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap