Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Dünyanın ən bahalı şəhərləri - Aşqabad ikinci yeri tutur...

Tarix 09.06.20, 15:49

Font ölçüsü : - / +
bitmap-img6


Honq Konq dünyada əcnəbilər üçün ən bahalı şəhərdir. Ondan sonra Türkmənistanın paytaxtı Aşqabad gəlir. “Mercer” təşkilatı iyunun 9-da yeni sorğunu açıqlayıb. Artıq ikinci ildir Honq Konq birinciliyi əldən vermir və bu, daha çox evlərin bahalığı iləəlaqədardır.

“Mercer” hər il 209 şəhərdə 200 məhsul və xidmətin qiymətini dəyərləndirir. Bu sıraya ev, nəqliyyat, ərzaq, geyim, ev əşyaları vəəyləncənin qiyməti daxildir. Türkmənistan son dövrlər hiperinflyasiya, sənaye malları və xammalı yüksək qiymətə idxal etdiyindən Aşqabat ikinci yerdə qərarlaşıb.

Tokio üçüncüdür, ondan sonra İsveçrənin Sürix şəhəri gəlir. İsveçrənin daha iki şəhəri ilk onluqda yer alıb – paytaxtı Bern 8-ci, Cenevrə isə 9-cu yerdədir.Sinqapur 5-ci, Nyu York 6-cı pilləni tutub.

Çinin Şanxay və Pekin şəhərləri uyğun olaraq 7-ci və 10-cu pillədədir. Moskva ötən ildəkindən altı pillə irəliləyərək 21-ci yeri tutub.

Ötən il 178-ci yerdə olan Bakı isə builki reytinqdə 172-ci olub, yəni 6 pillə irəliləyib.

Afrikada ən bahalı şəhər Çadın paytaxtı Ncamenadır, San Fransiskodan bir pillə irəlidə – 15-ci yerdədir. Nigeriyanın Laqos şəhəri isə Londondan öndədir, 18-cidir.

Korporasiyalar “Mercer”in bu sorğusu əsasında xaricdəki əməkdaşları üçün maaş və imtiyazlar təyin edir və bu rəqəmlər yerli sakinlərin orta yaşam xərcindən fərqlənə bilər. (azadliq.org)



Xəbərin oxunma sayı : 772




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap