“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Dünyanın ən zəngin subay azərbaycanlısı: 1,4 milyard dollar sərvəti var

Tarix 11.05.20, 21:16

Font ölçüsü : - / +
bitmap-img6


İş adamı, milyarder və Rusiyanın "Nortqaz” şirkərinin keçmiş sahibi Fərhad Əhmədov ən varlı azərbaycanlı subay hesab olunur.

AzFakt.com modern.az-a istinadla xəbər verir ki, iş adamının 1,4 milyard dollar sərvəti var. 65 yaşlı iş adamı 2016-cı ilin sonlarında London məhkəməsinin qərarı ilə keçmiş həyat yoldaşına 453 milyon funt sterlinq ödəməklə ondan ayırılıb. İş adamı məhkəmənin həmin qərarını sərt tənqid etmişdi.

"Britaniya məhkəmələri həmişə vaxtlı kişilərin arvadlarının tərəfini tuturlar. Bunu keçmiş arvadların pullarını Britaniyada xərcləməsi üçün edirlər”.

2018-ci ildə Moskva Məhkəməsi də milyarderin keçmiş yoldaşı Tatyana Əhmədovanın tərəfinə duraraq, 2000-ci ildə boşanmaları barədə sənədi tanımamışdı. İş adamının keçmiş yoldaşı ilə nikahdan 6 övladı var.

Hazırda subay həyatı sürən iş adamı 2012-ci ilin noyabrında "Nortqaz” şirkətinin 49%-ni "Nivatek” şirkərinə 1,375 milyard dollara satmışdı. Pulun bir hissəsini o, "Qazprom”, "Lukoyl”, "Sberbank”, "Maqnit” və s. -də səhm almağa yatırıb.

Fərhad Əhmədov milyarder Roman Abromoviçə məxsus 115 metr uzunluğunda ”Luna” yaxtasını satın almağı ilə də məşhurdur.

Əslən Göyçay rayonundan olan uğurlu iş adamı 1955-ci il sentyabrın 15-də Bakıda anadan olub. Fərhad Əhmədov 1983-cü ildə Moskva Veterinar Akademiyasını bitirib.





Xəbərin oxunma sayı : 763




Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap