“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Dövlət şirkətləri milyardlarla borcu büdcəyə yükləyir – Gülməmmədov yazdı

Tarix 30.08.19, 23:11

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın iri dövlət şirkətləri dövlət qarantiyası ilə və ya bunsuz xaricdən iri məbləğdə kreditlər cəlb edir. Amma onları ödəyə bilmir, nəticədə yük dövlət büdcəsinin üstünə düşür.

Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun “Xalq” qəzetində dərc edilmiş və 2019-cu ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinin icrasının analizinə həsr edilmiş  məqaləsində məlumat verib.

Məqalədən sitat: “Son illər üzrə bu sahədə müşahidə olunan meyillər dövlət müəssisələrinin həm dövlət zəmanəti ilə, həm də zəmanət olmadan götürdükləri borc öhdəliklərini ödəyə bilməməsi hallarının daha çox müşahidə olunduğunu, son nəticədə bu öhdəliklərin bu və digər yollarla dövlət büdcəsi hesabına ödənildiyini göstərir”.


Gülməmmədov habelə qeyd edir ki, hökumətin 2019-2024-cü illər üçün proqnozuna əsasən dövlət müəssisələri büdcəyə kredit ödəmələri üzrə 2 milyard 960 milyon manatdan çox vəsait qaytarmalıdır. Həmin vəsait onların əvəzindən dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu tərəfindən ödənilib.

Qeyd edək ki, əksər dövlət müəssisələrinin hazırda dollar ekvivalenti ilə milyardlarla dollar xarici borcları var. Manatın iki dəfə devalvasiyaya məruz qalmasından sonra onlar xarici borclarını qaytarmaqda çətinlik çəkməyə başlayıb. Amma o da sirr deyil ki, dövlət şirkətlərinin dövlət qarantiyası ilə cəlb etdikləri kreditləri bir qismi korrupsiya mexanizmləri ilə mənimsənilir, yük isə göründüyü kimi büdcənin çiyninə düşür.





Xəbərin oxunma sayı : 613




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap