Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Dövlət Himnini oxumamaq məsuliyyətə səbəb olacaq

Tarix 05.12.18, 20:55

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.

AzFakt.com-un modern.az-a istinadən məlumatına görə, gündəliyə daxil edilən "Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında və "Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihələri barədə məlumat verilib.

Qeyd edilib ki, hər iki sənəd "Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” və "Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya Qanunlarının tətbiqi məqsədi ilə hazırlanıb. 

1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsində Azərbaycan dövlətinin rəmzləri təsbit edilib, 75-ci maddəsində bu rəmzlərə hörmət vətəndaşların əsas vəzifələri kimi müəyyən olunub.  "Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun olaraq,  dövlət rəmzlərimiz haqqında yeni qanunların qəbul edilməsi zərurəti yaranıb.

Qanun layihələri Dövlət Gerbinin istifadəsi qaydalarını, Dövlət Himninin ifa edilməsi, oxunması, dinlənilməsi, istifadəsi hallarını və qaydalarını müəyyən edir. Hər iki qanun layihəsi preambuladan və 9 maddədən ibarətdir.

Layihələrdə Dövlət Gerbi və Dövlət himni haqqında ümumi müddəalar, bu sahədə qanunvericilik, müəyyən edilmiş vəzifələr, Dövlət Gerbinin rəngli qabarıq təsvirinin vurulduğu yerlər, Dövlət Gerbinin rəngli təsvirinin istifadəsi, Dövlət Himninin ifa edildiyi hallar, ifaya, dinlənilməyə və istifadəyə dair tələblər, dövlət rəmzlərimizlə əlaqədar məhdudiyyətlər, bu qanunlarun pozulmasına görə məsuliyyət və yekun müddəalar təsbit edilib.
Bizi Telegramda oxuyun!



Xəbərin oxunma sayı : 136




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap