“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Dövlət qulluğuna qəbulla bağlı imtahan keçiriləcək - DİM məlumat yaydı

Tarix 12.02.25, 11:05

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 16-da inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid olan BB vəzifə altqrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçirəcək.

AzFakt.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Qeyd olunub ki, BB vəzifə altqrupu üzrə test imtahanı elektron qaydada təşkil olunacaq. İmtahanda iştirak üçün 812 namizəd qeydiyyatdan keçib.

Namizədlər bu linkə daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.

İmtahan saat 11:00-da başlanır Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

Fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün isə AB qrupu üzrə 2, AC qrupu üzrə 6, BA qrupu üzrə 38, BB qrupu üzrə isə 73 olmaqla, ümumilikdə 119 namizəd qeydiyyatdan keçib.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı iştirakçıları 
bu linkə  daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.

Buraxılış vərəqəsində imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib. İmtahan saat 16:00-da elektron qaydada təşkil olunacaq və 2 saat 30 dəqiqə davam edir. Saat 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

İmtahanın keçirilməsi üçün 10 imtahan rəhbəri, 55 nəzarətçi və 11 buraxılış rejimi əməkdaşı ayrılıb.



Xəbərin oxunma sayı : 622




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap