![]() |
|














Dövlət qurumlarında tender maxinasiyası: Qətldə suçlanan şəxs necə qalib “seçilib”?
Tarix 17.03.23, 16:49 |
|

Azərbaycanda bəzi dövlət qurumlarının təşkil etdiyi tenderlərdə ciddi qanun pozuntularına yol verilir...
Ölkədə son illərdə həyata keçirilən köklü islahatlar uzun müddət dövlət büdcəsinə qənim kəsilən rəsmi qurumların fəaliyyətində dönüş yaratmalı olsa da, əksinə, dövlətin vəsaitlərinin qanunsuz mənimsəmə hallarının artdığı müşahidə edilməkdədir.
Yenicag.az-ın əldə etdiyi məlumata əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti sanitariya və texniki təmizlik idarəsi də büdcə pullarının talanmasında xüsusi aktivliyi ilə seçilən qurumlar sırasındadır.
Qeyd edək ki, Sanitariya və Texniki Təmizlik İdarəsinin balansında minlərlə xüsusi texnika var. Həmin texnikalar üçün ehtiyat hissələri və şinlərin alınması, yanacaqla təchiz edilməsi üçün hər il çoxsaylı tenderlər həyata keçirilir.
Adından da göründüyü kimi, Sanitariya və Texniki Təmizlik İdarəsinin əsas funksiyalarından biri də qarlı-şaxtalı havalarda yollarda təhlükəsiz hərəkətin təmin olunması üçün xidmət göstərməkdir. O baxımdan sözügedən İdarə bu məqsədlə hər il texniki duz və qum məhsullarının alınmasına yüz minlərlə manat vəsait xərcləyir. Ancaq iddialara görə, milyonlarla vəsaitin sərf olunduğu tenderlər, əslində, formal xarakter daşıyır.
Sanitariya və Texniki Təmizlik İdarəsinin yekunlaşdırdığı son tenderi araşdırdıqda, prosesin həqiqətən, formal olaraq həyata keçirildiyi barədə iddiaların heç də əsassız olmadığı qənaəti yaranır. Yenə də iddialara əsasən, adıçəkilən İdarənin sifarişçi olduğu satınalmalarda qalib elan etdiyi şirkətlərin böyük əksəriyyəti “otkat” məqsədi ilə yaradılan təşkilatlardır. O cümlədən tenderlərdə qalib elan edilən MMC-lərin qanuni təmsilçilərinin əksəriyyəti isə “proxy” şəxslərdir. Sadəcə, o şəxslərin adlarına yaradılan MMC-lər vasitəsilə bəzi məmurlar büdcədən böyük pullar mənimsəyirlər.
Sanitariya və Texniki Təmizlik İdarəsinin yekun vurduğu son satınalmada da yuxarıda qeyd etdiyimiz xarakterli kifayət qədər şübhəli məqamlar var. İdarə “Xüsusi təyinatlı müxtəlif avtonəqliyyat vasitələri və maşın-mexanizmlərinə ehtiyyat hissələrinin və həmçinin təmiri üçün mal materialların satın alınması” lotu üzrə 2023-cü ilin mart ayının 9-da 194.998 manatlıq tenderə yekun vurub.
Həmin tenderdə 2013-cü ilin avqust ayında yaradılan “PEYK-KN” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) qalib elan edilib. Şirkətin hüquqi ünvanı olaraq Binəqədi rayonu, Azadlıq prospekti ev 165 mənzil 62 göstərilib. Şirkətin qanuni təmsilçisi isə Hacı Asif Hacı oğludur.
Əlbəttə, bura qədər hər şey normal görünə bilər. Lakin bu şirkətin qanuni təmsilçisi Hacı Asif Hacı barədə Daxili İşlər Nazirliyinin (DİN) 2009-cu ilin oktyabrın 15-də yaydığı press-relizdə olduqca ilginc məlumat yer alır. Nazirliyin yaydığı məlumatda deyilir:
“Oktyabrın 16-da Binəqədi rayon sakini Hacı Asif Hacı oğlu qısqanclıq zəminində arvadı Ziyafəti taxta parçası ilə döyərək qətlə yetirmişdir. Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacı Asif tutulmuşdur”.
Maraqlıdır, 2009-cu ildə xüsusi amansızlıqla insan qətlə yetirmiş şəxs necə olur ki, 4 il sonra şirkət yaradaraq Sanitariya və Texniki Təmizlik İdarəsinin 200 min manatlıq tenderində qalib elan edilir?
Ehtimal ki, “PEYK-KN” MMC-nin qanuni təmsilçisi Hacı Asif Sanitariya və Texniki Təmizlik İdarəsinin digər tenderlərində qalib elan edilən MMC-lərin bir çoxlarının qanuni təmsilçiləri kimi “proxy” şəxsdir və onun ümumiyyətlə, adına belə bir MMC-nin yaradıldığından xəbəri belə yoxdur.
Qeyd edək ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Bakı şəhər mənzil-kommunal təsərrüfatının idarəetmə sistemini təkmilləşdirmək tədbirləri haqqında” 12 may 1999-cu il tarixli, 444 saylı sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı strukturunda şəhər üzrə mənzil-kommunal xidməti sahəsində vahid idarəetmə orqanı qismində yaradılıb.
Bu dövlət müəssisəsi əhalinin mənzil-kommunal xidmətlərinə tələbatın tam ödənilməsi məqsədi ilə həmin sahə üzrə göstərilən xidmətin təkmilləşdirilməsi, balansında olan mənzil-kommunal sahələrinə rəhbərlik, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, şəhərin sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, qeyri-yaşayış sahələrindən təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin edilməsi, əsaslı tikinti və təmir sahəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması, aşınmalara uğramış liftlərin dəyişdirilməsi və texniki xidməti, şəhər yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələr və yeraltı keçidlərin istismarı və təmiri, şəhərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçirir.
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə artıq uzun illərdir, Rafael Mehralıyev rəhbərlik edir. Maraqlıdır ki, Sanitariya və Texniki Təmizlik İdarəsinin rəisi Mübariz Hüseynovun vəzifə baxımından tabe olduğu Rafael Mehralıyevin həmyerlisi və qohumu olduğu bildirilir.
Göründüyü kimi, Sanitariya və Texniki Təmizlik İdarəsinin həyata keçirdiyi tenderlərdə qanunsuzluqlara yol verilməsinə və şübhəli məqamların olduğuna dair iddialar yetərincə ciddi xarakter daşıdığı üçün onlara qurum tərəfindən münasibət bildirilməsi zəruridir. Lakin həmin iddialara aydınlıq gətirilməsi məqsədi ilə Sanitariya və Texniki Təmizlik İdarəsinə rəsmi qaydada sorğu göndərsək də, qurum tərəfindən müraciətimizə hələ cavab verilməyib.
Mövzunu diqqətdə saxlayacağıq.
Xəbərin oxunma sayı : 808
loading...
Sosial
Xəbərlər
-
İcra hakimiyyətləri ləğv olunacaq - Deputat açıqladı
-
Azərbaycana qarşı təxribat hazırlayan İran casusu tutuldu - VİDEO
-
Onlar vəzifəsiz qaldı - Sabiq deputatın oğlu, prorektorun qardaşı...
-
Deputat “Azərlotoreya“-dan danışdı: “Narkomaniyanın bir başqa növüdür“
-
Azərbaycanda daha 69 nəfər koronavirusa yoluxub - 4 nəfər ölüb
-
Bank sektorunun vəziyyəti açıqlandı – Son rəqəmlər
-
Lavrov Türkiyəyə gedir - Qarabağ da müzakirə olunacaq
-
Yeni qayda bu tarixdən sonra alınan maşınlara aid ediləcək - Rəsmi
-
“Dərman kralı” mandatdan necə sui-istifadə edir? - Kəmaləddin Qafarovun biznes imperiyası...
-
Prezident Mikayılovu yüksək vəzifəyə təyin etdi - Yeni agentliyin rəhbəri kimdir + DOSYE
-
Azərbaycanda yeni agentlik yaradıldı - FƏRMAN
-
Məhkəmə hakimi biznesə girişib - Şəmsəddin Abbasov avtomobil təmiri sexi açıb
-
XİN Nikol Paşinyana cavab verib - “Paşinyanın manipulyasiya cəhdləri qəbuledilməzdir“
-
Çini müharibəyə hazırlaşır - Si Cinpin açıqladı
-
Avtomobil idxalı ilə bağlı sərt qərar: bir ay vaxt
-
“Tezliklə İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq” - Pəhviz Şahbazov
-
Sabah sulu qar, qar yağacaq - Xəbərdarlıq
-
Gəncə Dövlət Universitetində “dərə xəlvət, tülkü bəy”…
-
İrana bağlı şəbəkənin daha iki üzvü saxlanıldı - Biri bu bankın əməkdaşıdır
-
Lökbatan dairəsində “əbədi” xaos: Bakı Cənub Avtostansiyası niyə açılmır?
-
Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə: Test imtahanı keçiriləcək
-
AMEA-da yoxlama zamanı 2 milyonluq yeyinti aşkarlandı - Tarixçi alim və həyat yoldaşının məhkəməsi
-
Bakıda şirkət rəhbəri 745 min manat ələ keçirib? - Pərviz Əliniyazzadə haqqında ŞİKAYƏT
-
1988-1992-ci illərdə 250 mindən artıq Qərbi azərbaycanlı deportasiyaya və təqibə məruz qalıb - RƏSMİ
-
Azərbaycan Hərbi Hava Qüvvələri təlimlərə başlayıb - VİDEO
-
Rayonlarda güclü külək əsir - FAKTİKİ HAVA
-
Bakıda 5 milyondan çox insan yaşayır? – Müəmmalı statistika
-
DTX-nın İNANILMAZ “LA VİRA“ ƏMƏLİYYATI... - Erməni kəşfiyyatına necə tələ quruldu? + VİDEO
-
“Zaporojye AES-də vəziyyət getdikcə pisləşir” - Rafael Qrossi
-
Qonşu ilə xəyanət, yataq otağında DƏHŞƏT: Arvadını çəkicləyən kişinin CİNAYƏT İŞİ - FOTO
-
Azərbaycan Ordusu yeni yüksəklikləri nəzarətə götürüb - RƏSMİ
-
Bu ölkələrlə quru sərhədlərimiz açılır - Tarix bilindi
-
Xankəndi-Laçın yolunda aksiyanın 109-cu günü: Tələblər dəyişməz, şüarlar eyni
-
Putin xəbərdarlıq etdi: “Sanksiyalar Rusiya iqtisadiyyatına mənfi təsir göstərə bilər”
-
“Çox istəyirəm ki, həyatımda sevgi olsun“ - Çinarə
-
Messi 100-ü keçdi - Ronalduya çatmasına neçə top qaldı?
-
“İranın nüvə silahı əldə etməsinə imkan verilməməlidir“ - İsrailin XİN başçısı
-
Muğalı kəndinin üç mindən çox sakinin su problemi niyə həll olunmur? - VİDEO
-
“Hər hansı bir dövlətlə yaxın əlaqələrimiz digər ölkələri narahat etməməlidir“ - Ceyhun Bayramov
-
Müğənni Nəfəs məsuliyyətə cəlb olunacaq? - Açıqlama
-
Qanunsuz ev tikənlər su, qaz və işıqsız qalacaq - VİDEO
-
Ramazanın 8-ci günü - İmsak və iftar vaxtı
-
PA-nın Vətəndaş Qəbulu Mərkəzində aprel ayı üzrə qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Şəhərətrafı ərazilərdəki ucuz həyət evlərini almaq sərfəlidirmi? - ARAŞDIRMA
-
İşlənmiş batareyaları hara təhvil verməliyik? - AÇIQLAMA
-
Bu avtomobillərin Azərbaycana gətirilməsi qadağan edildi - Baş nazir qərar imzalayıb
-
İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçirilib - FOTOLAR
-
Vilayət Eyvazov 6 rayonun sakinlərini qəbul edəcək - Bu tarixdə
-
“Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində liderdir
-
Erməni faşizminin kökü
-
“Özünü “12-ci imam Mehdi“ kimi təqdim edən şəxsə 14 min manat zəkat vermişəm” - Zərərçəkmiş
-
Formula 1-lə bağlı viza prosedurları sadələşdirilir - Sərəncam
-
Ceyhun Bayramov İsrailin Baş naziri ilə görüşüb - FOTO
-
Azərbaycanda daha 97 nəfər koronavirusa yoluxub - 3 nəfər ölüb
-
İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparmışlar
-
Bakıda valideynlərdən pul yığan lisey direktoruna şiddətli töhmət verilib - Müavini işdən çıxarılıb
-
“Polad Həşimov haqqında ifadə tələb olunurdu“ - Polkovnik yeni faktları açıqladı
-
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
İlham Əliyev yeni qanunu imzaladı: Tranzit keçən nəqliyyat vasitələrindən yol vergisi alınacaq
-
Prezidentin köməkçisi Fazil Mustafanı ziyarət edib
-
Britaniya etnik azlıqları necə irəli çəkir? – “Financial Times”
-
Naxçıvan xəstəxanasında avadanlıqlar niyə çalışmır? - VİDEO
-
Rəşad Əliyev vəzifəsindən çıxarılır? - İdarə rəisi Adil Kərimlinin islahatlarından təşvişə düşüb...
-
“Gülləni bədənindən evdə çıxarmışdılar“ - Fazil Mustafanın xanımı DANIŞDI
-
“Bu il uşaq bağçalarının tədris proqramı vahidləşdiriləcək” - Nazirlik
-
Naxçıvanda yaranan daha 2 şirkət 8 yerə parçalandı – Təfərrüat
-
“Azərbaycanda dərmanların qiyməti 3-4 dəfə bahadır“ - Deputat
-
Ermənistanın və Qarabağdakı erməni başbilənlərinin pozuculuq fəaliyyəti və ya münaqişənin yenidən alovlandırmaq cəhdləri səmərə verməyəcək
-
“Ukrayna müdafiəçiləri Baxmutda uğurlu əməliyyat keçirib“ - Britaniya kəşfiyyatı
-
İlham İsmayılın oğlu saxlanıldı - FOTO
-
31 Mart – Azərbaycanın tarixində unudulmaz bir gündür
-
Yüzlərlə tender udurlar, amma vergiləri vaxtında ödəmirlər – Adlar
-
Son 20 gündə əməliyyatlarla 5 mütəşəkkil dəstə saxlanılıb - VİDEO
-
“Hazırda 160 bağça müdiri vəzifəsi boşdur” - Nazirlik
-
Restoranların od tutub yanan iftar və imsak qiymətləri – 120 manatlıq menyular da var…
-
2023-cü ildə laçınlılar Laçına qayıdır
-
“Ətin sümüyünü bişirirlər, özünü aparırlar” - Bakıdakı uşaq evində nələr baş verir? + VİDEO
-
Avropa İttifaqı yeni sistemə keçir: Şəxsiyyət və sürücülük vəsiqələrindən imtina ediləcək
-
“Televiziyaya zəng vurub biabırçılığı dayandırmağı tələb etdim” - Dövlət Komitəsinin sədr müavini
-
Azərbaycan və İsrail XİN rəhbərləri Yerusəlimdə görüşüb - VİDEO+FOTO
-
BİZ ARTIQ BU DOĞMA DİYARIMIZDA ƏBƏDİ YAŞAYACAĞIQ
-
Fazil Mustafa ikinci dəfə əməliyyat olunub
-
“Qaraja daxil olmağa hazırlaşanda...“ - Fazil Mustafadan terror aktı ilə bağlı ilk açıqlama
-
Kim Çen Indan yenilik: 500 metr yüksəklikdə nüvə partlayışı simulyasiyası
-
Trampın birinci həyat yoldaşı ilə bağlı məxfi araşdırma: FTB 900 səhifəlik sənəd yığıb
-
Xankəndi-Laçın yolu:Aksiyanın 108-ci günü
-
Sabirabad rayonunda 20 Yanvar şəhidləri böyük ehtiramla yad edilib
-
Separatçı rejim Sərsəng su anbarına qarşı ekoloji terror həyata keçirir - VİDEO
-
Erməni zorakılığı - Şamaxı hadisələri
-
DTX-dan Fazil Mustafa ilə bağlı açıqlama: "Terror aktı törədilib"
-
Türkiyə evdə, İspaniya səfərdə uduzdu - AVRO-2024
-
DİN-dən Fazil Mustafaya qarşı törədilən cinayətlə bağlı ÇAĞIRIŞ
-
Fazil Mustafa belə vurulub - ŞOK DETALLAR
-
İçməli su 10 gündür zirzəmiyə axır - VİDEO
-
Ramazanın 7-ci gününün duası - İmsak və iftar vaxtı
-
Fazil Mustafa Kliniki Tibbi Mərkəzə gətirilib, hazırda əməliyyat olunur
-
Baş prokurorun birinci müavini və Bakı şəhər prokuroru Fazil Mustafanın güllələndiyi yerə gedib
-
TƏBİB-dən Fazil Mustafanın vəziyyəti ilə bağlı AÇIQLAMA
-
“ABŞ-də defolt Çinə böyük qələbə gətirəcək” - Karin Jan-Pyer
-
Deputat Fazil Mustafaya sui-qəsd - Evinin qarşısında güllələndi
-
Rus-tatar qəbiristanlığındakı məzarları kim dağıdır? - FOTO
-
Bulvar rəhbərliyi çəkiliş qadağası ilə nəyi gizlədir? - VİDEO
-
İnterneti, xəstəxanası olmayan kəndin sakinləri etiraza qalxdılar - VİDEO
-
Parisdə iğtişaşlar: “Makron, rədd ol!” – VİDEO
-
“Bəzi dövlətlərin xüsusi xidmət orqanlarının təxribatlarının qarşısı qətiyyətlə alınır“ - DTX RƏİSİ
-
Dollara tələbin artması manat üçün risklər yaradırmı? - FOTO
-
Azərbaycanda daha 74 nəfər COVID-19-a yoluxub, dörd nəfər vəfat edib - FOTO
-
Binanın komendantı mənzil sahiblərindən pul tələb edə və ya lifti özbaşına söndürə bilər? - ARAŞDIRMA
-
DTX-də Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi qeyd edildi - FOTOLAR
-
Gəncədə aptekdə çaytikanı adı altında günəbaxan yağı satılırmış - FOTO
-
Sakinlər Musayalı kəndini niyə tərk edirlər? - VİDEO
-
Dostugildə məclis qurdu, onun arvadına intim mesajlar yazdı: “Mənimlə...”
-
Rusiya ordusu Ermənistanda təlimlərə başlayıb - Nə baş verir?
-
Benzin və dizellə işləyən avtomobillərin satışı qadağan ediləcək - QƏRAR
-
Kremldən sülhməramlılara təlimat: “Azərbaycan hərbçiləri ilə...”
-
Güclü külək əsəcək, yağış və qar yağacaq - XƏBƏRDARLIQ
-
Məktəbdə azyaşlı şagirdə pəncərə sildiriblər? - VİDEO
-
Oğul 58 yaşlı atasını söyüşə görə öldürüb - TƏFƏRRÜAT
-
Azərbaycan balı niyə Avropa bazarına çıxarılmır? - VİDEO
-
İqtidar siyasi dialoq prinsiplərinə sadiqdir
TOP 10
ARXİV