Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Dövlət vaxtında sahibkarlara kömək etməlidir ki... - ŞƏRH

Tarix 06.07.20, 10:03

Font ölçüsü : - / +
bitmap-img6


"Karantin rejimində fəaliyyəti məhdudlaşdırılan sahibkarlara da yardım edilməlidir".

AzFakt.com xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, nəzərdə tutulan yardım əslində iki ay verilməlidir:

"Əmək və Əhalinin Sosial Müdafiəsi naziri qeyd edib ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi ümumilikdə 16 şəhər və rayon üzrə 287 min insana yaxın günlərdə bank kartları vasitəsilə ödəniş veriləcək. Deməli, 3-cü ay üçün 190 manat birfəfəlik yardım əvvəl bu yardımı alanların 48,7 faizinə ödəniləcək. Əvvəlki məlumatlara görə, onların 25 faizi Bakıda, 4 faizi Sumqayıtda, 3 faizi Gəncədə yaşayırdı. Bu isə aşağıdakıları deməyə əsas verir: 

1. Sərt karantin rejimində yaşayan əvvəl yardım alanların heç də hamısına ödəniş verilməyəcək, onların bəziləri siyahıdan çıxarılıb. 

2. Yardımın verilməsinə yaxın günlərdə start verilsə də, onun ödənilmə müddəti uzun çəkəcək. 

3. Karantin iyun-iyul aylarını əhatə etməsinə baxmayaraq, yardım 1 ay üçün ödəniləcək".

Qubad İbadoğlu bildirib ki, karantin qaydaları sərtləşdikcə icazələrin bir hissəsinin ləğv edilməsinə baxmayaraq, dövlət mikro və fərdi sahibkarlara dəstək vermir, həmçinin fəaliyyəti dayandırılmış və ya məhdudlaşdırılmış sahələrdə muzdlu işçilərin əməyinin bir hissəsinin kompensasiya edilməsinə vəsait ayrımır:

"Bu isə sahibkarların durumunu nəinki çətinləşdirib, hətta çıxılmaz vəziyyətə salıb. Xərclərini qarşılaya bilməyən sahibkarların yeganə yolu fəaliyyətini məhdudlaşdırmaq və işçilərini işdən azad etmək olacaq. Onun isə yenə də sosial yükü dövlətin üzərinə düşəcək. Odur ki, dövlət vaxtında sahibkarlara kömək etməlidir ki, sonradan artan işsizliyə görə əlavə xərclərə düşməsin".



Xəbərin oxunma sayı : 1669




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap