“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Daha bir deputatın qardaşlarının borc qalmaqalı – Çingiz Qənizadənin də başı dərddədir

Tarix 01.10.19, 13:58

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadənin qardaşlarının və yaxın qohumlarının banka borcu olduğu məlum olub...

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, “Accessbank” deputatın qardaşları Feyruz Qənizadə, Gündüz Qənizadə, yaxın qohumları M.Qəniyeva, Rövşən Əfəndiyev və Ruslan Həşimova qarşı Ağdaş Rayon Məhkəməsində iddia qaldırıb.

2018-ci ilin sonundan Ağdaş Rayon Məhkəməsinin sədri Famil Nəsibovun sədrliyi ilə baxılan məhkəmə işi bu ilin iyun ayınadək davam edib. Məhkəmə yekun akt olaraq ərizənin baxılmamış saxlanılması barədə qərar qəbul edib və əsas olaraq tərəflərin məhkəmə prosesində iştirak etmədiyii göstərib.
Kreditin biznes məqsədi ilə götürüldüyü və böyük miqdarda olduğu bildirilir.

Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Milli Məclisin üzvü Rafael Cəbrayılovun deputat mandatından imtina etməsi ilə nəticələnən borc qalmaqalı (Rafael Cəbrayılovun özünün və qardaşının banka və vətəndaşlara külli məbləğdə borcu var) deputatların biznes sahələrinə nəzarət məsələsini gündəmə gətirib.

Xüsusilə, mandatdan imtina qalmaqalı səngiməmiş, onunla eyni komitədə təmsil olunan Çingiz Qənizadənin qohumlarının adının hallanması məsələnin ciddiyyətindən xəbər verir.



Xəbərin oxunma sayı : 1129




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap