“Maşın” şoudan MTRŞ-yə cavab Toy vaxtını açıqladılar Maral Tahirqızı həbsdən azad olundu “25 il həyat yoldaşıma nifrət etmişəm“ - Kərim
Axtar
 
  • / Maqazin / — 16 Oktyabr 2017

    “Maşın” şoudan MTRŞ-yə cavab

  • / Maqazin / — 14 Oktyabr 2017

    Toy vaxtını açıqladılar

  • / Maqazin / — 14 Oktyabr 2017

    Maral Tahirqızı həbsdən azad olundu

  • / Maqazin / — 13 Oktyabr 2017

    “25 il həyat yoldaşıma nifrət etmişəm“ - Kərim

  • / Maqazin / — 12 Oktyabr 2017

    Özündən 17 yaş böyük əri ilə belə görüntüləndi

  • / Maqazin / — 10 Oktyabr 2017

    Gülben Ergenə daha bir zərbə - işindən oldu

Damladan ərinin terrorçu olması xəbərinə reaksiya: “9 ildir ayrılmışıq“

Tarix 07.01.17, 14:59

Font ölçüsü : - / +
bitmap-img6


Gənc müğənni Damla (Məmmədova Məsumə Qərib qızı) keçmiş həyat yoldaşının terrorçu olması haqda yayılan xəbərlərə aydınlıq gətirib 

Musavat.com saytına açıqlama  verən ifaçı sözügedən  xəbərlərin əsassız olduğunu bildirib: 
"Haqqımda yayılan xəbərləri mətbuatda oxuyub təəccübləndim. Bu söhbətlərin heç bir əsası yoxdur. Mən həyat yoldaşımdan 9 ildir ki, ayrılmışam. Düzdür, o həbsdədir. Lakin terrorçu deyil. Mənim bir övladım var. Bu cür xəbərlərə görə üzülməsini istəmirəm. Qardaşımın həbsdə olmasını yazıblar. Qardaşım hazırda Rusiyada ailəsi ilə yaşayır. Nə dini qruplaşmanın üzvüdür, nə də axtarışdadır. Yazıblar ki, mən evli olduğum müddətdə ərimin istəyi ilə dini məzhəblərdən birinin qaydalarına əməl edirmişəm. Bu da yalandır. Adımın belə məsələlərdə hallanmasını istəmirəm. Müğənniyəm, sənətimlə məşğulam. Əsassız söhbətlər məni və ailəmi narahat edir". 

Qeyd edək ki, Ölkə.az-ın yaydığı məlumata görə, sənətçinin bu yaxınlarda boşandığı həyat yoldaşı Ceyhun Əliyev hazırda həbsdədir.

C. Əliyev Əbu Bəkr məscidinin partladılmasında ittiham edilərək həbs olunan şəxslərdən biridir. 

İddiaya görə, Damlanın qardaşı da sözügedən qruplaşmada olub və hazırda axtarışdadır.



Xəbərin oxunma sayı : 274

loading...

Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda