Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Deputat Asim Mollazadə:“Avropa Şurasından çıxmaq yox, daha da sıx əməkdaşlıq etməliyik”

Tarix 05.01.18, 2:25

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan Avropa Şurasından çıxmaq barədə düşünməməlidir. Əksinə, bu qurumla daha da sıx əməkdaşlıq etməlidir”.

AzFakt.com xəbər verir ki, bu sözləri “Ölkə.Az”-a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) yeni nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Asim Mollazadə bildirib. 

A.Mollazadə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibinin də dəyişdirildiyini təsdiqləyib: “Bəli, artıq yeni tərkib formalaşıb. Yeni tərkibdə mən də təmsil olunuram”. 

Deputat qeyd edib ki, Azərbaycan Avropa Şurası ilə 20 ildən çoxdur əməkdaşlıq edir: “Azərbaycan Avropa Şurasının üvü olan dövlətdir. İndiyədək Avropa Şurası Azərbaycanla bağlı bir sıra qətnamələr qəbul edib. Həmin sənədlərdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın hüquqlarının qorunması məsələsi də var. Bu baxımdan da mən Avropa Şurası ilə daha sıx işləməyin tərəfdarıyam. 

Azərbaycan həqiqətlərinin dünyaya və Avropaya çatdırılması istiqamətində daha güclü işlər görülməlidir. Dünyada Azərbaycana qarşı informasiya müharibəsi mövcuddur. Bununla mübarizə aparmaq üçün əsas məsələ əməkdaşlıqdan keçir. Biz Azərbaycan həqiqətlərini Avropaya daha yaxşı çatdırmalıyıq”.

A.Mollazadə bir sıra deputat həmkarlarının Avropa Şurasından çıxması ilə bağlı təkliflərinə də münasibət bildirib: 

“Mən bunun əksini düşünürəm. Hesab edirəm ki, Azərbaycan Avropa Şurası ilə əməkdaşlığı davam etdirməlidir. Azərbaycan hər bir beynəlxalq tribunadan istifadə edərək, öz haqq səsini dünyaya çatdırmalı və milli maraqları müdafiə etməyə qadir olmalıdır”.

Xatırladaq ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilib. Dəyişikliklə deputatlar – Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayevin nümayəndə heyətinin tərkibindəndən çıxarılıb. Onların yerinə isə deputatlar – Elşad Həsənov, Ülviyyə Ağayeva və Asim Mollazdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibinə daxil edilib. 



Xəbərin oxunma sayı : 151




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap