İlhamə Quliyevanın şərəfinə şərab hazırlanıb - Foto “Kişilər qısqanılmağı xoşlamırlar, mən də qısqanmıram” “Pişiyimin dərisini soyub saxlayıram” - Elza Lalə Azərtaş 5 ildən sonra efirə qayıtdı
Axtar
 
  • / Maqazin / — 22 Yanvar 2018

    İlhamə Quliyevanın şərəfinə şərab hazırlanıb - Foto

  • / Maqazin / — 19 Yanvar 2018

    “Kişilər qısqanılmağı xoşlamırlar, mən də qısqanmıram”

  • / Maqazin / — 18 Yanvar 2018

    “Pişiyimin dərisini soyub saxlayıram” - Elza

  • / Maqazin / — 16 Yanvar 2018

    Lalə Azərtaş 5 ildən sonra efirə qayıtdı

  • / Maqazin / — 15 Yanvar 2018

    Fədayə Laçının həbs müddəti uzadıldı

  • / Maqazin / — 14 Yanvar 2018

    Ajda Pekkan Azərbaycan mahnısına belə rəqs etdi - Video

Deputat Astan Şahverdiyev: “Heç kəsi təhqir etməmişəm, niyə üzr istəyim ki?!”

Tarix 26.12.16, 11:50

Font ölçüsü : - / +
bitmap-img6


"İki gün öncə verdiyim açıqlamada heç kəsi təhqir etməmişəm ki, üzr də istəyəm?! Amma dediklərimə görə, təəssüf edirəm. Əsəbi olmuşam, o cür ifadə işlətmişəm. Siz də o mənzərəni görsəydiniz, elə deyərdiniz".

Bunu "Report"a açıqlamasında 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Astan Şahverdiyev deyib.

O, telefon nömrəsinin sosial şəbəkələrdə paylaşılmasına da münasibət bildirib: "Elektron ünvanım yoxdur. Hazırkı telefon nömrəmi də 11 ildir ki, işlədirəm. Hər kəs də bilir. Nömrəmi sosial şəbəkələrdə paylaşmaları onların öz işləridir".

A.Şahverdiyev qeyd edib ki, Biləsuvarda məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərin problemi "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti ilə müzakirə edilib: "Məsələ Azərbaycan Prezident Administrasiyasına məruzə olunub. Artıq, sakinlərin elektrik enerjisi bərpa edilib. Bu halların təkrar olunmaması üçün yollar axtarılır. Milli Məclisin dekabrın 30-da keçiriləcək plenar iclasında çıxış edəcəm, xahiş edəcəm ki, insanların problemi həll edilsin. Bilirsiz ki, qış sərt olacaq, camaatın da yeganə istilik mənbəyi elektrik enerjisidir. Camaatı başa düşürəm, onlar da gərək azğınlaşmasın".

Qeyd edək ki, A.Şahverdiyev iki gün öncə "Azadlıq radiosu"na verdiyi müsahibə qalmaqala səbəb olub. O, müsahibəsində etiraz edənləri "nəşəli", "içkili" adlandırıb. O, Rusiyaya işlə bağlı gedənlər barədə də "otxod" ifadəsini işlədib.



Xəbərin oxunma sayı : 163

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda