Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Deputat Fəzail Ağamalı spikerin əvəzindən danışdı:“Oqtay müəllim spikerdir deyə, ailəsi acından ölməlidir?“

Tarix 14.03.19, 20:24

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin Deputatı Fəzail Ağamalı spiker Oqtay Əsədovla bağlı yayılan xəbərlərə münasibət bildirib.

O deyib ki, belə xəbərlər Azərbaycan dövlətini, onun yüksək ranqlı məmurunu gözdən salmaq məqsədi daşıyır:

“Oqtay Əsədov kifayət qədər özünün təmiz imici ilə seçilən, fərqlənən və dövlətçiliyə kifayət qədər xidmətləri olan nüfuzlu bir adamdır. Hazırda ona qarşı belə çirkin kampaniya aparılır.

Bununla bərabər, Rusiyanın Xarici İşlər Nazirliyi öz  vətəndaşlarına tövsiyə edir ki, Azərbaycana getməyin. Erməni əsilli vətandaşları ölkəyə buraxmamaq Azərbaycanın hüququdur. Biz bilmirik, onlar bura nə məqsədlə gəlirlər.

Bütün bunlar iki ölkə arasında olan münasibətləri korlamaq məqsədi daşıyır. Ola bilər ki, bu, üçüncü qüvvələrin işidir. Rusiyanın daxilində üçüncü qüvvəyə işləyənlər var. Baxıb görəcəyik, bu işlərin axırı necə olur.

Mən Oqtay Əsədovu 25 ildir ki, tanıyıram. O kifayət qədər ciddi və imicini gözləyən adamdır. Ona böhtan atmaq allahsızlıqdır. Başqa bir tərəfdən, Oqtay müəllimin həyat yoldaşı da, övladı da özünə biznes qura bilər, burda nə var ki? Oqtay müəllim spikerdir deyə, onun ailəsi acından ölməlidir?

Sahibkarlığın nəyi pisdir. Sahibkarlıq iş yeridir, əlavə vergidir.

Eyni zamanda, mən tam təminat verirəm ki, Oqtay Əsədov heç bir sahibkarlıqla məşğul deyil. Bunun altından imza atıram…”.

bizimyol.info



Xəbərin oxunma sayı : 478




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap