Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Deputat Nəsirov Əfqan Muxtarlı haqda dediklərinə izahat verdi: “Fikirlərim təhrif olunub”

Tarix 14.06.17, 16:47

Font ölçüsü : - / +
bitmap-img6


Bu bir həqiqətdir ki, Azərbaycan-Gürcüstan münasibətləri strateji xarakter kəsb edir və fundamental məsələlərdə hər iki dövlət ortaq mövqeyə malikdir. Bunu Trend-ə açıqlamasında deputat Elman Nəsirov deyib.

Deputat daha sonra bildirib: "Başqa bir həqiqət isə ondan ibarətdir müəyyən beynəlxalq siyasi dairələr və onların əlində alətə çevrilmiş bəzi QHT-lər müxtəlif yollarla çalışırlar ki, qardaş və dost dövlət olan Gürcüstanla Azərbaycanın münasibətlərinə xələl gətirsinlər. Bu məqsədlə bir çox hallarda “sapı özümüzdən olan balta”lardan istifadə praktikasına müraciət edirlər. Məsələyə bu kontekstdə yanaşdıqda Əfqan Muxtarlı ətrafında müəyyən antiazərbaycan və ermənipərəst ünsurlərin fəallaşmasının motivlərini anlamaq elə də çətin deyildir. Xüsusilə bu məsələlər ilə bağlı radikal müxalif dairələr Əfqan Muxtarlıdan “qəhrəman” yaratmaq uğrunda sanki əsl yarışa start veriblər. Bu məsələlərlə bağlı mənim mövqeyim ondan ibarətdir ki, birincisi, saxlanılan şəxsin əməlində cinayət tərkibinin olması ilə bağlı qərarı yalnız məhkəmə verir. Məhkəmənin də qərarı bəllidir. Ə.Muxtarlı ilə bağlı Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə və Qaçaqmalçılıq maddələri ilə cinayət işi başlanmış və barəsində həbs qəti imkan tədbiri seçilmişdir. İkincisi, Ə.Muxtarlının səsləndirdiyi br sıra qərəzli fikir və mülahizələr haqlı olaraq ictimaiyyətimizin narazılığına səbəb olub. Üçüncüsü, onun Gürcüstan-Azətbaycan xüsusi xidmət orqanlarının birgə səyləri ilə saxlanılması haqqında məndə heç bir təsdiqini tapmış informasiya yoxdur".

E.Nəsirov qeyd edib ki, ilkin olaraq bəzi KİV-lərin bu haqda dezinformasiya yayması faktı bəllidir: "Fikirlərim təhrif olunub, Aleksandr Lapşinin ekstradisiyası və sonrakı məhkəmə prosesi ilə bağlı fikirlərim qəsdən Əfqan Muxtarlıya şamil edilib".



Xəbərin oxunma sayı : 118




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap