Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Deputat Ramil Həsənin həyat yoldaşı ilə bağlı qalmaqal

Tarix 29.07.20, 12:39

Font ölçüsü : - / +
bitmap-img6


Millət vəkili Ramil Həsənin həyat yoldaşı Yekaterina Həsən Moldovada cərimələnib. Bu hadisə, millət vəkilinin özünün də qarışdığı uzun və qaranlıq məsələlərdən biri oldu.

Azərbaycanın Milli Məclisinin Millət vəkili Ramil Həsənin həyat yoldaşı Yekaterina Həsən Moldovada 1500 lei (təxminən 89 ABŞ dolları) məbləğində cərimələnib. O, Vael Almariyə hücum etdiyinə görə ittiham olunub. Bu, Yekaterinanın hazırkı nikaha daxil olmazdan əvvəl münasibətdə olduğu, qızı Malikanın atasıdır.

Uzun sürən məhkəmə baxışının davam etdiyi hadisə, 25 oktyabr 2019-cu ildə baş verib. Həmin gün qəyyumluq komissiyası atanın uşaqla görüşlərinin cədvəli məsələsini həll edirdi. Cədvəl Yekaterinanı qane etmədi və o, hisslərini cilovlaya bilməyərək, yumruqları ilə Vaelə hücum cəkdi. Polis Millət vəkili Ramil Həsənin özünü idarə edə bilməyən həyat yoldaşına qarşı cərimə tətbiq etdi. İstintaq Kişinyov apelyasiya palatasınadək çatdı ki, orada 8 iyul 2020-ci ildə Yekaterina Həsənin qanunu pozduğu təsdiq edildi və onun üçün təyin edilmiş cəza qüvvədə saxlanıldı.

Yekaterina Həsən uzun müddətdir ki, qanunla yola getmir. Və millət vəkili olan həyat yoldaşı bu işdə ona dəstək olur. Yekaterina Apellyasiya palatasında keçirilmiş dinləmələrdə iştirak etmirdi. Hələ fevral ayında o, Vael Almari ilə birgə qızı Malikanı qaçıraraq Moldovadan Azərbaycana gəldi. Məhz qaçırma yolu ilə, çünki məhkəmə uşağın ölkə hüdudlarından kənara çıxarılmasını hər iki valideynin razılığı olmadan qadağan etmişdi və ata razılığını verməmişdir.

Millət vəkili Ramil Həsənin bu xoşagəlməz hadisə ilə nə əlaqəsi var? Birbaşa əlaqəsi var. Mövcud məlumata əsasən, məhz o, Malikanı ölkədən çıxarıb. Diplomatik toxunulmazlıq adı altında Ramil Həsən uşağı Moldova hakimiyyəti tərəfindən nəzarət olunmayan separatçı Dnestryanı bölgəsinə çatdırdı, oradan onlar Ukraynaya getdi və sonra Bakıya doğru uçdu.

Bu hadisə üzrə polis, 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan "Uşaqların ölkə hüdudlarından kənara qanunsuz çıxarılması" barədə CM-nin 207-ci maddəsi ilə cinayət işi açıb.


Mənbə:Bizimyol.info



Xəbərin oxunma sayı : 514




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap