|
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
Milli Məclis buraxıldı, növbədənkənar seçkilər təyin olundu- SƏRƏNCAM
Müdafiə Nazirliyindən yeni müharibə xəbərdarlığı - “Məsuliyyəti Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq“
Çin NATO pilotlarını “oğurlayır” – Pekin Tayvana qarşı müharibəyə hazırlaşır
“Bu halda sülh sazişinin bağlanması mümkün deyil“ - Prezident nöqtəni qoydu
Mərkəzi Bank 5 ayda 3 milyard dollar satıb – Devalvasiya ola bilərmi?
“Azestetik”in azərbaycanlıları öldürən cihazları: çip də yerləşdiriblər - ŞOK FAKTLAR
Deputatlar nazirə müraciət etdi - ABŞ ilə sazişlərə xitam verilməsini istəyirlər
Tarix 05.10.24, 20:16 |
|
Milli Məclisin deputatları Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova müraciət ediblər. Müraciətdə deyilir:
"Hörmətli cənab nazir,
İlk öncə qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə regionda uzunmüddətli sülh və sabitlik üçün əsas yaranmışdır. Otuz illik işğala və haqsızlığa son qoymuş Azərbaycan təkcə öz milli maraqlarını deyil, həm də beynəlxalq hüququn aliliyini təmin etmişdir.
Yaranmış bu vəziyyət ölkəmizi ümumbəşəri problemlərin həllinə töhfələrini daha fəal şəkildə həyata keçirməyə imkan yaradır. 2023-cü il sentyabrın 20-də Azərbaycanın öz suverenliyini bərpa etməsindən az sonra həmin il dekabrın 9-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf Dövlətlərinin 29-cu görüşünə (COP29) Azərbaycanın ev sahibliyi etməsi barədə qərarın yekdilliklə dəstəklənməsi dünya dövlətlərinin Azərbaycanın beynəlxalq sülh və inkişaf məsələlərinə dair baxışına böyük dəstək verməsinin sübutudur.
Azərbaycan tərəfinin COP29-a yüksək səviyyədə davam edən hazırlığı, bütövlükdə, bəşəriyyəti narahat edən iqlim dəyişmələri üzrə fundamental məsələlərin həllinə nə dərəcədə ciddi yanaşmasının göstəricisidir.
Təəssüflə qeyd etmək istərdik ki, bir sıra dairələr Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən istifadə edərək, Azərbaycana hansısa məsələni qəbul etdirmək fikrinə düşüblər. ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün 2024-cü il oktyabrın 3-də bu ölkənin dövlət katibi Entoni Blinkenə göndərdiyi müraciət də bu qəbildəndir.
Açıq şəkildə bildirmək lazımdır ki, sözügedən müraciətin Dövlət Departamenti tərəfindən təşkil edildiyinə dair şübhəmiz yoxdur. Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl şəhərində vurğuladığı kimi, Dövlət Departamentində Azərbaycanı hədələmək üçün özləri özlərinə məktub yazırlar.
Azərbaycana qarşı irqi ayrı-seçkiliyi ehtiva edən, böhtanla dolu, dialoq ruhuna zidd olan, müharibə cinayətkarlarının azadlığa buraxılmasına və Ermənistanın hərbiləşdirilməsinə çağırış edən bu müraciət qəbuledilməzdir, beynəlxalq hüquqa ziddir və ABŞ-nin ikitərəfli münasibətlərin rəvan şəkildə davam etdirilməsində maraqlı olmadığını göstərir.
Saxta əsaslarla insan hüquqları və beynəlxalq humanitar hüquqa riayət edilməsi sahəsində Azərbaycana iradlar irəli sürən müraciətin müəlliflərinə ABŞ-nin İraq, Əfqanıstan və dünyanın digər müxtəlif bölgələrində törətdiyi müharibələr zamanı milyonlarla dinc insanın həlak olduğunu, çoxlu sayda insanın işgəncəyə məruz qalmasını və hüquqi proses olmadan onlara cəza verilməsini xatırlatmaq istərdik. İnsan hüquqlarından dəm vuran ABŞ ən mühüm insan hüquqları konvensiyalarına qoşulmamışdır. BMT-nin İşgəncələrə qarşı xüsusi məruzəçisini uzun illər Quantanamoya buraxmayan həmin ABŞ-dir.
Minsk Qrupunun həmsədri olan ABŞ heç vaxt öz məsuliyyətini dərk etməmiş, Fransa ilə birlikdə Azərbaycan torpaqlarının işğal altında qalmasına çalışmışdır. ABŞ-nin gözü qarşısında vaxtilə işğal edilmiş ərazilərdə Azərbaycan xalqının mədəni irsi, məscidləri, tarixi abidələri dağıdılmış, təhqir edilmiş, bütöv şəhərlər və kəndlər yer üzündən silinmişdir. ABŞ Ermənistanın bu barbarlıq əməllərini heç vaxt pisləməmişdir.
2020-ci il Vətən Müharibəsindən sonra başlanan və ötən ildən intensivləşən bu hücumlar, ABŞ-nin Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini qəbul etməməsindən, Azərbaycan xalqına qarşı dini və etnik ayrı-seçkilik göstərməsindən və regionda yenidən münaqişə yaratmaq niyyətindən irəli gəlir. Saxta ittihamlarla dünyanın müxtəlif ölkələrini işğal etmiş ABŞ nəyə görə Azərbaycanın öz ərazisini işğaldan azad etmək, separatizmə son qoymaq üçün həyata keçirdiyi əməliyyatı “hərbi təcavüz” kimi dəyərləndirir? Daim Ermənistanın suverenliyi və ərazi bütövlüyündən dəm vuran konqresmenlər bircə dəfə olsun Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətdən danışmamışlar.
Azərbaycanı “etnik təmizləmə”də ittiham edən konqresmenlər nədən Ermənistandan bütün azərbaycanlıların deportasiya edilməsinə, Qərbi Azərbaycan İcmasının elə həmin Entoni Blinkenə ünvanladığı müraciətlərə heç bir reaksiya vermir?
Konqresmenlər o səviyyəyə eniblər ki, erməni müəllifin məqaləsini Azərbaycana qarşı “sübut” kimi istifadə edirlər. Azərbaycanı sülh müqaviləsini imzalamağı istəməməkdə ittiham edən konqresmenlər nədən sülh müqaviləsi təşəbbüsünün məhz Azərbaycandan gəldiyini, elə onun mətninin də məhz Azərbaycan tərəfindən tərtib edildiyini “yaddan” çıxarır, Ermənistan Konstitusiyasında hələ də ölkəmizə qarşı ərazi iddiasının yer almasını pisləmirlər?
“Azərbaycanda həll olunmamış ərazi münaqişələri” dedikdə konqresmenlər nəyi nəzərdə tutur? Qarabağ münaqişəsi həll olunmuşdur. Azərbaycan xalqı, Azərbaycan dövləti Qarabağ münaqişəsini həll etmişdir və Azərbaycandan min kilometrlərlə uzaqlarda oturanların fərqli fikirləri reallığı dəyişmir. Azərbaycan xalqı əbədi olaraq Qarabağ və Şərqi Zəngəzura dönmüşdür və reallıq bu gün Cəbrayılda keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlərdir, öz dədə-baba yurdlarına qayıdan azərbaycanlılardır.
Məgər konqresmenlər bilmir ki, onların “Dağlıq Qarabağın siyasi liderləri” kimi təqdim etdikləri şəxslər müharibə caniləridir, Xocalı cəlladlarıdır, silah dəllalları, maliyyə firıldaqçıları, əli hər cür çirkin işlərə bulaşmış oliqarxlardır?! Niyə ABŞ Xocalı soyqırımını törətməklə qürrələnənləri müdafiə edir, separatçılara viza verir, onlara qucaq açır?! Bu caniləri azad etməyə çağıranlar bircə dəfə olsun 30 ildən artıqdır ki taleyi bilinməyən 4 min azərbaycanlı itkinlə bağlı səsini çıxardırmı?!
Konqresmenlərin “demokratik” ölkə hesab etdiyi Ermənistan 30 il başqa ölkənin ərazisini işğalda saxlamış, etnik təmizləmə törətmiş, milli müstəsnalıq xəstəliyinə tutulmuş, indinin özündə də hərbi caniləri mühakimə etməmiş, əksinə onları qəhrəmanlaşdırmış bir ölkədir.
Bir daha xatırladaq ki, Azərbaycan tərəfi həmişə ikitərəfli münasibətlərin irəli aparılması üçün səbr və təmkin nümayiş etdirərək, iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə tərəfdaşlığı davam etdirmək və inkişaf etdirmək xəttini tutmuşdur. Azərbaycan daha çox ABŞ-ni maraqlandıran beynəlxalq təhlükəsizlik məsələləri üzrə əməkdaşlıqda fəal iştirak etmiş, ABŞ-nin xahişi ilə NATO-nun əməliyyatlarına töhfə vermiş və həmin əməliyyatlarda ləyaqətlə iştirak etmişdir. Bir sözlə, Azərbaycan tərəfi ABŞ ilə iki ölkə xalqlarının maraqlarına və BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq mehriban münasibətlər qurmaq və inkişaf etdirmək üçün məsuliyyətli və konstruktiv şəkildə davranmışdır.
Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın məsuliyyətli və təmkinli davranışlarının müqabilində ABŞ müstəqilliyimizi bərpa etdiyimiz ilk gündən etibarən qeyri-konstruktiv davranmışdır. Bədnam 907-ci düzəlişin qəbul edilməsi ilə başlayan anti-Azərbaycan tədbirlərinin ardı-arası kəsilmir. Bu həmin ABŞ-dir ki, Xocalı soyqırımının törədilməsindən, Şuşanın, Laçının işğal edilməsindən sonra Ermənistana deyil, Azərbaycana qarşı sanksiya tətbiq etdi. ABŞ son 30 ildə Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən törədilən müsibətlərə, Azərbaycan ərazilərinin işğalına, Ermənistan ərazisindən və işğal olunmuş Azərbaycan torpaqlarından bir milyondan çox azərbaycanlının qovulmasına, Azərbaycanın mədəni irsinin kütləvi şəkildə dağıdılmasına, Azərbaycanın yüzlərlə şəhər və kəndinin viran qoyulmasına və ərazilərimizdə milyonlarla minanın basdırılmasına göz yummuşdur. ABŞ faktiki olaraq Ermənistanı işğal və etnik təmizləməni davam etdirməyə təşviq etmişdir.
Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad edərək münaqişəni həll etdikdən sonra isə ABŞ münaqişəni yenidən alovlandırmaq üçün hərəkətə keçmişdir. ABŞ və onun təşəbbüsü ilə bir sıra digər dövlətlər Ermənistana böyük məbləğdə maliyyə yardımı ayırmış, bunun sayəsində Ermənistanın yenidən silahlanması təmin edilmiş və bu ölkəni sülh danışıqlarında qeyri-konstruktiv mövqe tutmağa cəsarətləndirmişdir. ABŞ, Avropa İttifaqı və Ermənistanın 5 aprel 2024-cü ildə Brüsseldə keçirdiyi görüşdə faktiki olaraq Ermənistana yeni müharibə tapşırığı verilmişdir. Bununla da ABŞ Cənubi Qafqaza geosiyasi rəqabət gətirir, regionda ayırıcı xəttlər yaradır.
Bu kontekstdə, ABŞ Konqresi üzvlərinin dövlət katibi Entoni Blinkenə etdiyi müraciət bu ölkənin ikitərəfli münasibətlərin rəvan şəkildə davam etdirilməsində maraqlı olmadığını göstərir.
Azərbaycan tərəfinin ikitərəfli münasibətləri davam etdirmək əzmini qeyd etməklə bərabər vurğulamaq istərdik ki, bu yalnız bir tərəfin səyləri ilə mümkün deyil. Qarşılıqlılıq prinsipini və ikitərəfli münasibətləri məntiqi müstəviyə qaytarmaq məqsədini əsas götürərək hesab edirik ki, ABŞ tərəfinin sözügedən addımlarına cavab verməyin vaxtı çatmışdır. Dövlət Departamentini Azərbaycana və onun Prezidentinə təzyiq göstərməyə çağıran konqresmenlərə xatırladırıq ki, xüsusilə 2020-ci ildən sonra baş verən hadisələr bir daha onu göstərdi ki, Azərbaycan heç vaxt hansısa təzyiqə, böhtana boyun əyməyib və heç bir iftira, heç bir hədə onun iradəsinə zərrə qədər belə təsir edə bilməz. Əksinə bu kim əməllərlə ABŞ Azərbaycan cəmiyyətində onsuz da dibə enən nüfuzunu daha da itirir. Bizim bu məktubumuz həm də Azərbaycan xalqının ABŞ-nin ikili standartlarına, yalançı dəyərlərinə olan hiddətini ifadə edir. Regionun ən güclü dövlətinə qarşı belə ədalətsiz, gülünc ittihamlar, hədələr həm də məktuba imza atan konqresmenlərin səbatsızlığını göstərir.
Bununla əlaqədar olaraq, Sizdən Azərbaycan və ABŞ arasında münasibətlərin yenidən nəzərdən keçirilməsi üçün aşağıdakı addımları həyata keçirməyi xahiş edirik:
Azərbaycan və ABŞ arasında qüvvədə olan müqavilələrə, ələlxüsus, 1997-ci ildə imzalanmış “Azərbaycan Respublikası və ABŞ arasında gələcək hərbi və müdafiə əlaqələri haqqında” Birgə bəyanata və 2013-cü ildə imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Sazişə xitam verilməsi;
Yeni müqavilələrin razılaşdırılması və qüvvədə olmuş müqavilələrin uzadılması üzrə danışıqların dərhal dayandırılması;
ABŞ-nin Beynəlxalq İnkişafa Yardım Agentliyi (USAID) və ABŞ-nin qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda həyata keçirilən bütün layihələrin dayandırılması və yeni layihələrə icazə verilməməsi, eləcə də USAID-in ölkəmizdəki fəaliyyətinə son qoyulması.
Xəbərin oxunma sayı : 112
Sosial
Xəbərlər
-
Dövlət nömrə nişanında 1 rəqəmin fərqinə görə, başqasının cəriməsi ona gəldi... - VİDEO
-
Azərbaycanın neçə kəndində internet yoxdur? - Rəsmi açıqlama
-
Bərxudarovun yerinə keçən Vilayət Quliyev kimdir? - DOSYE
-
MDB ölkələrinin başçıları Moskvada bir araya gələcəklər - Bu tarixdə
-
Ronaldodan ərəb klubunun rəhbərliyinə ÇAĞIRIŞ: “Onu alın!”
-
217 taksi sürücüsü imtahandan keçə bilməyib - DİM
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Azərbaycanlılar “Youtube”da ən çox bu sözləri axtarışa veriblər – Siyahı
-
“Forbes“ açıqladı: Ən çox maaş alan ölkə liderləri - TOP-10
-
7-13 oktyabrda... - Müdafiə Nazirliyindən xəbərdarlıq
-
“Dünya ABŞ-yə gülür” - Tramp
-
Bu yollarda görünüş məhdudlaşacaq - Xəbərdarlıq
-
Vətən müharibəsinin xronikası: 6 oktyabr
-
Kənd Təsərrüfatı Nazirliyi “McKınsey” ilə müqavilə imzalayıb - 10 milyonluq
-
Osmanlının 26 gün qaldığı, uşaq dünyaya gətirmək üçün nikaha ehtiyac olmayan ölkə - VİDEO
-
“Forbs” ABŞ milyarderlərinin reytinq cədvəlini yaydı – Mask, Bezos, Mark, Tramp...
-
“Elza dedi ki, əlimi öp, barışaq” - “İlhamə o dünyada səni gözləyir”
-
2-ci Ordu Korpusunun komandiri dəyişdi - Mayis Bərxudarov sərəncama götürüldü
-
Bu avtomobillərlə bağlı mühüm təklif: ƏDV-dən azad olma 2 il uzadılır
-
Rusiyanın 9 minə yaxın tankı sıradan çıxarılıb – Tam siyahı
-
Küləkli hava ilə bağlı - Xəbərdarlıq
-
“Mən hara, rayon hara?“ - 2 mindən artıq müəllim yeri 3 ildən artıqdır seçilmir..
-
Sabah hava necə olacaq? - Milli Hidrometeorologiya Xidmətinin məlumatı
-
Tramp məğlub olsa, ABŞ birpartiyalı sosialist ölkəyə çevriləcək - İlon Mask
-
Pensiya alanları sevindirəcək xəbər - İki yerdən pul ala biləcəklər
-
Abortlarla bağlı dəhşət saçan statistika: Hansı məsuliyyət var?
-
Balababa Rzayev niyə “vuruldu“? - “Əli Əsədov bu sənədi imzalayıb, amma bir kəs demir ki...”
-
Vətəndaşların dərmanları pulsuz almaları üçün apteklər nə etməlidirlər? - VİDEO
-
“Qazaxıstanda AES beynəlxalq konsorsium tərəfindən tikilməlidir“ - Tokayev
-
Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb - Ölən və yaralılar var
-
FHN-in amfibiya təyyarəsi 50 gündür Türkiyədədir – Video
-
İsrail Qəzzada məktəb və məscidi bombaladı - 100-dən çox ölü və yaralı var
-
Əmlakın könüllü sığorta edənlərin sayı artıb - SƏBƏB
-
Cəbrayılda məktəb istifadəyə verildi - Şagirdləri nə gözləyir? + VİDEO
-
Bakının bu ünvanında binalar sökülür - Sakinlərə kompensasiya ödənəcək
-
Arxeologiyanın ürəyi Türkiyənin Şanlıurfasında döyünür - FOTOLAR
-
“İsrail İranın nüvə obyektlərini vurmalıdır” – Tramp
-
Deputatlar nazirə müraciət etdi - ABŞ ilə sazişlərə xitam verilməsini istəyirlər
-
Ən çox qızıl ehtiyatına malik 10 ölkə - SİYAHI
-
Zəngilanda beşinci yaşayış kompleksi belə olacaq - Fotolar
-
Bakıda 22 əvvəl öldürülən 13 yaşlı qız... - Cinayətin üstü indi açılıb
-
Deputat köməkçisi işləmək üçün müsabiqə lazımdır? - AÇIQLAMA
-
Növbəti iki gündə bəzi rayonlarda güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Qurban Qurbanov futbolçulara qadağa qoyub - “Heç kimə güzəşt edilməyəcək“
-
Prezident Naxçıvanla bağlı fərman imzaladı - Dövlət Proqramı ilə bağlı vəsait azaldıldı
-
Deputatlar toplanır: 17 məsələ müzakirəyə çıxarılacaq
-
Zəngilanda yeni yaşayış kompleksi belə olacaq - FOTOLAR
-
Ukraynaya atılan hər iki mərmidən biri Koreyadan gəlir – Kəşfiyyat məlumatları açıqlandı
-
“Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları manipulyasiyadır” - XİN
-
Vüqar Səfərli yenə narazıdır - Müsadirə olunan əmlaklarını geri istəyir + SİYAHI
-
“Barselona” “Nike”dan ildə 140 milyon avro qazanacaq – “Marca”
-
Əli Əsədov “Azərenerji” rəhbəini cəzalandırdı - Sensasion səbəb
-
102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM
-
Beyləqanda Müəllimlər Günü ilə bağlı ziyafət - Fotolar
-
Prezident ailəsi film təqdimatında - Fotolar+Video
-
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video
-
Aysel Teymurzadə qırmızı libası ilə göz oxşadı - FOTO
-
Pol Poqbanın cəzasi 1,5 ilə endirildi - Bu tarixdən rəsmi matçlara çıxacaq
-
Ov edənlərin nəzərinə: 2 min manat cərimə
-
136 nömrəli məktəbdə Müəllim Günü ilə bağlı pul yığılır - VİDEO
-
Aİ İrana sanksiyalar tətbiq edəcək – “Bloomberg”
-
Çay evini qumarxanaya çevirən sahibkar saxlanıldı - Məhkəmə qərarı
-
Bu marşrut avtobuslarında gedişhaqqı artırıldı - Sərnişinlər narazıdır (VİDEO)
-
“Kontakt Home” müştərini aldatmaqda ittiham olunur - Dövlət Xidməti hərəkətə keçdi
-
Ağac kəsənlər sərt cəzalandırılacaq - Qanun dəyişir
-
“Hansı dostluqdan söhbət gedə bilər?” - Prezident
-
Telefondan istifadəyə görə cərimələr – Azərbaycan Avropada ilk sıralardadır
-
Estetik əməliyyatın QURBANI - “Yasamal Hospital“ın baş həkimi qadını ölümcül hala salıb
-
Kamran Əliyev Türkiyənin ədliyyə naziri ilə görüşdü - Fotolar
-
“Zelenskinin ofisi Budanov, Sırski və Umerovun işindən razı deyil” – “Forbes”
-
Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır - 1000 MANAT
-
“Azercell” ev qiymətinə növbəti “zerkalnı” nömrələri satışa çıxarır - SİYAHI
-
Bu ərazilərdə olan evlərə sənəd verilməyəcək - Ekspert açıqladı
-
Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş VƏHŞİLİK
-
“Yaxın Şərqdə hiyləgər planlar işə düşüb“ - Ərdoğan
-
Metroda bu qaydaları pozsanız - 200 manat cərimələnəcəksiniz
-
Azərbaycanda bu şəxslərə 6 min manat ödəniləcək - Qanun dəyişir
-
Rəis Xankəndidəki kabinetində nə gizlədib? - Bacısına tozsoran da göndərib...
-
Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə kəskin artırılır
-
Prezident və xanımı Cəbrayılda açılışda-FOTOLAR
-
Dollar neçəyə olacaq? - 3 günlük rəsmi məzənnə açıqlandı
-
Naxçıvanda müəllim işdən çıxarıldı - Direktora töhmət verildi
-
“Putin Baydenlə təmaslara açıqdır” – Peskov
-
Daha iki vəzifəli şəxsə hökm oxundu - Yalnız 3 rayona getmək icazəsi verildi
-
“Bu Qələbə onu göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür“ - Prezident
-
Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və “İDEA“ İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb
-
“İsraili məhv edəcəyik“ - Xamanei hədələdi
-
“Tramp qalib gəlsə, Ukraynanın süqutuna imkan verməyəcək” - Boris Conson
-
Sabah güclü geomaqnit qasırğası baş verəcək - Xəbərdarlıq
-
“Ermənistan təhlükəli oyunlara qoşulub“ - Prezidentdən sərt xəbərdrlıq
-
İsmayıllıda at əti satanlar saxlanıldılar – FOTOLAR
-
“Kiyev Kursk AES-ə hücum edərək odla oynayır“ - Kreml
-
“Bizi hədələmək üçün özləri özlərinə məktub yazırlar” – Prezident
-
Azərbaycan və Belarus arasında sənəd imzalandı - Fotolar
-
“Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi“ - İlham Əliyev
-
“Nooga Development AZ” MMC -nin saytı yoxdur - Vergi Xidmətinə milyonlarla manatlıq İT xidməti göstərir
-
“Bu gün Azərbaycan artıq öz suveren ərazi bütövlüyünü bərpa etmiş qalib ölkədir” - Adəm İsmayıl Bakuvi
-
“Gəncəyə atılan “Skad“ İkinci Dünya Müharibəsindən sonra Avropada ballistik raketlərin ilk istifadəsi idi“ - Hikmət Hacıyev
-
Dünyada əmək haqqı artımı - 2006-2022-ci illər - ARAŞDIRMA
-
“NATO “sülhməramlı” adı altında öz kontingentini Cənubi Qafqaza yeritməyə çalışır“ - Bortnikov
-
Bank kartından oğurluq edən şəxslər saxlanıldı - Aralarında 23 yaşlı qız da var
-
GDU-da “dosent” qalmaqalı qızışır - “Səidə İsmayılzadənin plagiat elmi işi...“
-
Süd vəzi xərçənginin müalicəsi icbari sığortaya daxil edilir? - Rəsmi cavab
-
“Yaxın Şərqdə genişmiqyaslı müharibənin qarşısını almaq olar“ - Bayden
-
Qədim Bakı bazarları nə məqsədlə istifadə olunurdu? - VİDEO
-
Rusiya Donetsk vilayətində irəliləyir - 4 istiqamətdə
-
Azərbaycan nefti - Qiyməti 80 dolları ötdü
-
COP29 Azərbaycana nə vəd edir? - VİDEO
-
Azad olunmuş bu kənddə turizm infrastrukturu yaradılacaq - 3,8 milyonluq LAYİHƏ
-
Məhkəmə qaydasında qeydiyyatdan çıxarılma: Prosedur və müddətlər
-
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 4 il ötür
-
Azərbaycanda tüğyan edən virus COVID-in yeni ştammıdır? - Həkim açıqladı
-
“Ermənistan bütün hərbi cinayətkarları cəzalandırmalıdır” - Hikmət Hacıyev
-
Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
-
Bu gün intsaqramda onlar diqqət çəkdi - FOTOLAR
-
Müasir İnnovasiyalar Liseyində pul qalmaqalı - “O məktəbin direktoru deputatın atasıdır...”
-
Prezident Zəngilan İstirahət Kompleksində aparılan işlərlə tanış oldu – FOTO
-
Bakıda türk iş adamının evindən 110 min dollar oğurlayanlara cəza verildi - 6 il sonra həbs
-
UEFA Avropa Liqası: “Qarabağ“ İsveç klubuna məğlub olub
-
Xüsusi təyinatlıların pensiyaları niyə kəsilir: Hərbçilər “əliləm”, həkimlər “sağlamdır” deyir
TOP 10
ARXİV