Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

Kənd Təsərrüfatı Nazirliyi “McKınsey” ilə müqavilə imzalayıb - 10 milyonluq

Tarix 06.10.24, 16:36

Font ölçüsü : - / +
bitmap-img6


Kənd Təsərrüfatı Nazirliyi "McKınsey and Company (Azerbaıjan), INC" şirkətiylə 10 milyon manat dəyərində satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, müqavilə bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Müsabiqənin şərtinə görə "McKınsey and Company (Azerbaıjan), INC" şirkəti Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişaf etdirilməsi üçün BOT (qurulma, əməliyyat, ötürülmə) modeli vasitəsilə Kənd Təsərrüfatı Nazirliyinin rəqəmsal və analitik vizyonunun çatdırılmasında PMO dəstəyi xidmətləri göstərəcək.
Məlumat üçün bildirək ki, "McKınsey and Company (Azerbaıjan), INC" 1926-cı ildə ABŞ-da Ceyms Oskar Makkinzi tərəfindən qurulan məsləhət şirkətinin Azərbaycanda yerli fililalı kimi fəaliyyət göstərir. Dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərən "McKinsey" şirkətinin 45 mindən çox işçisinin olduğu bildirilir.
Hazırda şirkətin Azərbaycandakı fililalına Köksoy Kadir Sinan adlı Türkiyə vətəndaşı rəhbərlik edir. Şirkətin hüquqi ünvanı isə ölkənin ən böyük şirkətlərindən biri olan “Paşa Holdinq” ilə eyni ünvanda –Neftçilər prospekti 153-də yerləşir.



Xəbərin oxunma sayı : 211




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap