“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Deyəsən virus İtaliyadan yayılıb – Alimlərin yeni versiyası var

Tarix 12.01.21, 22:37

Font ölçüsü : - / +
bitmap-img6


Dünyanı cənginə alan koronavirus infeksiyasına ilk yoluxmanın Çində yox, İtaliyada baş verdiyi haqda yeni elmi versiya ortaya çıxıb.

Novator.az xəbər verir ki, bununla bağlı Almaniyanın “Şpigel” (“Der Spiegel”) jurnalında yazı dərc edilib.

Yazıda deyilir ki, 2019-cu il noyabrın 10-da İtaliyanın Milan şəhərində 25 yaşlı qadın dərisində yaranmış səpkilərə görə müayinə olunub.Bu elə bir dövr idi ki, COVİD-19 haqda hələ heç kim heç nə bilmirdi.

Noyabrın 10-da italiyalı qadının dərisindən biopsiya götürülüb.

Biopsiya – analiz üçün hüceyrə və ya toxumalardan götürülən nümunəyə deyilir.Qadının öz səhhəti ilə bağlı başqa bir şikayəti olmayıb.

İndi Milan Universiteti alimlərinin də daxil olduğu mütəxəssislərdən ibarət beynəlxalq qrup belə bir qənaətə gəlib ki, milanlı xanım o vaxt koronavirusa yoluxubmuş.

Bu versiya doğrudursa, onda koronavirusla bağlı ilk pasiyentin çinli olduğu haqda indiyə qədər yayılan məlumatlar arxa plana keçir.

Məsələ burasındadır ki, indiyədək KİV-də yayılan xəbərlərdə koronavirusa yoluxmanın ilk dəfə Çinin Xubey əyalətində baş verdiyi, 2019-cu ilin noyabr ayının ortalarında əyalətin 55 yaşlı sakininin bu virusa yoluxduğu bildirilir.

Yoluxmanın mənbəyi haqda xəbərlərdə Xubey əyalətinin mərkəzi olan Uhan şəhərində böyük bir bazarda dəniz məhsulları satan qadından da bəhs edilir.

Amma indi Milan Universiteti bəyan edir ki, ilk yoluxma İtaliyada baş verib.

Universitetin açıqlamasında milanlı qadında aşkarlanan virus insanın Sars-CoV-2 infeksiyasına yoluxması müstəvisində ilk hal kimi qiymətləndirilir.

“Şpigel”dəki yazıda milanlı patoloq Raffael Canottinin İtaliyanın “La Repubblica”qəzetinə açıqlamasına da istinad edilir. Raffael Canotti 2019-cu ilin noyabrında milanlı qadının dərisindən götürülmüş və diaqnozu naməlum qalmış biopsiyanı yenidən araşdıran alimlərdən biridir.

Doktor Canotti “La Repubblica”qəzetinə açıqlamasında deyib ki, bəzi hallarda dəri qıcıqlanması koronavirus pandemiyasının yeganə simptomu kimi çıxış edir.

“Şpigel”in yazısında məsələ ilə bağlı Britaniyanın “British Journal of Dermatology” jurnalında çıxmış məqalədən də iqtibas gətirilir.

“British Journal of Dermatology” dematologiya sahəsi üzrə ixtisaslaşmış tibb jurnalıdır.

“Şpigel”in məlumatına görə, “British Journal of Dermatology” jurnalı dərisindəki səpkilərdən şikayətlənən italiyalı qadın haqda belə yazıb: “Nəhayət, 2019-cu il noyabrın 10-da 25 yaşlı qadından götürülmüş analiz nümunəsində virusun RNK hissəsi aşkar edildi. 25 yaşlı qadın ona yenidən müraciət edən jurnalistlərə açıqlamasında deyib ki, özündə virusun başqa bir əlamətini hiss etməyib, dərisindəki qıcıqlanma isə beş ay sonra keçib-gedib. 2020-ci ilin iyun ayında aparılmış yeni test milanlı pasiyentdə koronavirusa qarşı antitelin, yəni immunitetin olduğunu üzə çıxarıb”.

Bugünədək dünyada 91 milyondan çox adam koronavirusa yoluxub, onlardan 1 milyon 996 minə yaxını vəfat edib.



Xəbərin oxunma sayı : 880




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap