Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Din xadimləri Prezident İlham Əliyevə müraciət etdilər

Tarix 17.09.18, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün İlahiyyat İnstitutunun açılış mərasimində Azərbaycanın din xadimləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

AzFakt.com-un məlumatına görə, müraciətdə dini konfessiya rəhbərləri dünyanın bir çox ölkələrində ksenofobiya, islamofobiya, antisemitizm, irqi ayrı-seçkiliyin tüğyan etdiyi bir dövrdə Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələrinin qardaşlıq və həmrəylik şəraitində yaşadığını, ölkədəki bu tolerant mühitin Ümummilli lider Heydər Əliyevin mütərəqqi dövlət-din siyasəti nəticəsində yaradıldığını və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.

Azərbaycan İlahiyyat İnstitutunun istər İslam dini, istərsə də digər dünya dinlərini dərindən bilən, dövlətçiliyin keşiyində duran yüksək ixtisaslı dinşünas və islamşünas kadrlar hazırlayaraq, təkcə Azərbaycanda deyil, bütün dünyada tanınan ali təhsil müəssisələrindən birinə çevriləcəyinə inamlarını ifadə edən müraciət müəllifləri ölkəmizdə milli-mənəvi dəyərlərin qorunmasına, multikulturalizm və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə göstərilən qayğının əyani göstəricisi olan Azərbaycan İlahiyyat İnstitutunun yaranması haqqında imzaladığı sərəncama görə Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.



Xəbərin oxunma sayı : 121




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap