Röyanın makiyajsız halı - VİDEO “Kimə salam verirsən yataq təklif edir” - Aysel Manaflı “Məndən sonra hamı getdi ...“ - Pərvin Nigar Camal bikinili görüntülərini yaydı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Avqust 2023

    Röyanın makiyajsız halı - VİDEO

  • / Maqazin / — 22 Avqust 2023

    “Kimə salam verirsən yataq təklif edir” - Aysel Manaflı

  • / Maqazin / — 21 Avqust 2023

    “Məndən sonra hamı getdi ...“ - Pərvin

  • / Maqazin / — 13 Avqust 2023

    Nigar Camal bikinili görüntülərini yaydı - VİDEO

  • / Maqazin / — 04 Avqust 2023

    Nigar Camal hovuz görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 26 İyul 2023

    “Müğənnilikdən yox, biznesdən qazanıram“ - Natavan

Direktor ad gününə pul yığır? - “Qızım, 100 manat azdır da…” + Audio

Tarix 05.10.22, 17:43

Font ölçüsü : - / +
bitmap-img6


Mehdi Hüseynzadə adına Abşeron rayonu Novxanı kənd 1 nömrəli tam orta məktəbin direktorunun ad günü üçün rüşvət yığıldığı iddia olunub.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Portağal Media” məlumat yayıb.
Bildirilib ki, məktəbin direktoru Taliyə Mirzəyeva ad gününə görə şagirdlərdən rüşvət toplayıb.

Məlumatda səs yazısı da yayılıb. Səs yazısında danışan şəxsin kim olduğu bilinməsə də, Taliyə müəllimə adlı şəxsin adı hallanıb:
“Türkanə, qızım, Taliyə müəllimənin ad gününə görə nə qədər pul yığılıb? Bu həftənin sonuna qədərdir, birinci gün mən verməliyəm, başqa cür alınmır. Türkanə, bilirəm, qızım, 100 manat azdır da, ona görə deyirəm. Başa düşdün? Yəni 100 manat versək, birdən xoşuna gəlməz. Ona görə deyirdim ki, heç olmasa bir təhər düz-qoş edərdik, 150 manat olardı, üzümüz ağ olardı, narahatlıq olmazdı. Düzdür, bir problem yaşanmaz, amma yenə də bizim öz müqəddəratımız üçün...”

Məsələ ilə bağlı, Abşeron-Xızı Regional Təhsil İdarəsinə müraciət ünvanladıq. Bu barədə məlumat veriləcəyi bildirildi.


Qeyd edək ki, Taliyə Mirzəyeva daha əvvəl şagirdin başından hicabı yerə atması barədə yayılan məlumatlarla gündəmə gəlib.



Xəbərin oxunma sayı : 637

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap