“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Direktor hüquqşünası məhkəməyə verdi - Kollecdə qalmaqal

Tarix 13.08.25, 12:08

Font ölçüsü : - / +
bitmap-img6


Qida Sənayesi Kollecinin direktoru Sevinc Həmzəyeva məhkəməyə üz tutub.

AzFakt.com-un Modern.az-a istinadən məlumatına görə, o, Kollecin hüquqşünası Aynurə Muradovanı məhkəməyə verib.

Kollecin direktoru Aynurə Muradovanın digər əməkdaşlarla münaqişə yaratdığını, etik qaydalara uyğun olmayan davranışları ilə kollecin normal iş prosesinə xələl gətirdiyini bildirib.

Sevinc Həmzəyeva, həmçinin qeyd edib ki, hüquqşünas onun barəsində müxtəlif qurumlara böhtan xarakterli ərizə və məktublar ünvanlayıb, sosial şəbəkələrdə özü və kollec barədə yalan məlumatlar yayıb.

Direktor Ağdam Rayon Məhkəməsindən Aynurə Muradova barəsində Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148- ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasına dair xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

Ancaq məhkəmədə  şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edib və xüsusi ittiham qaydasında şikayət aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilib.



Xəbərin oxunma sayı : 1039




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap