Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Dollara tələbat 4 dəfə azalıb...

Tarix 01.03.17, 21:42

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Dövlət Neft Fondu bildirir ki, bu ilin fevral ayı ərzində valyuta hərraclarında cəmi 258.4 milyon dollar satıb. Fondun yanvar ayında hərraclarda satdığı valyutanın həcmi isə bundan 9.3 faiz çox, yəni 285 milyon dollar olub. Beləliklə fond ilin ilk iki ayı ərzində hərraclarda cəmi 543.4 milyon dollar satıb

Hazırda Dövlət Neft Fondu Azərbaycan banklarının valyutaya olan tələbatını ödəmək üçün əsas mənbədir. Hansı ki, fond 2016-cı ildə hərraclarda cəmi 4.9 milyard dollar satıb. 2015-ci ildə isə fondun satdığı valyuta bundan 3.5 faiz çox olub.

Azərbaycan Dövlət Neft Fondunun açıqladığı son rəqəmlər ölkədə dollara olan tələbatın 2015-ci ildən, yəni ilk devalvasiyadan bu yana necə kəskin aşağı düşdüyünü əks etdirir. Virtualaz.org qeyd edir ki, hazırda Mərkəzi Bank hərraclarda demək olar dollar satmır. Çünki Mərkəzi Bankın valyuta ehtiyatları kritik ölçülərə qədər azalıb. Ona görə də Dövlət Neft Fondu bazara valyuta çıxaran əsas mənbədir.

Azərbaycanda dollar ajiotajı manatın birinci devalvasiyası ərəfəsində-2014-cü ilin sonlarından yaranmışdı. Birinci devalvasiyadan sonra dollara olan tələbat kəskin artdı, lakin məzənnə yenə inzibati yollarla tənzimləndiyi üçün Mərkəzi Bank manatın daha da dəyərdən düşməsinə imkan verməmək üçün valyuta ehtiyatlarını sürətlə tükətməyə başladı. 2015-ci il ərzində Mərkəzi Bankın valyuta ehtiyatları hər ay orta hesabla az qala 1 milyard dollar azalırdı, üstəlik hərraca çıxarılan valyuta tələbatı tam ödəmirdi. Dollar ajiotajı 2015-ci ildə baş verən ikinci devalvasiyadan sonra da səngiməyib, valyutaya tələbat yüksək olaraq qalıb. 2016-cı il ərzində də bu tendensiya davam edib, hərçənd nisbətən yavaş templə.

İndi isə Dövlət Neft Fondunun ilin əvvəlindən etibarən iki ayda cəmi 543 milyon dollar satması valyutaya tələbatın kəskin azalmasını göstərir. Üstəlik hazırda Mərkəzi Bank tənzimlənən üzən məzənnədən faktiki imtina edib, dolların məzənnəsini tələb və təklif arasındakı nisbət tənzimləyir.

Bu rəqəmlər Azərbaycanda iqtisadi fəallığın kəskin azalmasının əlamətlərindən biridir. Belə ki, alıcılıq qabiliyyəti aşağı düşdüyündən idxal mallarına tələbat azalıb, nəticədə idxalçılar xarici tərəfdaşlarına əvvəlki aylarla müqayisədə daha az valyuta ödəməyə başlayıblar. Digər tərəfdən əhalinin banklardakı əmanətlərinin 80 faizdən çoxu dollarlaşıb, xarici valyuta ilə kreditlərin götürülməsi kəskin azalıb. Ekspertlərə görə manatın nisbi möhkəmlənməsi və dolların məzənnəsinin hazırda 1.75 AZN səviyyəsində tarazlaşmaq meylləri göstərməsi də əsasən iqtisadi fəallığın aşağı düşməsi ilə bağlıdır.



Xəbərin oxunma sayı : 133




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap