Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

Dondurulmuş qidalar təhlükə yarada bilər - VİDEO

Tarix 08.09.24, 17:21

Font ölçüsü : - / +
bitmap-img6


Dondurulmuş qidalar insan sağlamlığı üçün təhlükəyə səbəb ola bilər.

Xezerxeber.az-ın məlumatına görə, insanlar vaxt azlığından bəzən dondurulmuş məhsullar almalı olurlar. Mağazalarda dondurularaq satılan ət, xəmir yeməkləri, meyvə-təzəvəzlərin müxtəlif çeşidləri olur. Ev şəraitində də təzə məhsullar dondurularaq digər mövsümlərdə istifadə üçün saxlanılır. Bəs bu məhsullardan istifadə edərkən nələrə diqqət edilməlidir? Dondurulduqda qida dəyərini itirirmi?

Qida mütəxəssisi Məhsəti Hüseynova bildirir ki, hər məhsulun öz saxlanma rejimi var. Bəzi qidalar dondurularkən enerji dəyərini itirir. Bəziləri isə keyfiyyətini saxlayır. Daha tez xarab olanlar isə fabrikat məhsullardır.

M.Hüseynovanın sözlərinə görə, C vitamini ilə zəngin olan bir çox meyvələr də var ki, dondurulduqda tərkibi dəyişir. Dondurulmuş qidalar yalnız bir dəfə əridilməklə istehlak edilməlidir. Əks halda, zəhərlənməyə səbəb ola bilər. Bundan başqa, xüsusi qablaşdırılmış halda dondurulmuş məhsul alarkən bəzi məqamlara diqqət yetirilməlidir.

Qida mütəxəssisi qeyd edib ki, ət və zülal tərkibli məhsullar dondurulduqda, onların donu yalnız bir dəfə açıla bilər. Ətin dondurulmasında diqqət edilməsi vacib məqamlardan biri də onun ətrafının hava daxil olmayacaq şəkildə saxlanılmasıdır. Tərəvəzlərin isə tərkibinin 80 faizi sudan ibarətdir. Düzgün şəkildə donmadıqda, zəhərlənməyə səbəb ola bilər.

Ətraflı videoda:






Xəbərin oxunma sayı : 727




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap