Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Dr. Səbinə Mirzəyeva sonsuzluğun səbəblərini açıqladı (MƏSLƏHƏT)

Tarix 22.06.17, 16:24

Font ölçüsü : - / +
bitmap-img6


Hər bir kəs ailə qurduqdan sonra övlad sahibi olmaq istəyir. Amma bu istəyin həyata keçməməsi çox vaxt boşanma ilə nəticələnir. Statistikaya görə, Azərbaycanda boşanmaların əsas səbəblərindən biri də elə sonsuzluq problemidir. Təəssüf ki, sonsuzluq haqqında yaranmış və Azərbaycanda da geniş yayılmış yanlış fikir budur ki, sonsuzluğun səbəbkarı qadınlardır. Əslində isə kişilər sonsuzluq statistikasına görə heç də qadınlardan geri qalmır. Bununla belə, qadınlar üçün də bu problem aktualdır.

Mövzu ilə bağlıAzərbaycanın tanınmış mama-ginekoloqu dr. Səbinə Mirzəyeva ilə əlaqə saxladıq.

- Qadınlarda sonsuzluğun səbəbi nə ola bilər? Statistika bu gün nəyi göstərir? 

- Sonsuzluğun 50 faizinin səbəbi bilinmir, digər 50 faizinin isə səbəbi hormonal problemlər, anatomik qüsurlar, boru keçməməzliyi, kişi sonsuzluğu, autoimum problemləri ola bilər. Statistika onu göstərir ki, hal-hazırda keçmiş dövrə nisbətən sonsuzluğun sayı artıb. Buna da stress, qida, atmosferdə olan müxtəlif problemlər səbəb ola bilər. Sonsuzluğun indiki zamanda həlli üçün insiminasiyalar, süni mayalanmalar icad olunub. Qadın problemləri ildən-ilə çoxalır, hormonal metabolik problemlər artır. Metabolizma pozulur və bu artıq çəki ilə nəticələnir. 

Doğum fizioloji prosesdir. Bunun üçün də hər bir qadın doğumu normal doğuşla başa çatdırmalıdır. Təbii ki, bu zaman normal doğuma əks göstərişlər yoxdursa, məsələn, dar çanaq, müxtəlif uşaqlığın inkişaf anomaliyaları və s.  Ana dölün həyati təhlükəsi olmazsa, bu doğuş birmənalı olaraq normal doğuş hesab olunur. 

- Tibbin bu qədər inikişaf etdiyi bir dövrdə sonsuzluq probleminin aradan qaldırılmasına nə mane olur?

- Hal-hazırda bütün dünyada alimlər sonzuzluğun həllini tapmağa çalışırlar. Buna görə də, süni mayalanmalar, aşılamalar, müxtəlif stimulasiya  protokolları tətbiq edilir. Buna baxmayaraq, yenə də, sonsuzluqdan əziyyət çəkən insanlar artmaqdadır. Mən bunu həyat tərzi, qidalanma, gündəlik keçirdikləri stresslər və  xəstəliklərlə əlaqələndirirəm. İndiki dövrdə tibbin imkanlarından maksimum yararlansaq belə, səbəbini açıqlaya bilmədiyimiz sonsuzluqlar var. Buna ideopatik sonsuzluqlar deyilir. Səbəbini açıqlaya bilmədiyimiz sonsuzluqlarda əsas faktor psixoloji problemlərdir. Stressin ortadan qalxması ilə təbii yolla hamiləlik ehtimalı artır. 



Xəbərin oxunma sayı : 280




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap