“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Dudadan Zelenskiyə sülh müqaviləsi ilə bağlı təklif: “Çarizmdən qalan əsirlik sona çatsın”

Tarix 01.02.23, 13:29

Font ölçüsü : - / +
bitmap-img6


Polşa Prezidenti Andjey Duda Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya üzərində qələbədən sonra sülh müqaviləsini Pereyaslavda bağlamağı tövsiyə edib.

Bu barədə Duda Latviyaya səfəri zamanı bildirib.

“Deyirəm, Volodimir, tariximizə nəzər salıram və bu yolların bir vaxtlar necə ayrıldığını xatırlayıram. Sizə yalvarıram - Rusiyanı məğlub etdikdən sonra sülh imzalamaq üçün dizləri üstə sürünə-sürünə gəldikləri zaman onları Pereyaslava aparın, qoy sizinlə sülh müqaviləsini orada imzalasınlar. Qoy orada sovet və Rusiya təsirinin altındakı bütün illərin üstündən xətt çəkilsin və çarizm dövründən bu yaxınlara qədər davam edən əsirlik sona çatsın, hansı ki, siz indi yenidən özünüzü bundan müdafiə edirsiniz”, - deyə Polşa prezidenti bildirib.

Duda həmçinin əlavə edib ki, Ukrayna xüsusilə müttəfiqlərinin dəstəyi sayəsində Rusiya üzərində qalib gələcək. Polşa prezidentinin sözlərinə görə, hamı Rusiya ilə dinc münasibətlər şəraitində yaşamaq istəyərdi.

“Təəssüf, gördüyünüz kimi, bu mümkün deyil, çünki onlar hücum edirlər, soyğunçuluq edirlər, öldürürlər, insanların azadlığını əllərindən almaq istəyirlər”, - deyə Andjey Duda qeyd edib.

Xatırladaq ki, 8 yanvar 1654-cü ildə getman Boqdan Xmelnitski Pereyaslavda hərbi şura çağırıb, nəticədə Zaporojyenin çar Rusiyasına birləşdirilməsi haqqında qərar qəbul edilib.

Mənbə: Focus.ua



Xəbərin oxunma sayı : 346




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap