“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ekologiya Nazirliyi Lerik meşələrini məhv edir - FOTO

Tarix 18.02.20, 17:38

Font ölçüsü : - / +
bitmap-img6


“Ekologiya və Təbii Sərvətlər nazirliyinin 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Rəfayıl Tahirovla Lənkəran Regional Meşə İdarəsirinin rəisi Şahin Cəfərov “əl-ələ” verib cənub meşələrini məhv edirlər”.

Bu sözləri AzToday.az-a Lerik rayonu Piran kand sakini Əskərov Mirsadiq Rakif oglu bildirib.

Mirsadiq Əskərovun sözlərinə görə qanunsuz fəaliyyətlə, daha doğrusu “yaşıl soyqırım”la məşğul olan hər iki müəssisə rəhbərinin arxasında Ekologiya və Təbii Sərvətlər nazirliyinin yüksək vəzifəli şəxsləri dayanır: “Lerik meşələrinin vəhşicəsinə qırıb talan edilməsi barədə aidiyyatı qurumlara, Ekologiya nazirliyinə müntəzəm olaraq yazıb şikayət etsək də, onlar barəsində heç bir tədbir görülmür. Əksinə, meşələrdə qırılıb-daşınan ərazi günü-gündən daha da genişlənir. Şahin Cəfərovla Rəfayıl Tahirov onların arxalarında nazirlikdə dayanan böyük vəzifəli şəxslərin olduğunu deyirlər. Meşə təsərrüfatının əməkdaşları da hamıya deyir ki, onların rəisi hər ay nazirliyə “haqq” verir”.

Mirsadiq Əskərov qeyd edir ki, qanunsuz fəaliyyətlə məşğul olan müəssisə rəhbərlərinin cəzalanmaması meşə təsərrüfatının işçilərinin bu sözünün həqiqət olduğunu göstərir: “İdarə işçilərinin bu sözləri həqiqətdi. Mən Lerik rayonunun Piran kəndində yaşayıram. Lənkəran-Lerik magistralı mənim yaşadığım kənddən keçir.
Hər gecə ən azından 40-50 kub metr işlik materiallar yük maşınları ilə Lənkəran-Masallı istiqamətinə daşınır. 15 fevral 2019-cü il tarixində Lerikin Vizəzəmin meşəsinin 13-cü meşə dolayını gəzmişəm. 50 ədəd işlik agacların qanunsuz kəsib, emal etdirib meşədən aparıblar. Kötüklərin bir qismini yandırıblar ki, guya bunlar köhnədir. Amma izləri tamamilə itirə bilməyiblər. Bir neçə yerdə material hazırladığı aydın görünür. Əlbəttə ki, bir ay ərzində daşınan bu qədər materialın pulu yüz minlərlə manat edir və bunu müəssisə rəhbərləri təkbaşına yeyə bilməz. Yox, əgər nazirliyin bu dövləti cinayətdən – talandan xəbəri yoxdursa, o zaman niyə susur? Niyə hüquqi adımlar atmırlar?
 










Xəbərin oxunma sayı : 805




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap