“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ektradisiya olunan “milyonçu” məhkəmə qarşısında - “Pulları icra başçısına vermişəm”

Tarix 19.05.20, 18:49

Font ölçüsü : - / +
bitmap-img6


"İnterpol" xətti ilə Ukrayna ərazisində tutularaq Azərbaycana ektradisiya olunan 1965-ci il təvəllüdlü Nəsibov Məzahir Dursun oğlu barəsində həbs-qətimkan tədbiri seçilib.

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq- külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə təqsirləndirilir. Məhkəmə prosesi bu gün Binəqədi Rayon Məhkəməsinin hakimi Vuqar Məmmədovun sədrliyi ilə baş tutub.

O, 100-dən çox şəxsə qarşı 8 milyon manatlıq dələduzluq etməkdə təqsirli bilinir. Belə ki, M.Nəsibov Nərimanov rayonu, F.Yusifov küçəsi 40 ünvanında gözdən əlillər üçün tikilən 12 mərtəbəli 132 mənzilli binada bir qrup vətəndaşa mənzil satmaq adı ilə onlardan pul alıb. Amma bina gözdən əlillər üçün inşa olunduğuna görə vədinə əməl edə bilməyib və vətəndaşları aldadıb.

Qeyd edək ki, Məzahir Nəsibov Almaniyada yaşayıb və verdiyi müsahibələrdə dəfələrlə pulları alıb Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyevə verdiyini deyib.



Xəbərin oxunma sayı : 973




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap