Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Eldar Mahmudovun bandasının daha bir üzvü ölkədən qaçdı

Tarix 24.06.17, 2:47

Font ölçüsü : - / +
bitmap-img6


MTN-in Antiterror Mərkəzinin rəisi olmuş general Elçin Quliyev, onun tabeliyində işləmiş Azər Mehdiyevin cinayət işi üzrə keçirilən məhkəmə zamanı zərərçəkmişlər keçmiş milli thlükəsizlik naziri Eldar Mahmudovun məhkəməyə çağırılmasını tələb ediblər.

"Biz Eldar Mahmudovun dindirilməsini istəyirik. Burada deyirlər ki, vətəndaşlar MTN-ə nazir və nazir müavinlərinin göstərişi əsasında çağrılıb. Yəni bu, onların səlahiyyəti çərçivəsində olub. Buna görə də nazirin dindirilməsi vacibdir. O, gəlib burada cavab verməlidir", – zərərçəkmiş Maqsud Mahmudov bu günkü iclasda belə deyib.

Xatırladaq ki, Elçin Quliyev və işçisinin mühakiməsi Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilir. Zərərçəkən Maqsud Mahmudov bu hadisələri "şou" adlandırıb. Deyib ki, məsələlərə aydınıq gəlməsi üçün mütləq Eldar Mahmudov dindirilməlidir.

Məhkəmədə əvvəlcə MTN-nin sabiq əməkdaşı Rafiq Abdullayev ifadə verib. O, Xəzər Rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Heydər Ələkbərovun nazirliyə gətirilməsindən danışıb. Bildirib ki, bu, Antiterror Mərkəzinin rəis müavini, həbs olunandan sonra təcridxanada intihar edən polkovnik İlqar Əliyevin göstərişi ilə baş verib. Qalan məsələlərdən xəbəri yoxdur.



Zərərçəkmiş Heydər Ələkbərov keçmiş MTN-çi olan şahidə etiraz edib: "Mənim boynuma şər atıblar. Kamil Şükürovu qonşu otaqda saxlayıblar, üzümə durmağa məcbur ediblər. Məni otaqda olanlar sıxırdılar. Bu şahid sonradan təcrübəli əməkdaş kimi otağa gəldi. Ona dedim ki, məni bura kim çağırıb, məni rəhbərinizlə görüşdürün. Sonra məni İlqar Əliyevin otağına apardılar".

Ələkbər Heydərov, başqa bir zərərçəkən Mətləb Mustafayev də Eldar Mahmudovun əlavə şahid qismində dindirilməsi haqda vəsatəti müdafiə edib. Amma bu vəsatət sonradan müzakirə edilməyib. Ələkbər Heydərovun oğlu Aydın da məhkəmədə ifadə verib. O bildirib ki, atası MTN əməkdaşları tərəfindən saxlanılandan sonra İlqar Əliyev ondan 500 min manat tələb edib: "Sonra 300 min manata razılaşdılar. Pulun bir hissəsini dostumdan və əmimdən borc aldıq. Pulun toplanmasında iştirak etsəm də, MTN-də kimə verilməsindən xəbərim olmayıb".

İlqar Əliyevin adının bu məhkəmə prosesində tez-tez hallanmasına zərərçəkmiş Maqsud Mahmudovun reaksiyası belə olub: "Burada hamı İlqar Əliyevin adını çəkir. Onda Elçin Quliyev həmin idarədə nə işləyib? Buna aydınlıq hə gətirilsin".

Digər zərərçəkmiş Mətləb Mustafayev isə MTN polkovniki İlqar Əliyevin 2016-cı ilin dekabrında ifadə verdikdən 5 gün sonra intihar etdiyini xatırladaraq, həmin ifadənin elan olunmasını istəyib. Hakim o ifadənin sənədlərin tədqiqi mərhələsində elan olunacağını deyib.

Zərərçəkmiş Xalıq Sadıqov isə ondan hədə-qorxu ilə pul alınmasında MTN əməkdaşı Ayaz Gərayzadənin rolu olduğunu bildirərək, onun dindirilməsi haqda vəsatət qaldırıb. Amma məlum olub ki, onun haqqında həbsli axtarış qərarı çıxarılıb.

Bu həmin Ayaz Gərayzadədir ki, "Texnikabank"ın Eldar Mahmudovun bandası tərəfindən ələ keçirilməsindən sonra MTN-dən həmin banka "ezam edilib", "Texnikabank"ın təhlükəsizlik xidmətinin rəhbəri olub. Onun adı daha bir neçə cinayət epizodunda keçir və indi belə məlum olur ki, Gərayzadə hansısa yolla ölkəni tərk edib. Əks halda onun barəsində həbsli axtarış qərarının çıxarılması baş verməzdi.

MTN bandasının üzvləridən indiyəcən təkcə "Akula Akif" qaçmağa nail olmuşdu. O, İspaniyada İnterpol tərəfindən saxlanılsa da daha sonra sərbəst buraxılıb, bəzi məlumatlara görə Moskvadadır.

Elçin Quliyev və işçisinin məhkəməsi iyulun 7-də davam edəcək.

Virtualaz.org





Xəbərin oxunma sayı : 166




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap