|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Elmə həsr olunmuş iki ömür - Uğur Şahin və Özlem Türeci
Tarix 13.11.22, 17:26 |
|
"Fraza" jurnalının alim rubrikasında hər dəfə əsasən bir alimdən bəhs etməyə, həmin alimin uğur hekayəsindən, elmə və insanlığa verdiyi töhfələrdən danışmağa çalışırıq. Budəfəki yazıda isə iki alimdən, iki alimin uğurlarından, daha doğrusu bir alim cütlüyündən bəhs edəcəyik. Bunlar Uğur Şahin və Özlem Türeci cütlüyüdür.
30 illik zəhmətin bəhrəsi
Uğur Şahin və Özlem Türeci adlarını eşidəndə istər-istəməz bu iki adın arxasında bir uğur hekayəsinin olduğu ağla gəlir. Əlbəttə, bu uğur hekayəsi cütlüyün koronavirusa qarşı ən təsirli vaksinlərdən birini 5 ay kimi qısa bir vaxtda tapmalarından ibarət deyil. Uğur Şahin verdiyi müsahibələrdən birində belə deyirdi: "Biz bu vaksini 5 ayda deyil, arxasında 30 illik zəhmət və təcrübə olan 5 ayda tapdıq". Digər bir ifadə ilə 30 illik zəhmət və təcrübə olmasaydı, 5 ayda vaksini tapmaq mümkün olmazdı. Buradan yola çıxaraq həyatda təsadüflə bağlı nailiyyətlərin olmadığını, həmçinin, hər bir nailiyyətin arxasında zəhmət və alın tərinin olduğunu demək olar.
"Maraş hadisələri"ndən vaksinin tapılmasına gedən yol
Uğur Şahin illər əvvəl Almaniyaya işləmək məqsədilə köç edən bir türk ailəsinin övladıdır. O, 1965-ci ildə Türkiyənin İskəndərun şəhərində dünyaya gəlmişdir. Dörd yaşında ikən anası ilə birlikdə Almaniyanın Köln şəhərinə, burada işləyən atasının yanına gəlmişdir. Atasının Almaniyaya gəlməsinə səbəb isə o dövrlərdə Türkiyədə baş verən və əsasən ələvilərə qarşı təzyiqlərlə yadda qalan "Maraş hadisələri" olmuşdur. Beləcə, 4 yaşından Uğur Şahinin Almaniya macərası başlamışdır.
Evlənmək üçün yarım saat
Uğur Şahinin 53 yaşındakı həyat yoldaşı Özlem Türeci də türk əsilli olmaqla yanaşı, Almaniyada dünyaya gəlmişdir. Onun atası əvvəl İstanbulda həkim işləmiş, daha sonra bir xəstəxanada işləmək üçün Almaniyaya gəlmişdir. Beləcə, bu cütlüyün yolları Almaniyada kəsişmiş və onlar 2002-ci ildə ailə həyatı qurmuşlar. Bu ailə elmə o qədər bağlıdır ki, toy günü imza atmaq üçün laboratoriyadan yarım saat ayrıldıqdan sonra yenidən geri qayıtmış, elmi araşdırmalarına və tədqiqatlarına davam etmişlər.
Pyer Küri və Mariya Küri cütlüyünə bənzəmələri
Uğur Şahin və Özlem Türeci cütlüyündən, onların elmi nailiyyətlərindən bəhs edəndə istər-istəməz yada elm tarixindəki əfsanəvi cütlük, radioaktivliyi tapan kimya və fizika üzrə Nobel mükafatı laureatları Pyer Küri və Mariya Küri cütlüyü düşür. Qeyd edək ki, Mariya Küri yeganə xanım alimdir ki, Nobel mükafatını iki ayrı-ayrı sahədə almağa nail olmuşdur. Əlbəttə, bu bənzətmə təsadüfən seçilməmişdir. Uğur Şahin və Özlem Türeci cütlüyü də Nobel mükafatına çox yaxın olduqları üçün belə bir bənzətmə seçilmişdir. Ümid edək ki, alman alimi olan bu türk cütlüyü də belə bir mükafata layiq görüləcək və səslərini bir daha dünyaya duyuracaqlar.
Hər kəsin gözlədiyi xəbər
Hansı ölkədə və kimin tapacağı məlum olmasa da, pandemiya dövründə vaksinin tapılma xəbərini demək olar ki, bütün dünya gözləyirdi. Belə bir xəbər isə ilk olaraq Uğur Şahin və Özlem Türeci cütlüyündən, onların sahib olduqları şirkətdən gəldi. Əvvəla qeyd edək ki, Uğur Şahin və Özlem Türeci daha çox dəri xərçənginə qarşı peyvənd araşdırmaları ilə tanınırdılar. Dünyada koronavirusun yayılmasından sonra isə bu sahəyə, yəni COVID-19 virusuna qarşı peyvənd axtarışlarına başladılar.
İlk dəfə təhlükənin miqyasını onlar anladılar
Uğur Şahin koronavirus haqqında ilk dəfə hələ virus Çində yeni-yeni ortaya çıxmağa başlayanda "The Lancet" adlı elmi jurnalın "Çindəki sirli koronavirus" adlı məqaləsində oxuyur. O vaxt Uğur Şahin 30 illik təcrübəsinə əsaslanaraq bunun müvəqqəti bir virus olmadığını və dünya miqyaslı bir pandemiyaya çevriləcəyini anlayır. Uğur Şahinin belə erkən bir dövrdə təhlükənin miqyasını açıq şəkildə görə bilməsi ona və iş qrupundakı alimlərə böyük vaxt qazandırır. Onlar artıq vaksin axtarışına başlayanda dünyada hələ də: "Virus yoluxucudur, yoxsa yox?", "Karantinə getməyə ehtiyac varmı?", "Virusa görə evdə qalmalıyıqmı?" kimi suallara cavab axtaran milyonlarla insan var idi. Halbuki, Uğur Şahin və komandası artıq vaksinin axtarışına çoxdan başlamışdılar. Beləcə, Amerika dərman şirkəti Pfizer və Uğur Şahinin qurucusu olduğu BioNTech şirkəti 9 noyabr 2020-ci il tarixli ortaq açıqlamasında COVID-19 virusuna qarşı hazırlanan BNT162 peyvəndinin təsir dərəcəsinin yüzdə 90-dan çox olduğunu bildirdi. Bu peyvəndin istifadəsi rəsmi olaraq aparıcı dövlətlər başda olmaqla dünyanın 50-dən çox dövlətində təsdiqləndi.
Sadə insan və tədqiqatçı alim
Həmkarları 55 yaşlı Uğur Şahini qurduğu və rəhbərlik etdiyi laboratoriyaya cins şalvarı, idman ayaqqabısı və velosipedi ilə gələn sadə bir insan kimi tanıyırlar. Gəl gör ki, bu sadəliyin altında həm də ömrü boyu əzmlə çalışan dünya miqyaslı bir alim və tədqiqatçı kimliyi var. Onu da qeyd edək ki, 2020-ci ilin dekabrında dərc edilən "Dünyanın ən varlı 500 insanı" siyahısında 5,4 milyard dollarlıq varidatı ilə 456-cı yeri tutan Şahin "Dünyanın ən varlı türkü" ünvanını da əlində saxlayır. Bununla yanaşı, Uğur Şahin illər əvvəl miqrant ailənin övladı kimi gəldiyi Almaniyada həyat yoldaşı Özlem Türeci ilə birlikdə bu ölkənin 100 ən varlı adamı arasında da öz yerini tutur.
Almaniyada "Ləyaqət" Ordeni ilə təltif edilmələri
2021-ci il martın 19-da Uğur Şahin və həyat yoldaşı Özlem Türeci COVID-19-a qarşı peyvənd hazırlanmasında əldə etdikləri uğura görə Almaniya Federativ Respublikasının ən yüksək mükafatı olan "Ləyaqət" Ordeni ilə təltif olundular. Belvyu Sarayında təşkil edilən təltifetmə mərasimində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Kansler Angela Merkel də iştırak etdilər. Alim cütlüyə mükafatı şəxsən Kansler Angela Merkel təqdim etdi.
"Padşahlar arxandan gəlsin!"
Bu yazını hazırlayarkən bir nüans həm diqqətimi çəkdi, həm də ağlımda başqa bir hadisəni canlandırdı. İcazənizlə, onu da burada sizinlə paylaşmaq istəyirəm... Uğur Şahin və Özlem Türeci cütlüyünə Almaniyanın ən yüksək mükafatı verilən videokadrlarda Kansler Angela Merkel hökumət binasının koridorunda bu iki alimin arxasınca sanki hökumət başçısı deyilmişcəsinə sadə bir insan kimi addımlayırdı. Təbii ki, bu kadrlar dünya mediasının diqqətindən yayınmadı. Ümumiyyətlə, dövlət səviyyəli bu mükafatlandırma mərasimində bu alim cütlüyə qarşı hörmət əlamətlərini görmək və hiss etmək olardı. Əslində bu, təbii bir hal idi. Çünki hər bir ölkə pandemiya şəraitində ən təsirli vaksinin öz ölkəsinin alimləri tərəfindən tapılmasını istəyərdi.
Bu mənzərə mənə Osmanlı alimlərindən Məhəmməd Üftadənin tələbəsi Əziz Mahmud Hüdayi üçün dediyi: "Padşahlar arxandan gəlsin" duasını xatırlatdı. Bu duadan sonra aradan illər keçmiş və bir gün dövrün sultanı və xəlifəsi Sultan I Əhməd müəllimi Əziz Mahmud Hüdayini ziyarət etmək üçün İstanbulun Üsküdar səmtinə gəlmişdi. Sultan I Əhməd bazardan keçərkən müəlliminin orada olduğunu görür və hörmət əlaməti olaraq dərhal atından düşərək, müəlliminin ona minməsini xahiş edir. Əziz Mahmud Hüdayi bu xahişi qəbul edir və bir müddət at üstündə irəlidə, Sultan I Əhməd də piyada olaraq onun arxasında gedir. Qısa bir müddətdən sonra Əziz Mahmud Hüdayi dünyanı silkələyən sultanın arxasınca piyada gəlməsinə razı olmur və atdan düşərək, belə deyir: "Müəllimim Məhəmməd Üftadənin bir duasının yerinə yetməsi üçün təklifinizi qəbul etmiş və bu ata minmişdim. Çünki o illər əvvəl mənim üçün: "Padşahlar arxandan gəlsin!" deyərək dua etmişdi".
Bilmirəm, Uğur Şahin və Özlem Türeci cütlüyünə kimsə "Almaniya Kansleri arxandan gəlsin" deyə dua etmiş, ya da etməmişdi? Ancaq hər iki misal, yəni, həm mənəviyyat öndərlərinin dəyərini bilərək, onların arxasınca getmək, həm də elm xadimlərinə dəyər verərək, onların arxasınca addımlamaq (həm rəmzi, həm də həqiqi mənada) bəsirətin və haqpərəstiyin nişanəsidir. Bu iki misalı eyni zamanda elmə və alimə verilən dəyərin göstəricisi kimi də qəbul etmək olar.
Nailiyyətin arxasındakı faktorlar
Uğur Şahin və Özlem Türeci cütlüyü əslən türk olsalar da, demək olar ki, bütün təhsillərini Almaniyada alıblar. Buna görə də, onlar illər əvvəl bu ölkəyə gələn türk immiqrantlarının uşaqları, əsasən də alman alimləri kimi tanınırlar. Alman alimləri kimi tanınmalarının səbəbi isə bu cütlüyün bütün təhsillərini Almaniyada almalarıdır. Həmçinin, onlar COVID-19 virusuna qarşı vaksini və digər elmi kəşflərini Almaniyanın təqdim etdiyi imkanlarla ərsəyə gətiriblər. Buna görə də, cütlüyün nailiyyətlərinin arxasında bir etnik kimlik axtarmaqdansa, digər faktor və səbəblərə nəzər salmaq daha doğru olar.
Oyaq sabahlayan gözlər...
Yazıda Uğur Şahin və Özlem Türeci ilə də əlaqəli olan, ancaq daha geniş və daha ümumi məna kəsb edən bəzi məqamlara toxunmaq istəyirəm... Həzrət Peyğəmbərimiz (s.ə.s.) bir hədisdə belə buyurmuşdur: "İki göz var kı, onları cəhənnəm atəşi yandırmaz. Biri Allah qorxusundan ağlayan göz, digəri Allah yolunda oyaq sabahlayan göz" (Tirmizi, Fəzailul-Cihad 12). Hədis alimlərinin qeyd etdiyinə görə buradakı "Allah yolunda oyaq sabahlayan göz" ifadəsinə təkcə "düşməni müşahidə edərək, növbə çəkərək sabahlayan göz" mənasını vermək olmaz. Çünki "Allah yolunda oyaq sabahlayan göz" ifadəsinin mənası genişdir. Bura elm öyrənərkən, elmi tədqiqat apararkən, hətta bütün insanlığın mənafeyi üçün bir vaksin axtararkən keçirilən yuxusuz gecələri də daxil etmək olar. Əlbəttə, həyatlarını elmə, bu və ya digər xəstəlikdən əziyyət çəkən insanların profilaktikasına həsr etmiş alimlərə motivasiya mənasında ən ali mükafatların verilməsi, bu elmi nailiyyətlərinin daha sonrakı elmi tədqiqatları davam etdirmək üçün bir qazanca çevrilməsi olduqca normaldır. Bununla yanaşı, yuxarıdakı hədisdə görürük ki, Həzrət Peyğəmbərimiz (s.ə.s.) bir xalqın, bir millətin, hətta, bütün insanlığın mənafeyi üçün yuxusuz və oyaq sabahlayan göz sahibi alimləri sonsuz axirət nemətləri ilə müjdələyir.
Avropanın bir milyondan çox tirajla çıxan və qitənin ən böyük həftəlik jurnalı olan "Der Spiegel" və Amerikada nəşr olunan və dünyanın ən nüfuzlu xəbər və siyasət jurnallarından sayılan həftəlik "Time" jurnalı üz qabığında Uğur Şahin və Özlem Türeci cütlüyünə yer vermişdir.
Nazim Mustafayev
Xəbərin oxunma sayı : 451
Maraqlı
Xəbərlər
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
TOP 10
ARXİV