Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər -“Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi

Tarix 27.02.21, 23:28

Font ölçüsü : - / +
bitmap-img6


2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri Nadir İsmayılov hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutur.

Məlum olub ki, iş üzrə 4 nəfər zərərçəkmiş var. Onlardan biri tanınmış iş adamı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovdur.

Nadir İsmayılov Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.

N.İsmayılov 2010-2015-ci illərdə banka məxsus külli miqdarda pul vəsaitini mənimsəməklə “Zaminbank” ASC-nin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə suçlanır.

Onun ayrı-ayrı şəxslərə qarşı 5 milyon 175 min manatlıq dələduzluq etdiyi də bildirilir.

N.İsmayılov Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və dələduzluq maddələri ilə ittiham edilir.

Xatırladaq ki, N.İsmayılovun başqa bir cinayət işində də keçirdi. Həmin işdən sonra Nadir İsmayılovun əməlləri barədə araşdırma aparılmağa başlanmışdı.

Belə ki, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədov idman ustası, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovdan şikayət edib.

photo_2021-02-27_21-10-41.jpg (16 KB)

Elnur Məmmədov Rövşən Heybətova 200 min manat pul verərək Türkiyəyə aparmasını istəyib. R.Heybətov Türkiyədə hücuma məruz qaldığını, pulun oğurlandığını bildirib.

Lakin Elnur Məmmədov buna inanmayaraq R.Heybətovdan şikayətçi olub.

Həmin cinayət işi üzrə məhkəmə araşdırması davam edən zaman Nadir İsmayılov məhkəmədə şahid qismində dindirilib.

Həmin prosesdə N.İsmayılov barəsində qanunsuz köçürmələrə görə araşdırma aparıldığı üzə çıxıb.




Xəbərin oxunma sayı : 988




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap