|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Zirzəmidə başlayan eşq və sonu qanla bitən ölüm... - Beyləqandakı qətl işi
Tarix 08.02.24, 12:54 |
|
Beyləqan rayonunda 1978-ci il təvəllüdlü Vəli şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək Ramili öldürüb, keçmiş arvadı Sevdanı (adlar şərti göstərilib – red.) isə öldürməklə hədələyib.
Vəli 1973-cü il təvəllüdlü Ramillə keçmiş arvadı Sevdanın arasında sevgi və intim münasibətlərinin olmasından şübhələndiyi üçün qısqanclıq niyyəti onu öldürmək qərarına gəlib.
23 dekabr 2022-ci ildə saat 15.49-da sərxoş vəziyyətdə Beyləqan şəhəri, SMD-4 qəsəbəsində yerləşən və keçmiş arvadı Sevdaya məxsus olan “Aytac” kompüter xidmətləri mərkəzinə gəlib. Orada Sevdanın ünvanına təhqir və hədə xarakterli sözlər işlədib. Bu zaman mərkəzin yerləşdiyi tikilinin pəncərəsindən Ramilin gəldiyini görüb. Əvvəlcədən hazırlaşdığı cinayəti törətməyə şərait yarandığını düşünüb və arakəsmə divarla ayrılmış arxa otağa keçib.
Ramil mərkəzə daxil olaraq güləş üzrə keçiriləcək idman yarışları üçün sifariş etdiyi diplomları Sevdadan götürən zaman Vəli onun binadan çölə çıxa bilməməsindən ötrü giriş qapısını bağlayıb. Özündə olan bıçaqla Ramilin qarın nahiyəsinə zərbə vurub. Lakin Ramil bu zərbədən yayına bilib.
Vəli sağ əlində saxladığı bıçaqla onun boyun nahiyəsindən vurub. Ramil kəskin qanitirmə səbəbindən ölüb.
Bundan sonra Vəli əsəbi halda Sevdanın yaxasından tutub və bıçağı əlində saxlayıb. O, Sevdanı da öldürməklə hədələyib.
İstintaq orqanı tərəfindən Vəlinin barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əli Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vəli ittiham üzrə özünü təqsirli bilməyib.
O bildirib ki, ibtidai araşdırma dövründə verdiyi ifadələri təsdiq edir: “Sevda mənim qeyri-rəsmi arvadım olub. Bir yerdə olmuşuq. Onunla hadisədən çox əvvəl boşansaq da, bir yerdə yaşamışıq. Ramillə də yaxşı münasibətlərimiz olub, bir yerdə məşq etmişik.
Özüm Bakı şəhərində işləmişəm. Ay ərzində evə bir-iki dəfə gəlib dəymişəm. Nə lazımdısa alıb Sevdaya verdikdən sonra geri qayıtmışam”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin dekabrın 10-u və ya 11-i yenə evinə gəlib:
“Qapını döydüm, yoldaşım açdı. Evə daxil olduqda zirzəmidən səs eşitdim. Zirzəmiyə düşəndə Ramili orada gördüm. Əsəbləşərək orda onu döydüm. Ramil əlimdən çıxaraq qaçdı. Sonra yoldaşımla danışdım. Sevda ağlaya-ağlaya dedi ki, Ramil sənəd üçün gəlib, qızının işi ilə bağlı pulu alıb qaytarmağa kömək edəcək.
Hadisənin səhəri Ramil mənə zəng vurub, təhdid etdi, mənim əlimi-qolumu bağlayıb, gözümün qabağında ailə-uşağıma pis hərəkətlər edəcəyini bildirdi. Eyni zamanda özümü də baqaja basaraq başıma pis iş gətirəcəyini dedi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Ramil onu qardaşı uşaqları Telman və Səlimlə də hədələyib: “Bu sözlərdən sonra Ramilə sakitləşməyi bildirdim və telefonu söndürdüm. Sonra özüm Ramili yığsam da, cavab vermədi. Üç-dörd gün sonra Ramil mənə yenidən zəng vurdu və Aqilin restoranı deyilən yerə çağırdı. Həmin vaxt tanışımgildə idim. Ramilə ordan çıxanda zəng vuracağımı dedim. Tanışımgildən çıxıb ona zəng elədim. Ramil dedi ki, gəl, səninlə işim var. Dedim ora gəlməyəcəm, görüş başqa vaxta qalsın. Sonra Ramilə geri yığsam da, yenə telefona cavab vermədi.
Bu hadisədən sonra Ramilin qardaşı oğlu Səlim zəng elədi. Dedi ki, bu nə haq-hesabdır, qorxma, sənə söz deyəcəm, görüşək işim var. Ramil mənə deyib, sən onu niyə döymüsən?
Ondan harda görüşə biləcəyimizi soruşduqda hazırda məşq keçdiyini, çıxanda görüşəcəyini bildirdi. Səlimin obyektinin qarşısına gəldim. Yaxınlıqda məktəbin həyətində söhbət etdik. Səlimin qardaşı Telman da ora gəldi. Soruşdular ki, Ramili nə səbəbə döymüşəm. Cavabda dedim ki, Ramil bacı dediyi adamın evində zirzəmidə nə gəzirdi, o mənə qardaş deyib, niyə belə hərəkət edib? Bu sözdən sonra onlar susdular. Onlara bu barədə heç kimə bildirməməyini, söhbətin bağlanmasını tapşırdım”.
Vəli qeyd edib ki, bundan xeyli sonra dekabrın 22-də 1 nömrəli məktəbin yanında yolda Ramillə qarşılaşıb: “Orada da Ramil məni təhqir edərək, nəslimi söydü, daha sonra məni yaşamağa qoymayacağını, itirəcəyini bildirərək təhdid etdi. Mən bu sözlərdən həyəcanlandım və yanıma yaxınlaşmamış evə qaçdım.
Səhəri ad günüm olacağından evdə arvadımla məsləhətləşdik, bazara gedərək bazarlıq etməyi qərarlaşdırdıq. Bu məqsədlə yoldaşımın işlədiyi yerə – kompüter kursuna gəldim. Ora gedərkən üstümdə bıçaq vardı. Həmin bıçağı Ramil məni hədələdiyindən, özümü müdafiə məqsədilə almışdım.
Yoldaşımla söhbət edən vaxt Ramil gəldi. Onun gəldiyini pəncərədən gördüm. Gizləndim ki, məni görməsin, çıxıb getsin. Lakin səsini eşidəndə özümü saxlaya bilmədim, başım döndü. Özümü idarə edə bilmədim, Ramilə dedim ki, sən kimi hədələyirdin? Qapı açıq olduğundan qapını da bağladım ki, içəridən səs getməsin. Həmin vaxt bıçaq əlimdə idi. Məqsədim Ramili qorxutmaq idi. Dedi ki, vaxtı gələndə görəcəksən. Ramilin qarnına tərəf bıçaq atdım. O, çəkilərək bıçaqdan yayındı”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra Ramilə aralıdan bıçaq atıb ki, qorxub getsin:
“Amma bıçaq Ramilin boğazına dəydi. O, çıxaraq maşına mindi, getdi. İkinci zərbəni atanda dedm ki, yenə yayınar, qapıdan çıxaraq gedər. O isə yayına bilmədi, ağzından qan gəldiyin görəndə bildim ki, bıçaq boğazına dəyib.
Ramili öldürmək niyyətində olmamışam. Ondan aralı olduğundan bıçağı boğazəna atdım ki, bilsin, əlimdə bıçaq var, qorxsun. Ramili öldürmək məqsədim olmayıb. Sonra nə baş verdiyini bilməmişəm. Polisə könüllü getmişəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü evdə 250-300 qram araq içib. Hadisə zamanı isə arvadını öldürməklə hədələməyib: “Yaxasından tutaraq dedim ki, öz həyatını da, mənim həyatımı da məhv etdin.
Adını dəqiq xatırlamadığım şəxslərdən eşitmişdim ki, Ramil arvadım Sevdanı hədələyib, onu sıxışdırıb. O, mənim özümü də hədləmişdi, başıma pis-pis işlər gətircəyini bildirmişdi. Məhkəmədən barəmdə rəhimli və ədalətli qərar qəbul edilməsini xahiş edirəm”.
İş üzrə zərərçəkmiş Ramilin hüquqi varisi, oğlu Vüqarın sözlərinə görə, təqsirləndirilən şəxslə atası arasında olan münasibətlərdən məlumatsızdır: “Hazırda Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində ali təhsil alıram, tələbəyım. Buna görə də Gəncə şəhərində yaşayıram və tətillərdə Beyləqan şəhərinə gəlirəm.
23 dekabr 2022-ci ildə Gəncə şəhərində olan vaxt mobil telefonuma zəng gəldi və atamın ölüm xəbərini eşitdim. Beyləqan şəhərinə gəldikdə atamın təqsirləndirilən şəxs tərəfindən bıçaqlanaraq öldürüldüyünü öyrəndim.
Təqsirləndirilənlə aramızda heç bir barışıq yoxdur, ondan şikayətçiyəm. Ona ömürlük cəza təyin edilməsini xahiş edirəm”.
Məhkəmənin hökmü ilə Vəli 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, şərti adla təqdim etdiyimiz Ramil güləş üzrə əməkdar məşqçidir. Dəfələrlə dünya çempionu olan Eldəniz Əzizovun şəxsi məşqçisi olub.
Bundan başqa Birinci Qarabağ Müharibəsi qazisidir.Vətən Müharibəsində də iştirak edib, ən qaynar döyüş nöqtələrində olub. / teleqraf.com
Xəbərin oxunma sayı : 874
Kriminal
Xəbərlər
-
Sosial sahəyə ayrılan vəsait artırılacaq? - AÇIQLAMA
-
“Həbsdə olmağımın səbəbini bilirəm” - Bəkir Orucovun məhkəməsi
-
Azərbaycanda 3 aya 51 milyon 36 min manatlıq narkotik ələ keçirib - HESABAT
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
TOP 10
ARXİV