Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Gəncədə baş verən dəhşətli qətlin TƏFƏRRÜATI: Öldürdüyü vəzifəli qadının dəfninə getdi

Tarix 18.01.24, 22:24

Font ölçüsü : - / +
bitmap-img6


2008-ci ildə Gəncə şəhər sakini, 1940-cı il təvəllüdlü Nadejda Nəzərli Dmitriyevnanı qətlə yetirən şəxslərin məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, illər sonra üstü açılan cinayət hadisəsinə görə 1986-cı il təvəllüdlü Seymur Mehman oğlu Salayev və dostu Qirin Şəhriyat Usaməddin oğluna hökm oxunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, hər iki şəxs 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nəzərli Nadejda Dmitriyevna Azərbaycanda Rus İcmasının qərb bölgəsi üzrə nümayəndəliyinin sədr müavini olub. Şəhriyat Qirin isə onun köməkçisi kimi fəaliyyət göstərib.

Cinayət hadisəsinə gəlincə, adıçəkilən şəxslər Nadejda Nəzərlinin evinə daxil olub külli miqdarda pul və qızıl-zinət əşyalarını talamaqla bağlı razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşiblər. Onlar 13 may 2008-ci il tarixdə qadının yaşadığı evin qarşısına gəlib mərhumu aldadaraq evinə daxil olub, qarşılıqlı söhbət edən zamanı planlaşdırdıqları özgənin əmlakını talama cinayətinin törədilməsini yüngülləşdirmək məqsədilə Şəhriyat Qirin iki əli ilə Nadejda Nəzərlinin ağzından tutub özünə doğru çəkmiş, Seymur Salayev isə üzərində olan bıçaqla onun boğaz nahiyəsinə çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürüb.
Qadını öldürdükdən sonra, cinayətkarlar evdə axtardıqlarını tapa bilməyiblər.

Maraqlıdır ki, Şəhriyat Qirin heç kimdə şübhə yaratmamaq üçün keşişin köməkçisi kimi o, da Nəzərli Nadejdanın dəfnində iştirak edib, dualar oxuyub.

Xatırladaq ki, cinayət hadisəsinin üstü Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində 2021-ci ilin avqustunda açılıb.



Xəbərin oxunma sayı : 403




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap