Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Elza saytları məhkəməyə verəcək - Benzin şerinə görə

Tarix 17.07.17, 20:09

Font ölçüsü : - / +
bitmap-img6


Moderator.az xəbər verir ki, Azərbaycanın Əməkdar artisti, bəstəkar-ifaçı Elza Seyidcahan onun adından benzinin bahalaşmasına yazılmış şeir paylaşan saytları məhkəməyə verir. Elza xanım bu barədə özü məlumat verib. 

O, bunları deyib:

“Bəzi savadsız, Azərbaycan xanımlarına, öz xalqına hörmət etməyən kəslərədir sözüm. Artıq düşmən axtarmağa dəyməz, düşmən artıq bizim öz içimizdədir, hansı ki, bir birimizin adından olmayan sözləri dərc etdirirk. Mənə aid olmayan sözləri siz mənim adımdan yazırsınız. Bəzi saytlar o qədərmi tükəniblər ki, yanlış məlumatı dərhal öz saytlarında Elza Seyidcahanın adından yerləşdiriblər? Nə olar, hamınız məhkəmədə cavab verərsiniz ki, nəyə görə Elza Seyidcahanın adından əsası olmadan benzinin bahalaşmasına aid şeir paylaşmısınız”. 

Əməkdar artist onun adından heç bir əsası olmadan şeir paylaşanları tərbiyəsiz adlandırıb:

“Elzanı təhlil edin, təmsil edin, təqlid edin, təbliğ edin, hörmət edin amma öz benzininizə yazığınız gəlsin. Çünki öz benzinizi Elzaya sərf edirsiniz. Ona görə də benzinin qiyməti yaxşı olub bahalaşıb. Dəmirin benzininə görə narahat olursunuz, amma öz benzinizə görə heç narahat olmursunuz, Elzaya sərf edirsiz. Bununla da əslində Elzaya hörmət edirsiniz. Ayıb olsun sizlər üçün, təbiyəsizlər!”

Qeyd edək ki, bu gün bir çox saytlarda Elza Seyidcahanın adından aşağıdakı şeir yayımlanıb:

Qalxdı?! Yenə qalxdı?!

Qaldırsınlar, lap birdə qaldırsınlar.

Qaldırmasınlar? Dədəmizi yandırmasınlar?

Onlar qaldırmasa kim qaldıracaq?

Qoy qaldırsınlar, sən də qaldır, 

O da qaldırsın, mən də qaldırım,

Yox, sən qaldırmasan yaxşıdır.

Amma o qalxsın, baxsın, taxsın

Axsın, axa-axa bir də qalxsın

Bax sən onda qaldırarsan

Qaldıranlar sənə baxsın,

Baka taxsın, dolub daşsın, yerə axsın.

Onda hamı sənə baxsın, 

Qoy qalxsın.  



Xəbərin oxunma sayı : 199




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap