| |
|
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Epşteynlə əlaqələr, korrupsiya, rüşvət - Ermənipərəst konqresmenlərin adları qalmaqalda
Tarix 08.02.26, 16:27 |
|
ABŞ-də uzun müddət erməni lobbisi və diasporun təsiri, pulları hesabına fəaliyyət göstərən bəzi konqresmen və siyasətçilər Azərbaycanın haqlı mövqeyini nəzərə almadan qərəzli mövqe nümayiş etdiriblər.
"Report"un məlumatına görə, onlar rüşvət, lobbi pulları və digər maliyyə təsirləri hesabına Ermənistanın maraqlarını müdafiə ediblər və beynəlxalq platformalarda Azərbaycanın haqlı səsini eşitməzlikdən gəliblər.
Bu şəxslərin mövqeləri Dağlıq Qarabağ və digər region məsələlərində qərəzli çıxışlarla, bəzi beynəlxalq tədbirlərdə isə Azərbaycanın haqqını müdafiə edən təşəbbüslərin qarşısını almaqla özünü göstərib. Həmin şəxslərin çirkin əməllərinin bununla da bitmədiyi Epşteyn sənədlərinin yayılması ilə də üzə çıxıb. Bu da öz növbəsində erməni lobbisinə yaxınlığı ilə seçilən şəxslərin bütün əməllərinin çirkin olması, pula hərislik və korrupsiya üzərində qurulmasını bir daha sübut etdi.
Konqresmen Adam Şiff
ABŞ Konqresində uzun illərdir Ermənistan lobbiləri ilə yaxınlığı ilə seçilən Adam Şiff Azərbaycanla bağlı məsələlərdə ardıcıl olaraq qərəzli mövqe nümayiş etdirib. O, 907-ci düzəlişin tətbiqinin bərpasını açıq şəkildə dəstəkləyən, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü görməzlikdən gələn və Qarabağ münaqişəsinə dair birtərəfli narrativləri təkrarlayan siyasətçilərdən biridir. Şiffin çıxış və təşəbbüslərində humanitar dəyərlər ritorik səviyyədə qabardıldığı halda, işğal faktı, etnik təmizləmə və beynəlxalq hüququn əsas prinsipləri sistemli şəkildə kənarda saxlanılır. Maraqlıdır ki, bu siyasətçinin Ceffri Epşteynlə 256 elektron məktubu aşkar edilib. Adı bir neçə dəfə əxlaqsızlıq və seksual qalmaqallarda hallanan Şiffin Epşteyn kimi cani ilə əlaqəli olması heç də təəccüblü deyil. Çünki o, Qərbi Hollivuddakı "The Standard" otelində hansısa seksual insidentdə iştirak edib, demokratların böyük donoru olan Ed Bakın (Ed Buck) evində bir neçə nəfərin dozadan artıq narkotik maddə qəbul edərək ölməsi ilə bağlı qalmaqal zamanı Adam onlardan rüşvət alıb.

Bundan əlavə, bir sıra internet resurslarında Adam Şiffin 78 dəfə Epşteynin şəxsi adasına (Little St.James) getdiyi də bildirilir. Həm də sosial şəbəkələrdə Şiffin Epşteynlə çəkilən fotoları da yayılmaqdadır. Bu faktlar işığında söyləmək olar ki, uzun illər özünü etik dəyərlərin müdafiəçisi, şəffaflıq və məsuliyyət tərəfdarı kimi təqdim edən siyasətçinin adının bu tip qalmaqallı kontekstdə hallanması onun mənəvi üstünlük iddialarını ciddi şəkildə zədələyir. Belə bir ssenaridə Şiffin yalnız daxili siyasi mövqeyi deyil, beynəlxalq məsələlər üzrə verdiyi qiymətlər, digər dövlətlərə yönəltdiyi tənqidlər və "dəyər əsaslı" çıxışları da legitimlik baxımından sual altına düşür.
Konqresmen Bred Şerman
Bred Şermanın Azərbaycanla bağlı mövqeyi isə açıq siyasi fəaliyyət və çıxışlarla sübut olunur. O, Qarabağ münaqişəsi ilə bağlı çıxışlarında Ermənistanın maraqlarına uyğun, birtərəfli ritorika nümayiş etdirib və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü görməzlikdən gəlib. Şerman "humanitar narahatlıq" və "insan haqları" kimi mövzuları qabardsa da, Ermənistanın işğal siyasəti və BMT Təhlükəsizlik Şurasının qətnamələri sistemli şəkildə diqqətdən kənarda saxlanılıb. Eyni zamanda 907-ci düzəlişin saxlanması və sərtləşdirilməsi istiqamətində təşəbbüsləri ABŞ-nin regionda balanslı və obyektiv siyasət yürütməsi imkanlarını məhdudlaşdırır. Bu yanaşma onun fəaliyyətində lobbi təsirinin, ikili standartların və qərəzli selektiv ritorikanın açıq təzahürü kimi qiymətləndirilə bilər. Maraqlıdır ki, onun da adı Epşteyn qalmaqalında keçir. Özünü ali dəyərlərin təmsilçisi sayan bu şəxs 2025-ci ilin noyabr ayında təyyarədə telefonunda "X" sosial şəbəkəsinin "For You" bölməsində Epstein sənədləri və uyğunsuz görüntülərlə bağlı paylaşımlara baxması ciddi qalmaqala səbəb olmuşdu. Şerman sonradan bunu alqoritmlərlə izah etməyə çalışsa da, əslində bu açıqlama da biabırçılıq və fiaskodan başqa bir şey deyildi. Çünki alqoritmlər maraqlandığın və tez-tez baxdığın kontenti sənin qarşına çıxarır. Bundan əlavə, 2018-ci ildə də Şermanın ofisində çalışan bir işçi ilə də seksual xarakterli qanunsuzluqda ittiham olunması da bilinən faktlardandır.

Konqresmen Frenk Pallone
Frenk Pallone Azərbaycanla bağlı məsələlərdə ardıcıl olaraq birtərəfli və qərəzli mövqelər nümayiş etdirib. O, Qarabağ münaqişəsi ilə bağlı çıxışlarında Ermənistanın maraqlarına uyğun ritorika sərgiləyib və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü nəzərə almadan qərar və təşəbbüsləri dəstəkləyib. Pallone həmçinin 907-ci düzəlişin tətbiqinin saxlanması və sərtləşdirilməsi kimi təşəbbüslərə dəstək verərək, ABŞ-nin regionda balanslı siyasət yürütməsi imkanlarını məhdudlaşdırıb. Onun çıxış və təşəbbüslərində "humanitar narahatlıq" və "insan haqları" vurğulansa da, Ermənistanın uzunmüddətli işğal siyasəti və yüz minlərlə azərbaycanlının hüquqlarının pozulması sistemli şəkildə diqqətdən kənarda saxlanılıb, bu da Pallonenin fəaliyyətində lobbi təsirinin və ikili standartların açıq təzahürü kimi qiymətləndirilir. Bu konqresmenin də adı "Epşteynin müştəri siyahısı"nda hallanır. Bir sıra internet platformaları yazır ki, "Epşteynin 2 000-dən çox tanışı" siyahısında Pallonenin adı xüsusilə qeyd edilir. Həm də Frenk Epşteyndən ianələr də alıb və bu barədə də media resurslarında kifayət qədər məlumat var.

Pallonenin seçki kampaniyasını maliyyələşdirən bəzi böyük donorlar eyni zamanda Epşteynin yaxın çevrəsinə daxil olublar. Bu, "dolayı maliyyə əlaqəsi" kimi təqdim olunsa da, əslində söhbətin nədən getdiyini siyasətdən anlayışı olan şəxslər yaxşı anlayırlar. Bundan əlavə, Pallonenin Nyu-Cersi ştatındakı nüfuzu sayəsində Epşteynlə əlaqəli bəzi şəxslərin yerli səviyyədə qorunduğu da bilinir. Həm də bir sıra nüfuzlu jurnalistlər qeyd edirlər ki, Frenk Epşteynlə bağlı sənədlərin açılmasına mane olan konqresmenlərdəndir.
Konqresmen Robert Menendez
Robert Menendez uzun illər ABŞ Senatında region siyasətində açıq şəkildə qərəzli və birtərəfli mövqelər nümayiş etdirib. O, Azərbaycanın beynəlxalq tanınmış ərazi bütövlüyünü nəzərə almadan Ermənistanın maraqlarına uyğun təşəbbüsləri dəstəkləyib və münaqişə ilə bağlı çıxışlarında Azərbaycanın haqlı diplomatik və humanitar arqumentlərini görməzdən gəlib. Menendez ABŞ-nin maliyyə, müdafiə və diplomatik resurslarını regionda selektiv şəkildə istifadə etməyi təşviq edərək Azərbaycanın strateji maraqlarına zidd mövqe tutub. Onun çıxışları və açıqlamalarının lobbi və xarici təsir qüvvələrinin təzyiqi altında formalaşması artıq dəfələrlə sübut edilib. Adı bir sıra korrupsiya qalmaqallarında hallandırılan Menendezin də Epşteyn işi ilə bağlı kifayət qədər ciddi "çəkisi" var. Məsələn, vaxtilə sevgilisi olan Gvendolin Bek adlı qadın Epşteyn üçün də çalışıb. Bu qadın Epşteynin çevrəsinə yaxın olub və bəzi qaynaqlarda onun Epşteyn üçün "fiksator" (insan toplayan) kimi çalışdığı iddia qeyd edilir. Yəni konqresmen sevgilisi vasitəsilə Epşteynlə daim əlaqədə olub.

Bundan əlavə, Menendezin ən yaxın dostu və donoru olan göz həkimi Salomon Melgenin Dominikan Respublikasında özəl villası və şəxsi təyyarəsi var idi. 2013-cü ildəki qalmaqalda Menendezin Melgenin təyyarəsi ilə Dominikan Respublikasına gedərək orada "parti"lərdə iştirak etdiyi bildirilirdi. Söhbət konqresmenin azyaşlılarla cinsi əlaqədə olmasından gedir.
Epşteynin də Dominikan Respublikasına marağı olduğunu nəzərə alsaq, küləyin haradan əsdiyini anlayarıq. Konqresmenin Salomon Melgenin şəxsi təyyarəsi ilə Beki gəzintiyə çıxarması faktı da Melgen və Epşteyn şəbəkəsinin kəsişmə nöqtəsi sayılır.
İnternetdə və bəzi podkastlarda (məsələn, "The Epstein Chronicles") Menendez və Epşteynin eyni qadınlarla münasibətdə olduğunu iddia edən "eskimo brothers" ifadəsi işlədilir. Menendezin bəzi hüquqi məsələlərində adı keçən şəxslərin vaxtilə Epşteynin və ya onun yaxın tərəfdaşlarının hüquqlarını müdafiə edən firmalarda çalışması da bu iddiaları daha da gücləndirir. Məsələn, vəkil Ceffri Smit.
Amma ötən il Menendezin korrupsiya, Misir və Qətər üçün qeydiyyatsız xarici agent kimi işləmək ittihamları ilə 11 il müddətinə azadlıqdan məhrum edilməsi göstərdi ki, ədalət qələbə çalır və Epşteyn kimi şəbəkə ilə əlaqəli olması da onu xilas edə bilməyib.
Devid C.Kramer
Amerikalı diplomat və xarici siyasət eksperti olan bu şəxs Azərbaycanın ərazi bütövlüyü və suverenliyini görməzlikdən gələn açıqlamaları və analizləri ilə tanınır. O, tez-tez Qarabağ münaqişəsi ilə bağlı saxta və uydurma iddialar irəli sürərək, Ermənistanın mövqeyini ön plana çıxarır və Azərbaycanın haqlı arqumentlərini sanki görməməzlikdən gəlir. Kramerin çıxış və yazılarında humanitar və demokratik narahatlıqlar ön plana çəkilsə də, bu ritorika selektiv və ermənipərəst şəkildə formalaşdırılır; faktiki işğal və hüquq pozuntuları nəzərə alınmır. Maraqlıdır ki, bu şəxsin də adı Epşteyn işində hallanır və xüsusin də siyasi institutlara və beyin mərkəzlərinə sızma cəhdlərində alət kimi istifadə edildiyini üzə çıxarır. Məsələn, Epşteynin 2014-cü ildə McCain İnstitutuna (Arizona Dövlət Universiteti nəzdində) 1 milyon dollar bağışladığı barədə məlumatlar yayılmışdı.

"The Guardian" kimi mənbələr təsdiqləyir ki, bu məbləğ faktiki olaraq köçürülüb. Kramer həmin vaxtlarda bu institutda yüksək vəzifə tuturdu və sonradan baş direktor oldu. Epşteynin bu ianələri etməkdə məqsədi, 2008-ci ildəki ilk məhkumluğundan sonra özünü yenidən "xeyriyyəçi" və "elita dostu" kimi təqdim etmək idi. Kramer kimi nüfuzlu diplomatların rəhbərlik etdiyi institutlara pul verərək, o, bu şəxslərin beynəlxalq əlaqələr şəbəkəsinə dolayı yolla daxil olmağa çalışırdı. McCain İnstitutu insan alveri ilə mübarizə proqramları həyata keçirirdi. Epşteynin (özü bir insan alverçisi ola-ola) bu proqramları maliyyələşdirməsi, Kramerin rəhbərlik etdiyi qurumu "ikili standartlarda" ittiham etmək üçün əsas sayıla bilər. İnstitut rəhbərliyi, o cümlədən Kramer, bu pulun birbaşa Epşteyndən deyil, onun fondundan gəldiyini və həmin vaxt onun cinayətlərinin bu dərəcədə ağır olduğunun bilinmədiyini iddia edirlər. Amma keçmişi kəşfiyyatçı olan Kramerin Epşteynin kim olduğunu bilməməsi həm qeyri-mümkündür, həm də absurddur. Bu siyasətçinin rəhbərlik etdiyi və strategiyasını müəyyən etdiyi qurumun Epşteyn pulları ilə maliyyələşməsi onun əsl xislətini ortaya qoyur.
Nəticə olaraq, Azərbaycan əleyhinə qərəzli mövqe tutan siyasətçilərin adlarının Epşteyn sənədlərində hallandırılması onların region siyasətində birtərəfli və selektiv davranışlarını ortaya qoyur. Adam Şiff, Bred Şerman, Frenk Pallone, Robert Menendez və David C. Kramer yalnız Azərbaycanın haqlı maraqlarını nəzərə almamaqla qalmayıb, həm də erməni diasporu və lobbi təşkilatlarının təsiri altında fəaliyyət göstərərək Ermənistanın maraqlarını dəstəkləyiblər. Onların bu əlaqələri rüşvət, lobbi pulları və digər maliyyə təsirləri ilə möhkəmlənmiş, bu isə beynəlxalq platformalarda Azərbaycanın haqlı səsini eşitməzlikdən gəlmələrinə gətirib çıxarıb. Uzun illərdir özlərini etik, şəffaf və məsuliyyətli kimi təqdim etmələrinə baxmayaraq, ortaya çıxan faktlar onların rüsvayçılığını, mənəvi deqradasiyasını və siyasətdə tərəfkeşliyini açıq şəkildə göstərir. Belə yanaşma yalnız şəxsi mənfəət və lobbi maraqlarına xidmət etməklə qalmır, həm də regiondakı ədalətli və balanslı siyasətin önünə ciddi əngəl yaradır.
Xəbərin oxunma sayı : 1252
Dünya
Xəbərlər
-
Evində dini yığıncaqlar təşkil etdi, saxlanıldı - Məhkəmə qərarı
-
Azərbaycanda qadınlar harada çalışır, nə qədər maaş alır? - RƏQƏMLƏR
-
Qadınları aldadıb Quşadasına apardı - Niyyəti ora çatanda bilindi...
-
“İran təslim olmayacaq“ - Məsud Pezeşkian
-
Messi “İnter Mayami”də nə qədər qazanır? - Klubun sahibi açıqladı
-
Bakıda qadının evindən 28 min manat pul oğurlandı:Bacısı qızı saxlanıldı
-
Vüsal Nəsirli onu özünə müşavir təyin etdi - FOTO
-
Azərbaycanın kart bazarında yaşanan proses: Borclanma dövrü bitir?
-
Pezeşkian hücumlara görə qonşu ölkələrdən - Üzr istədi
-
Samuxda 46 yaşlı qadın bıçaqlandı - Oğlu saxlanıldı
-
Qətərin enerji nazirindən sensasion proqnoz: Neftin qiyməti 150 dollar ola bilər
-
Xırdalanda yerləşən “Kristal Abşeron” binasında qanunsuz artırma - İcra hakimiyyəti niyə susur?
-
“Milano Hospitalda“ qanunsuz estetik əməliyyat - Əvvəl Vəfa “Gündoğan” indi isə “Barisovna” olan “həkim”
-
Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarının böyük hissəsi təxliyə edilib - XİN
-
Prezidentin həmin çıxışı dünya mediasında - Fotolar
-
Göyçay sakini evinə niyə su çəkdirə bilmir? - VİDEO
-
London “uşaqsız şəhər“ə çevrilə bilər: Narahatedici statistika
-
Mütəxəssis xəbərdarlıq edir: Gündüz yuxusu 30 dəqiqəni keçməməlidir
-
“Şübhəli məqamlar var...“ - İran səfiri ilə gərgin MÜSAHİBƏ + VİDEO
-
Bu il qəbul imtahanlarında ballar yüksələcək? - VİDEO
-
İnstaqramda bu gün önə çıxanlar - FOTOLAR
-
Mauro İkardi üsyan etdi: “Mən 15 dəqiqəlik oyunçu deyiləm“
-
Sumqayıtda 4 nömrəli xəstəxanada baxımsız vəziyyətdə - VİDEO
-
Nə market qalıb, nə işçi, amma cərimə gəlir - VİDEO
-
Ramazan ayının 17-ci günü - İmsak və iftar vaxtları
-
SEPAH Bakıda ictimai xadimi öldürmək istəyib - DTX ifşa etdi + VİDEO
-
“Minlərlə insanı Yaxın Şərqdən çıxarırıq“ - Tramp
-
Dövriyyəsi kəskin azalan investisiya şirkətləri - CƏDVƏL
-
İlham Əliyevlə Aleksandar Vuçiç telefonda danışdı - Nələr müzakirə edilib?
-
Trampdan İrana sərt xəbərdarlıq - “Yalnız bir şərtlə”
-
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
-
Ana övladı üçün kömək istəyir - “Səsimizə səs verin!”
-
Kuba tezliklə çökəcək, razılığa gəlmək istəyirlər - TRAMP
-
Prezident İlham Əliyev Azərbaycan qadınlarına təbrik ünvanlayıb - MƏTN
-
Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslərin - CƏDVƏL
-
İranla sərhədə ağır silahların yerləşdirilməsi barədə paylaşımlar manipulyasiyadır - MEDİA
-
300 hərbçi Rusiyadan Ukraynaya qaytarıldı - Daha bir əsir mübadiləsi baş tutdu
-
Silahlı Qüvvələrin hazırlıq səviyyəsi daha da yüksəldilir - Ceyhun Bayramov
-
Temperatur enəcək, yağış və qar yağacaq - Sabahın havası
-
Azərbaycan-İran sərhədində yük daşımaları dayandırıldı - Günlük zərər nə qədərdir?
-
“Nar” 8 Mart münasibətilə xanım jurnalistləri təbrik etdi - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
-
“İran yaxın günlərdə uzaqmənzilli müasir raketləri tətbiq edə bilər“ - SEPAH
-
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
-
Azərbaycanın ən çox energetik içki idxal etdiyi 5 ölkə - Qiymət
-
Qanunsuz işləyən broyler kamera çəkdirib pulunu vermir - ŞİKAYƏT
-
Nəriman üçün icazə alındı - Bu tarixdə ABŞ-yə gedir
-
ABŞ İrana quru qoşunları göndərir? - Trampdan kritik açıqlama
-
Mərkəzi Bank bu şirkəti 31 min dollar cərimələdi - 600 mindən çox vergi borcu da var
-
Töhmətdən sonra Suraxanı: Yenə qanunsuz tikintilər, yenə narazılıq...
-
Sahibkar vergi əməkdaşını döyüb - Gəncədə insident baş verib
-
Azərbaycan diplomatlarını İrandan çıxarır - Prezident qərar verdi
-
Naxçıvanda məktəblərdə tədris bərpa olunub - Həyat əvvəlki axarına geri dönüb
-
Sürücüsündən alıb idarə etdi - Piyadanın ayağını sındırdı, 5 manatla yola saldı
-
“İran tərəfi məsələni araşdırmağa ciddi şəkildə söz verdi“ - “Nəticələri gözləyirik“
-
Beyləqanda Beynəlxalq Qadınlar Günü qeyd edildi - Fotolar
-
“Pakistan dövləti Azərbaycanın yanındadır“ - Şahbaz Şərif İlham Əliyevə zəng edib
-
Azər Mursaqulov Tahir Budaqovun bəzi qərarlarını ləğv etdi - SİYAHI
-
Keçmiş KOBİA rəhbəri yüksək vəzifəyə təyin ediləcək - İDDİA
-
Sumqayıtda qadın qətlə yetirilib - Qaçan ərini polis saxlayıb
-
ABŞ vətəndaşlarına xəbərdarlıq etdi - Naxçıvanla bağlı
-
Dövlətə xəyanətdə təqsirləndirilən 4 nəfərə hökm oxundu - Casusluq etmişdilər
-
Prezident Moldova XİN rəhbərini qəbul etdi - FOTOLAR
-
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
-
Tramp İran kürdlərini İrana hücum etməyə təşviq edir - “Reuters”
-
Qaraçuxurda qanunsuz tikintiyə dövlət qurumları niyə göz yumur? - FOTO
-
Varlılar Yaxın Şərqdən qaçmağa görə - 350 min ödəyirlər
-
Azərbaycan nefti daha 5.6 dollar bahalaşdı - Qara qızıl 88 dollara qalxdı
-
Bir nömrəli səfərbərlik nədir? - Müdafiə Nazirliyi açıqladı
-
Xameneinin varisinin təyin edilməsi təxirə düşdü - Təhlükəsizlik səbəbindən
-
Azərbaycanda ən çox istehsal olunan neft məhsulları - SİYAHI
-
“Biz gəlib hər şeyi təmizləmək istəyirik“ - Tramp
-
Qadın ülviyyətin, zərifliyin, gözəlliyin rəmzidir
-
Azərbaycan qadını hər sahədə ölkəmizin adını yüksəklərə qaldırır və cəmiyyətimizin inkişafına töhfə verir
-
Xalq artistimiz Aygün Kazımova tanınmaz halda - FOTOLAR
-
Arda Turan “Şaxtyor“dan ayrılır - Əfsanəsi olduğu komandanı çalışdıracaq
-
Zelenski Ukrayna üzrə sülh sazişinə maneə yaradır - Tramp
-
Ramazan ayının on altıncı günü - İmsak və iftar vaxtları
-
“ABŞ İranla razılığa gəlmək şansını əldən verdi” - Abbas Əraqçi
-
“Pakistan Azərbaycanla həmrəy olduğunu bir daha təsdiqləyir” - Şahbaz Şərif
-
Kürd qruplaşmaları MOSSAD-ın dəstəyi ilə İrana qarşı əməliyyata hazırlaşır - Axios
-
Maştağada qəbirləri su basıb - Aidiqyyatı qurumlar problemi bir birinin üstünə atır
-
Azərbaycan qadını zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir
-
Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi - FOTOLAR
-
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib - İranın Azərbaycana hücumunu qınayıb
-
Xameneinin oğlu İran rəhbərliyinə namizəd kimi mənim üçün qəbuledilməzdir - Tramp
-
Mənzillərə daxil olmağa cəhd edən şəxs saxlanıldı - VİDEO
-
BƏƏ Prezidenti Azərbaycan liderinə zəng etdi - İranın hücumunu pisləyib
-
“İranın dron hücumları qəbuledilməzdir, Aİ Azərbaycanla tam həmrəydir“ - Kallas
-
Deputatın şirkəti Təhsil İdarəsinə 4 ofis icarəyə verdi - Uşaq bağçaları açılacaq
-
Azərbaycan-İran dövlət sərhədindən yük avtomobillərinin hərəkəti tam dayandırılıb - RƏSMİ
-
Ərdoğan İlham Əliyevə zəng etdi - Azərbaycana dəstəyini ifadə edib
-
Ermənistanın dəmir yollarına hansı ölkə nəzarət edəcək? - Yeni iddia
-
Qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edirlər
-
ABŞ-a İran dronlarını vurmaq neçəyə başa gəlir? - Nisbət 1-ə 10-dur…
-
Bayramov və Fidan telefonda danışdı - Naxçıvana dron hücumu müzakirə edilib
-
“Namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?...“ - Prezident İlham Əliyev
-
Azərbaycan diasporunun rəhbərinə və bir qrup soydaşımıza hökm oxundu - 10 ildən 20 ilədək
-
“Bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar!“ - “Silahlı Qüvvələrimizə təlimat verildi ki...“
-
“İran Naxçıvana 4 pua ilə hücum edib...“ - Müdafiə Nazirliyindən yeni açıqlama
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Azərbaycan Silahlı Qüvvələri səfərbərlik vəziyyətinə gətirilib“ - Prezident
-
Naxçıvana sərnişinlər belə gedəcəklər - Bakı-İğdır-Naxçıvan...
-
Prezident Təhlükəsizlik Şurasının iclasını keçirdi - FOTOLAR
-
Dövlət büdcəsindən hansı sahələrə nə qədər xərc çəkilib? - MƏBLƏĞ/SAHƏLƏR
-
“İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır“ - NATO Baş katibi
-
Naxçıvana dron hücumunda yaralananların kimliyi açıqlandı - Fotolar
-
“Ət House”un qəssabından 35 min manatlıq dələduzluq - “Penitensiar Xidmətə 1 ton ət verəcəyik...”
-
Bizim tərəfimizdən Naxçıvana zərbə endirməyib - İran XİN
-
ABŞ administrasiyası İranda genişmiqyaslı müharibəyə hazır olmayıb - Politico
-
Naxçıvan aeroportuna düşən dronun qalıqları - Video + Fotolar
-
“Rusiya hərbi bazası Aİ-yə üzvlük niyyətimizə mane olmur“ - Paşinyan
-
Müdafiə Nazirliyi: İranın hücum aktları cavabsız qalmayacaq
-
Prezident İlham Əliyev “İnvestisiya fəaliyyəti haqqında“ qanunu təsdiqlədi - Dəyişiklik
-
Biləsuvarın icra başçısı qalmaqallı şadlıq sarayında iftar süfrəsi təşkil edir - FOTO
-
Naxçıvanda məktəblərdə tədris dayandırıldı - İranın hücumuna görə
-
Azəraycan XİN sərt bəyənat yaydı - “Cavab tədbirləri görmək hüququnu özündə saxlayır...“
-
Baş prokuror Sabunçuda vətəndaşları qəul edəcək - Bu tarixdə
-
İran Naxçıvan aeroportuna dron hücumu etdi - Dağıntılar var
-
“Səhiyyə nazirinin özü də etiraf etdi ki…” - Qənirə Ataşovadan sərt açıqlama
TOP 10
ARXİV






