Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Erkin Qədirli fikrini dəyişdi, seçkilərə qatılır - Amma şərtləri var

Tarix 10.12.19, 22:29

Font ölçüsü : - / +
bitmap-img6


"Qarşıdan gələn parlament seçkilərinə qatılmalı olacağam. Bundan öncəki imtinama görə ReAl-da çox tənqid olundum. Burasını uzatmayım, qərarımı dəyişdirməyimin qıraqdan çox pis göründüyünü anlayıram. Bununla belə, Milli Məclisdə yerimin hazır olduğunu iddia edənləri tələsməməyə çağırıram. İki aydan sonra hər şey aydın olacaq. Dedi-qodulara deyil, ölçüləbilən nəsnələrə birlikdə baxarıq".

AzFakt.com xəbər verir ki, bu fikirləri ReAL Partiyasının qurucularından olan tanınmış hüquqşünas, siyasi ekspert Erkin Qədirli bildirib. Bununla belə o bəyan edib ki, deputat seçilməsi göstərilən hallardan birinin baş verməsi fonunda elan olunarsa, deputat mandatından imtina edəcək: 

"1) ATƏT-in mənfi rəyi;

2) Dairəmdə karusel və ya bülleten doldurma;

3) Dairəmdə yerləşən iki hərbi hissədə olan (seçki dislokasiyaları dəyişdirilməsə) şəxsi heyətinin səslərinin mənim xeyrimə yazılması;

4) Protokollardakı nəticələrin mənim xeyrimə saxtalaşdırılması.

Doğrusu, 2-ci, 3-cü və ya 4-cü bəndlərdə yazılanların baş verəcəyini gözləmirəm. Mənim xeyrimə səsvermənin nəticələrini saxtalaşdırmaq faydasız, hətta mənasız bir iş olardı. Bununla belə, parlamentdə yerimin hazır olduğunu iddia edənlər, güman ki, bu cür halları nəzərdə tuturlar".

E.Qədirli sonda qeyd edib ki, ATƏT-in dəyərləndirmə, ardınca da müşahidə missiyaları gələndə, onlarla bu barədə ayrıca danışacaq.

Xatırladaq ki, Erkin Qədirli bir müddət əvvəl seçkilərə qatılmaq niyyətində olmadığını bildirmişdi. Amma ReAL sədri İlqar Məmmədov partiya üzvü kimi onun belə bir hüququnun olmadığını bildirib seçkilərədə mütləq iştirak etməli olduğu barədə açıqlama vermişdi.



Xəbərin oxunma sayı : 520




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap