“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Erkin Qədirli ReAl-dan istefa verən Azər Qasımlını ititham edib –“Siz getmədiniz, qaçdınız“

Tarix 08.11.19, 16:38

Font ölçüsü : - / +
bitmap-img6


“ReAl-dan hər kəs gedə bilər. Amma getməyi də bacarmaq lazımdır. Siz getmədiniz, qaçdınız. “ReAl-ın gəmisi batır” deyə düşündünüz, bəlkə, bilmirəm. Elədirsə, tələsdiniz. ReAl-ın gəmisi nəinki batmır, o, hələ heç dənizə çıxmayıb, limandadır, lövbərdə dayanıb uyğun hava gözləyir. Uyğun hava nədir? Qarşıdan gələn parlament seçkiləri”.

Bunu ReAl Partiyasının üzvü Erkin Qədirli “Facebook” səhifəsində yazıb.

O deyib ki, ReAl sədri İlqar Məmmədova çoxlu sualı var: “Demokratik olsa da, amma intizamsız və səmərəsiz Məclislə seçkilərə getməyi doğru saymayan İlqar Məmmədova mənim də çoxlu sualım var.

Biz onun təklifləri haqqında hələ çox danışasıyıq. Ortada hələ heç nə yoxdur. Belə bir durumda “İlqar diktarura qurur” deyib ReAl-dan getmək, yumşaq desəm, uğursuz addımdır. Belə bir baqajla bundan sonra yeni partiya qurmağa girişsəniz də, uğurlu nəsə alınası deyil. Onu da yarıyolda buraxıb qaçaqsısınız. Xasiyyətlər qarşıdurmasına, ambisiyalar toqquşmasına “prinsipiallıq” donunu geyindirməyin. Ambisiyalar yaxşı şeydir. Onların toqquşması da gözəl ola bilir. Amma buraya prinsipləri qatmayın. Prinsip başqa şeydir, onu anlaşmış deyilsiniz, göründüyü qədərilə”.

Qeyd edək ki, ReAl Partiyası Məclisinin başqanı Azər Qasımlı noyabrın 6-da partiyadan istefa verib.




Xəbərin oxunma sayı : 328




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap