Nigar Camal dərin sinə dekoltesi ilə diqqət çəkdi - FOTO Səmranın bu şəkilinə söyüş yağdırdılar - FOTO Afaq Aslanın Dubayda toyu oldu – VİDEO “Mənim üçün ən yaxşısı hələ qarşıdadır” - Aysel Teymurzadə
Axtar
 
  • / Maqazin / — 30 Avqust 2021

    Nigar Camal dərin sinə dekoltesi ilə diqqət çəkdi - FOTO

  • / Maqazin / — 29 Avqust 2021

    Səmranın bu şəkilinə söyüş yağdırdılar - FOTO

  • / Maqazin / — 03 Avqust 2021

    Afaq Aslanın Dubayda toyu oldu – VİDEO

  • / Maqazin / — 29 İyul 2021

    “Mənim üçün ən yaxşısı hələ qarşıdadır” - Aysel Teymurzadə

  • / Maqazin / — 26 İyul 2021

    Səmra lüt bədənini 1000 dollara satışa çıxardı – FOTO

  • / Maqazin / — 25 İyul 2021

    Nigarın geyimi müzakirələrə səbəb oldu - FOTO

Erməni generalını boğaraq öldürən QƏHRƏMAN... - Şəhidimizin cənnətdəki ilk doğum günüdür + VİDEO

Tarix 11.09.21, 17:06

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün bir erməni genralnı və bir erməni polkovnikini boğaraq öldürən ŞƏHİD Cəbrayıl Dövlətzadənin cənnətdəki ilk doğum günüdür. O, 19 yaşında göstərdiyi misilsiz şücaətlə adını əbədi olaraq tarixə qızıl hərflərlə yazdırıb. 

Qeyd edək ki, əslən Zəngilan rayonundan olan Cəbrayıl Dövlətzadə Sərhəd Qoşunlarında xidmət etməyə başlayıb. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması ilə başlanan döyüşlərə könüllü qatılıb.

Gedəndə isə ailəsinə bircə söz deyir: “Könüllü gedirəm. Ölsəm belə sona qədər vuruşacağam!"

Dediyini edir də...

Döyüş yoldaşları deyir ki, Cəbrayıl düşmənlə üz-üzə gələrkən onlardan geri qayıtmağı tələb edib: “Siz qayıdın, ailəniz sizi gözləyir, mən tək döyüşəcəm!” deyib düşmənin üzərinə gedib.

10-a yaxın erməni əsgər və zabitinin qarşısına təkbaşına gedən 19 yaşlı qəhrəmanımız onlarla əlbəyaxa döyüşə girib. Ermənilərin bir generalını və polkovnikini boğaraq öldürür. Özü isə şəhid olur.

Açıklama yok.

Atası Dövlət Dövlətzadə deyir ki, övladının çətin anda olduğunu hiss edib: “Ona ard-arda dəfələrlə zəng elədim, amma açmadı. Çox nigaran idim. Hiss edirdim ki, başına nəsə gəlib. Axşama doğru zəng eləyib dedilər ki, Cəbrayıl şəhid olub”.

19 yaşlı qəhrəmanın cənazəsini təkcə yaxınları, qohumları, valideynləri deyil, bütün Azərbaycan xalqı qarşılayıb.

Çünki Cəbrayılın düşmənlə döyüşdə göstərdiyi qəhrəmanlıq, şücaət artıq dillər əzbəri idi. Hamı Cəbrayıl Dövlətzadənin 19 yaşına sığmayacaq cəsarətinə, qəhrəmanlığına heyran qalmışdı.

19 yaşlı qəhrəmanımız qisasını aldığı general Polad Həşimovun yanında II Fəxri Xiyabanda dəfn olunub.

Açıklama yok.


Hər şəhid özündən sonra yazdığı qəhrəmanlıq dastanları ilə dillərdə gəzir, sevilir və ölümsüz olur. Azərbaycan xalqı heç vaxt öz qəhrəmanlarını unutmur, əksinə ona vəfa borcu olduğunu başa düşür və bu ölməz qəhrəmanların adlarını övladlarına verməklə əbədiləşdirirlər.

Adı əbədiləşdirilən növbəti qəhrəmanımız isə Cəbrayıl olacaq. 19 yaşlı qəhrəmanımızın göstərdiyi hünər isə onun adının qoyulacağı uşaqlar üçün böyük bir məsuliyyət yaradacaq.

İndi onunla yalnız ailəsi deyil, bütün Azərbaycan fəxr edir!









Xəbərin oxunma sayı : 1738

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda