Yeni nazir “1xBet“ - i bloklatdıracaq yoxsa…? “Bəxtim açılıb, neçə evlilik təklifi almışam“ - Pərvin Abıyeva MostBet bukmeyker şirkəti ölkəmzidə niyə bloklanmır? Pensiyalar artırılır - Rəsmi açıqlama
Axtar
 
  • / Sosial / — 15 Fevral 2021

    Yeni nazir “1xBet“ - i bloklatdıracaq yoxsa…?

  • / Maqazin / — 02 Fevral 2021

    “Bəxtim açılıb, neçə evlilik təklifi almışam“ - Pərvin Abıyeva

  • / Sosial / — 22 Yanvar 2021

    MostBet bukmeyker şirkəti ölkəmzidə niyə bloklanmır?

  • / Sosial / — 18 Yanvar 2021

    Pensiyalar artırılır - Rəsmi açıqlama

  • / Sosial / — 18 Yanvar 2021

    “1xBet” insanları necə “soyur“? - ŞİKAYƏT

  • / Siyasət / — 15 Yanvar 2021

    “Şuşi” adlı şəhər yoxdur, Şuşa var” - Prezident (Video)

Erməni təxribatı nəticəsində Tərtərdə 5138 obyektə ziyan dəyib –Dövlət Komissiyasının üzvü

Tarix 22.01.21, 19:26

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistan silahlı qüvvələrinin dinc sakinlərin olduğu yaşayış məntəqələrini atəşə tutması nəticəsində Tərtər rayonunda mülki obyektlərə dəymiş ziyanın müəyyənləşdirilməsi prosesi davam edir.

Bu barədə Trend-ə açıqlamasında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı yaradılmış Dövlət Komissiyasının üzvü Qubad Heydərov deyib.

O bildirib ki, komissiya üzvləri artıq Tərtərdə 90 faiz əraziyə baxış keçirib:

“Ümumilikdə, 5138 obyektə baxış keçirilib. Onlardan 1696-sı mənzil, 3164-ü ev, 79-u qeyri-yaşayış sahəsi, 130 sahibkarlıq subyekti, 42-si sosial, 27-si isə inzibati binadır. Həmin obyektlərdən 68 ev, 1 qeyri-yaşayış sahəsi, 4 sahibkarlıq subyekti və 1 sosial obyekt tam qəzalı vəziyyətə düşüb, bərpası mümkün deyil. Qalan mənzil və obyektlər bərpa və təmirə ehtiyacı olanlardır. Erməni təcavüzü nəticəsində rayon ərazisində 161 iribuybuzlu, 393 xırdabuynuzlu, 52 ev quşu, 17 at və 24 arı ailəsi məhv olub. hadisələr nəticəsində 79 avtomobilə ziyan dəyib. Hazırda müraciətlər əsasında ziyan dəymiş obyektlərə baxış keçirilməkdə davam edir”.



Xəbərin oxunma sayı : 730

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda