Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO Nigar çimərlik geyimində poz verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

Ermənilər Cavanşir Quliyevin mahnısını oğurladı - VİDEO

Tarix 27.07.24, 16:10

Font ölçüsü : - / +
bitmap-img6


Ermənilər bu dəfə Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin bəstələdiyi, Xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi  "Yarım gilə” mahnısını oğurlayıblar. Mahnının erməni dilində ifasının videogörüntüləri sosial şəbəkələrdə yayılıb. 

Bəstəkar məsələ ilə bağlı Pressklub.az-a açıqlama verib.

C.Quliyev bildirib ki, bu mahnı 1991-ci ildə Azərbaycan televiziyasının baş rejissoru Ramiz Həsənoğlunun qızının toyuna hədiyyə olaraq yazılıb və ilk dəfə də həmin toyda ifa olunub. Sonra mahnını studiya şəraitində Brillant Dadaşova ilə yazıb efirə veriblər: "Brilliant xanım bu mahnını oxudu, klipini də çəkdi. Daha sonra türkiyəli Ezgi Mert adında müğənni də bu mahnını oxuyub albomuna saldı”. 

Bəstəkarın sözlərinə görə, sonra da bir gürcü müğənni "Yarım gilə”ni  oğurlayaraq oxuyub: "Mən onları axtarıb tapdım. Hüquqi işlər başlatmaq istədiyimi bildirəndən sonra həmin ifaçı məndən üzr istəyib dedi ki, mahnının müəllifi olduğunu bilmirmiş. Onlara bir erməni deyibmiş ki, mahnı bütün Qafqazda yayılan mahnıdır. Yəni, xalq mahnısıdır. Görünür, həmin erməni sakit durmayıb, mahnını öz soydaşlarına da verib. Amma ola bilər ki, həqiqətən də müəllifi olmayan xalq mahnısı hesab ediblər və ya bilərəkdən də etmiş ola bilərlər. Çünki mahnı uzun zamandır internetdədir. Dünyadakı bütün musiqi platformalarında var”.

Müsahib deyib ki, məsələ ilə bağlı hüquqi yollara baş vurub: 

"Əqli Mülkiyyət Agentliyinə müraciət etmişəm. "YouTube”da mənim hüquqlarımı müdafiə edən şirkətin başçısına da bildirəcəm. Məsələ burasındadır ki, mən həmin videogörüntünü "Facebook”da görmüşəm. "YouTube”dadırsa, onu tapıb "YouTube” vasitəsilə hüquqi işləri görmək olar. Amma "Facebook”da kiminsə səhifəsindədirsə, onu tapmaq çətin olacaq. Yalnız şikayət edib videonun səsini bağlamaq olar. Hər bir halda, məsələnin həlli üçün nə lazımdırsa, edəcəm”.

Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli isə açıqlamasında bildirib ki, agentlik məsələni araşdırıb lazımi məlumatı verəcək. 






Xəbərin oxunma sayı : 1087




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap