Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ermənilərin Qarakənd səmasında “Mİ-8” vertolyotunu vurmasından 28 il ötür – Həlak olan 22 nəfərin siyahısı

Tarix 20.11.19, 9:42

Font ölçüsü : - / +
bitmap-img6


Göyərtəsində Azərbaycanın siyasi elitasının olduğu vertolyotun erməni silahlı birləşmələri tərəfindən vurulmasından 28 il ötür.

“Mİ-8” hərbi vertolyotu ermənilər tərəfindən 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində vurulub. Vertolyotun vurulması nəticəsində Azərbaycanın dövlət xadimləri, hökumət nümayəndələri, deputatlar, jurnalistlər və ekipaj üzvləri həlak olublar.

Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də olub. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.

1991-ci il noyabrın 20-də erməni hərbi birləşmələrinin törətdiyi terror aktı nəticəsində Mİ-8 hərbi vertolyotunda həlak olanların tam siyahısını təqdim edirik:

– Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi

– İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror

– Məhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri

– Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini

– Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili

– Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili

– Osman Mirzə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri

– Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini

– İqor Aleksandroviç Plavski – DQMV-nin prokuroru

– Vladimir Vladimiroviç Kovalyov – DQMV Daxili İşlər İdarəsinin rəisi

– Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi

– Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı

– Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-nin müavini

– Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru

– Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant

– Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi

– Alı Mustafa oğlu Mustafayev – telejurnalist

– Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı

– Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator

– Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri

– Gennadi Vladimiroviç Domov – vertolyot heyətinin üzvü

– Dmitri Borisoviç Yarovenko – vertolyot heyətinin üzvü

/APA



Xəbərin oxunma sayı : 232




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap