Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ermənistan Müdafiə Nazirliyindən məğlubiyyət anonsu - Ovannisyanın çarəsiz iniltisi

Tarix 20.10.20, 23:56

Font ölçüsü : - / +
bitmap-img6


Son günədək “məğlubedilməz erməni ordusu” barədə mif formalaşdırmağa çalışan Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan Zəngilan şəhərinin və onlarla kəndin azad olunmasından sonra “val”ı dəyişib. 

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ovannisyan ön cəbhədəki vəziyyət barədə danışarkən bildirib ki, ən gərgin döyüşlər cənub istiqamətində, Arazboyu ərazilərdə gedir.

A.Ovannisyan etiraf edib ki, Azərbaycan ordusu Ermənistan ordusu qarşısında say və texniki üstünlüyə malikdir. Dediyinə görə, Azərbaycan bəzi bölgələrdə erməni tərəfinin gücünü 12 dəfə üstələyir.
 
VİRTUAL AZƏRBAYCAN

“On iki dəfə çox, siz başa düşürsünüz, bu nə deməkdir? Müharibələr tarixində heç vaxt belə bir şey olmayıb, ya da nadir hallarda olub”, deyən Ovannisyan dolayısı ilə cəbhədəki məğlubiyyəti “əsaslandırmağa” çalışıb. 

Ardınca da iddia edib ki, döyüşlərin ilk yeddi günündə Azərbaycan guya ciddi uğurlar qazanmayıb, amma sonrakı dövrdə hər gün “1-2 km” irəliləyib. A.Ovvannisyan məğlubiyyətin elan olunması halında erməni xalqının və diasporanın qəzəbindən sığortalanmaq üçün deyib ki, hazırda Qarabağda supergüclərin arsenalında olan texnikadan istifadə olunur. 

Qeyd edib ki, burada yeni PUA-lar, yüksək dəqiqliyə malik raketlər, raket-artilleriya sistemləri, REB sistemləri var. 

"Biz beşinci nəsil müharibəni görürük”, -deyə MN rəsmisi əlavə edib.

A.Ovvanisyanın dedikləri ondan xəbər verir ki, N.Paşinyan tezliklə məğlubiyyətini etiraf edəcək və ən uzağı “dünya ölkələri, Rusiya bizə yardım etmədi, uduzduq”,- deyə, xalqı sakitləşdirməyə çalışacaq.



Xəbərin oxunma sayı : 592




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap