Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ermənistan ordusu 2018-ci ildə 63 hərbçi itirib - Statistika

Tarix 15.01.19, 23:04

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistan ordusunun 2018-ci ildəki itkiləri açıqlanıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, ötən il Ermənistan Silahlı Qüvvələrinin 63 hərbçisi ölüb. Onların 27-si əsgər, 23 nəfəri müqavilə ilə xidmət keçən hərbçi, 2 nəfəri gizir, 11 nəfəri isə zabitdir. Ermənistanın baş prokurorluğundan bildilib ki, 38 halda baş verən ölüm hadisəsi hərbi xidmətlə bağlı olub. 25 ölüm hadisəsi isə xidmətdən kənar baş verib. Məlumata görə, 7 hərbçi qarşı tərəfdən açılan atəş nəticəsində ölüb, 11 nəfər isə intihar edib. Daha 2 nəfər silahla ehtiyatsız davranmanın nəticəsində həyatına son qoyub. Həmçinin 3 hərbçi xəstəlikdən, 1 nəfər minaya düşməsi səbəbindən, 3 nəfər bədbəxt hadisələrdən ölüb. 11 hərbçi yol nəqliyyat hadisəsi zamanı, 10 nəfər xəstəlikdən ölüb.

Məlumatda deyilir ki, 2017-ci ildə Ermənistan ordusunun itkilərinin sayı 73 olub. Onların 23 nəfəri düşmən gülləsindən ölüb, 10 nəfər isə intihar edib.

Qeyd edək ki, işğalçı ölkə Azərbaycan ərazisindəki itkilərini, həmçinin muzdlu döyüşçülərin, eyni zamanda separatçıların tərkibindəki hərbçilərin ölümünü adətən, açıqlamır. Bu mənada itkilərin daha çox olduğunu demək mümkündür.



Xəbərin oxunma sayı : 190




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap