Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ermənistan seçkiləri: Paşinyan nazirlərini reytinq sistemi ilə qabağa verir

Tarix 06.11.18, 21:54

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanda dekabrın 9-da baş tutması gözlənilən seçkilərə tərəflər ciddi hazırlaşırlar.

Bu mənada Serj Sərkisyanın Ermənistan Respublika Partiyasının fəallığı xüsusiilə seçilir.

Bu yaxınlara qədər Ermənistanda bir çoxları ERP-nin artıq siyasi arxivə gedəcəyini güman edirdi. Lakin sonrakı hadisələr onu göstərdi ki, keçmiş iqtidar qüvvəsi nəinki batmayıb, hətta özünə gəlib iqtidara ikinci alternativ siyais güc olmaq iddiasını ortaya qoyub.

Partiyanın mətbuat sözcüsü Eduard Şarmazanov hazırda heç bir revanşizm hissləri daşımadıqlarını, klassik müxalifət tərzinə keçdiklərini bəyan edib.

Erməni analitiklərin yazdığına görə, Sərkisyanın tərəfdarları iqtidarın seçki məcəlləsinə dəyişiklikləri parlamentdən keçirə bilməməsindən sonra lap ürəkləniblər.

“Serj Sərksiyanın komandası başa düşdü ki, kiçik müqavimətlə Nikol Paşinyanın işləyə biləcəyi sistem qurmasına mane olmaq mümkündür”,- deyə siyasi icmalçı Sərkis Artsruni 1-ci informasiya saytında yazır.

Paşinyana yaxın icmalçıların fikrincə, əgər erməni “inqilabı” öz daxilindən alternativ qüvvə çıxarmasa, ERP-nin əsas müxalif güc olması təqdirində ölkədə daxili siyasi gərginlik ocağı sönməyəcək.

Görünür, buna görə Paşinyan oyunu onların qaydalarına görə qurub seçkiləri udmaq istəyir.

“Joxovurd” qəzetinin yazdığına görə, baş nazirin rəhbərlik etdiyi “Mənim addımım” “bloku nazirlərini ümumi paritya siyahısında deyil, reytinq sistemi (həmin sistemə görə müəyyən dairədə partiya siyahısında 1-ci olan deyil, ən çox səs alan namizəd seçilir. Bu sistem ayrı-ayrı zəngin iş adamlarına səsləri pulla almağa imkan verir-red.) üzrə irəli sürəcək.

Artıq təhsil naziri Araik Arutunyan və mədəniyyət naziri Lilit Makunts namizədliklərini reytinq sistemi üzrə verəcəklərini açıqlayıblar.

Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasının mətbuat sözcüsü Vahan Kostanyan siyasi komandanın böyük hissəsinin , o cümlədən nazirlərin hamısının deputatlıq üçün yarışacaqlarını söyləyib.

Jurnalistlər bunun inzibati resursdan istifadə etmək əlaməti olduğu ehtimalını dilə gətirib. Kostanyan cavabında nazirlərin seçki dövründə məzuniyyətə çıxacağını bildirib.

Musavat.com



Xəbərin oxunma sayı : 208




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap