Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Ermənistanda daxili müharibə də alovlanır! – Keçmiş MTX rəisi həbs edilib

Tarix 21.10.20, 12:28

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Ordusunun cəbhədə ard-arda uğurlar qazanması, düşmənin saysız-hesabsız canlı qüvvəsinin və zirehli texnikasının məhv edilməsi Ermənistanda daxili çaxnaşmaları dərinləşdirir. Siyasi qüvvələr arasında qarşılıqlı ittihamlar, inamsızlıq ölkənin gündəlik ictimai-siyasi həyatının əsas hissəsini təşkil edir.

Erməni cəmiyyətində geniş müzakirə edilən əsas hadisə Milli Təhlükəsizlik Xidmətinin (MTX) istefaya göndərilmiş rəhbəri Arqişti Kərəmyanla bağlıdır. Dünən bəzi erməni nəşrlərinin yaydığı məlumatlara görə, Cəbrayılın işğaldan azad edilməsi A.Kərəmyanın Azərbaycan tərəfinə ötürdüyü məxfi məlumatların sayəsində baş tutub. İddialara görə, Kərəmyan Ermənistan ordusunun yerdəyişməsi haqda ən yüksək səviyyədə qorunan məxfi məlumatları Azərbaycana ötürüb və nəticədə Cəbrayıl itirilib.


Məlumata görə, hazırda Arqişti Kərəmyan həbs edilib, MTX-nin zirzəmisindədir. Onun ətrafında cərəyan edən proseslər tam məxfi saxlanılsa da, məlumat sızmasının qarşısını almaq mümkün olmayıb. Ermənistan MTX-i bu məlumatları ictimailəşdirən mənbənin axtarışına çıxıb, nəticə əldə edə bilməyib.

Ermənistandakı çaxnaşmanı dərinləşdirən ikinci hadisə isə eks-prezident Serj Sərkisyanın İngiltərənin “İndependent” nəşrinə verdiyi müsahibədir. S.Sərkisyan hərbi vəziyyət rejimini pozaraq baş nazir Nikol Paşinyanı Ermənistanın düşdüyü ağır vəziyyətə görə ittiham edib. Xələfini danışıqların formatını dəyişməyə cəhd etməklə əvvəlki illərdə qazanılmış uğurları məhv etməkdə ittiham edib. Daha sonra S.Sərkisyan N.Paşinyanın ona yönəltdiyi “Kazan danışıqlarında Dağlıq Qarabağın statusuna dair imkanları itirmək“ barədə ittihamını rədd edib.


Başqa bir qalmaqal isə Arayik Arutunyanın adından yayılan məktubdur. Siyasi partiyalarla keçirdiyi görüşdə N.Paşinyan siyasi partiya nümayəndələrinə bildirib ki, A.Arutunyan ona məktub yazıb ki, döyüşlər hökmən dayandırılmalıdır, tükənmişik, siyasi həll yollarına baş vurulmalıdır. Bir gün sonra isə A.Arutyunyanın mətbuat katibi belə bir məktubun mövcudluğunu uydurma adlandırıb. Açıq şəkildə Ermənistanın baş nazirini saxtakarlıqda ittiham edib.

Göründüyü kimi Ermənistanda daxili vəziyyət hər gün gərginləşir. Paşinyanın müxtəlif vasitələrlə məblubiyyətin məsuliyyətini digər siyasi qüvvələrlə bölüşmək cəhdləri sərt təpki ilə qarşılanır. Azərbaycan Ordusunun davamlı uğurlarının qısa müddətdə düşmən ölkənin iflasını sürətləndirəcəyi artıq qaçılmazdır.

"AzPolitika.info"





Xəbərin oxunma sayı : 799




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap