Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

Ersin Tatar İlham Əliyevə zəng etdi - Nələr müzakirə olunub?

Tarix 03.09.24, 18:25

Font ölçüsü : - / +
bitmap-img6


Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti (ŞKTC) Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

AzFakt.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ersin Tatar növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi münasibətilə təbriklərini çatdırıb:
“O, seçkilərin azad, demokratik, sərbəst mühitdə keçdiyini və Azərbaycan xalqının iradəsini ifadə etdiyini vurğulayıb.
Ersin Tatar Azərbaycan parlamentində Şimali Kipr Türk Cümhuriyyəti ilə dostluq qrupunun yaradılmasını da vurğulayaraq yeni parlamentlə parlamentlərarası dostluq qrupu çərçivəsində əməkdaşlığın uğurla davam etdiriləcəyinə əminliyini bildirib.
Ölkəsinin Türk Dövlətləri Təşkilatının Şuşa Zirvə görüşünə dəvət olunmasını məmnunluqla xatırladan Ersin Tatar Şimali Kipr Türk Cümhuriyyətinin bu təşkilatla əlaqələrinin inkişafına verdiyi dəstəyə və dəvətə görə dövlət başçısına minnətdarlığını ifadə edib.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib. Azərbaycanın bundan sonra da Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətlər Təşkilatı çərçivəsində əlaqələrinin inkişafına və əməkdaşlığının genişlənməsinə dəstək verəcəyini qeyd edib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb”.



Xəbərin oxunma sayı : 1255




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap