Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Estetik cərrahdan növbəti şikayət: “Bir ildir burnum düzəlmir“

Tarix 24.12.24, 18:22

Font ölçüsü : - / +
bitmap-img6


Bir il öncə burnunu əməliyyat etdirən Təranə Cabbarova lor həkimi, estetik cərrah Azər Əbilzadədən şikayətçidir.

Oxu.Az-a şikayət ünvanlayan Təranə Cabbarova bildirir ki, əməliyyatından bir il keçməsinə baxmayaraq, burnu hələ də əyridir:

"Bir il öncə burnumdakı çəpər əyriliyindən dolayı başımda ağrılar, nəfəsalmada çətinliklərim olurdu. Buna görə də mən burnumu əməliyyat etdirmək üçün lor həkimi, estetik cərrah Azər Əbilzadənin yanına getdim. 1300 manata burnumu əməliyyat etdirdim. Əməliyyatın 7-ci günü burnumun üzəri açılanda əyri olduğunu gördüm. Həkimə də bunu dedim. Həkim dedi ki, burnum hələ ki, şişdir. Şiş çəkiləndə düzələcək. 1 il mən bu formada get-gəl etmişəm. Burnumdakı batıq mənə nəfəs darlığı verir. Həkim mənə dedi ki, burnunu korreksiya edərik. Mən deyəndə burunun korreksiyası olur, o dedi ki, bəli olur. Buna görə də, bir il keçəndən sonra burnumu korreksiya etdi. Artıq 2-ci ayıdır, yenə də burnum eyni vəziyyətdədir. Mən başqa həkimlərin də yanına getdim. O həkimlər mənə dedilər ki, burnum korreksiya edilməməli idi. Revizyon burun əməliyyatı edilməlidir. Mən korreksiyadan sonra da iki dəfə həkimin yanına getmişəm. Birinci dəfə sarğı açılanda əyri görünmədi, amma ikinci dəfə yanına gedəndə artıq şiş çəkilmişdi, burnum yenə də eyni vəziyyətdə idi. Sonra kosmetoloqa getdim, o dedi ki, dolğu edək. Mən isə dolğu etmək istəmirəm. Çünki dolğunu müəyyən müddətdən bir hər zaman yeniləməliyim. Mənim burnum uğursuz əməliyyat edilib, buna görə də əməliyyat üçün verdiyim ödənişin geri qaytarılmasını istəyirəm".

Məsələ ilə bağlı lor həkimi, estetik cərrah Azər Əbilzadə ilə əlaqə saxladıq. Cərrahın köməkçisi Ellada Sadıqlı Oxu.Az-a açıqlamasında bildirib ki, xanım xəstəxanaya çağırılmasına baxmayaraq, gəlmək istəmir:

"Xanım nəfəs almaqda çətinlik çəkdiyini deyərək bizə müraciət edib. O ilk vaxtlar burnunun əməliyyatından çox razı idi. Bizə mənfi bir şey demədi. Burunun şişi getdikcə biz pasiyentlərə masaj edilməsi gərəkdiyini deyirik. Şiş getdikcə xanım dedi ki, burnumda çöküntü yaranıb. Tibb və səhiyyədə icazə yoxdur ki, 3-5 ayda yenidən əməliyyat etdilsin. Bu yalnız istisna hallarda baş tutur. Məsələn, pasiyent olur ki, qəza keçirib, əməliyyatından 1 ay keçməsinə baxmayaraq, biz onun burnunu yenidən əməliyyat etdirməyə məcburuq. Xanım korreksiya istəyirdi. Həkim dedi ki, 1 il keçəndən sonra edərəm. Biz onu korreksiya etdik. Korreksiya normalda 2-3 cür olur. Biz onu narkozla etmişik. Bizdə bunların hər biri sənədlərdə qeyd olunub. Xanımın imzası ilə təsdiq edilib. Korreksiyanın da ilk dəfəsində razı idi. İkinci gəlişdə isə şiş var idi. Mən Təranə xanıma səs göndərmişəm ki, siz müayinəyə gəlməlisiniz. Elə şəxs var ki, 3 ildir əməliyyat olunub, amma yenə də yoxlanışa gəlir, özünü kontrolda saxlayır. Xanım bura gəlmək istəmir. Hər şey danışıqla həll olur. Həkim də bunu həll edəcək. O, heç bir xəstədən bu günə qədər qaçmayıb. Bu yaşdakı pasiyentin burnunun korreksiyadan 2 ay keçdikdən sonra formalaşması çətindir. Burnu əyri deyil, hazırda müəyyən qədər şişlər var. Xanım bir neçə həkimə müraciət edib. Həkimlər də götürməyiblər. Həkimlərdən niyə götürmədiklərini soruşanda deyirlər ki, əməliyyatdan yeni çıxıb, burunun harasını əməliyyat edək? Xanımın getdiyi kosmetoloq da tanışımızdır. O dedi ki, ikinci əməliyyata ehtiyac yoxdur, sadəcə burnun yanında çökəklik var, ora təbii dolğu vuraraq düzəltmək olar. Xanımın özü bura gəlib çıxmaq istəmir. Bugünkü gündə bizdən pulu istəyir. Bu, heç bir halda doğru bir şey deyil. Belə bir şeyi heç bir həkim etməz. Bu gün "Mən kart atım, pul atın" deyən sabah da "Şantaj edib" deyə bilər. Bu düzgün metod deyil. Birinci gəlib müraciət etməlidir, əgər həkim onu qəbul etməsə, öz hüquqlarından istifadə edərək istədiyini edə bilər".

Qeyd edək ki, son dövrlər estetik cərrah adı altında fəaliyyət göstərən qeyri-sahə həkimlərindən mediada çox sayda şikayətlər işıqlandırılır.



Xəbərin oxunma sayı : 454




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap